Дядя Горгудун мязар йери щаггында


Xalq mahnıları və “Kitabi-Dədə Qorqud”



Download 6,67 Mb.
bet39/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   35   36   37   38   39   40   41   42   ...   289
Xalq mahnıları və “Kitabi-Dədə Qorqud”
1928-ci ildə İstanbulda çap etdirdiyi “Qafqazya türkləri” adlı tarixi-siyasi tədqiqatının “Tarixə bir ba­xış” adlı ilk bölümündə Məhəmməd Əmin Rəsulzadə maraqlı bir fakta diqqət yetirmişdir. O, “Kitabi-Dədə Qorqud” dastanlarının mötəbər tədqi­qatçılarından olan Mehmet Fuad Köprülüzadə tərəfindən irəli sürü­lən epo­sun “mövzu etibarı ilə Azərbaycan sahəsinə aid olması” fikrinin düz­gün­lüyünü sübut etmək üçün şifahi ədəbiyyatın bu gün də azərbay­can­lılar ara­sında geniş yayılmış olan bir növünə – xalq mahnılarına diqqət yetir­məyi lazım bilmişdir. Belə ki, eposun “Qambürənin oğlu Bamsı Beyrək boyu”nun qəh­rə­­manını xatırladan M.Ə.Rəsulzadə yazmışdır: “Dədə Qorqud” qəh­rəman-larından birisinin eşqinin dərəcəsini göstərmək üçün sevdiyi qıza “bir öpüb üç diş­lədiyi”ndən (Əslində eposda ifadə “üç öpüb bir dişləmək” (Cəmşidov Ş. (1999), s. 318; 336) şəklindədir – A.H.) bəhs olu­nur. Bu “miqyas” müasir azəri xalq ədəbiyyatında hələ qullanmaqdadır” (Resulzade M. (1993), s.9).
Maraqlıdır ki, M.Ə.Rəsulzadə fikrini oxucusuna daha aydın ifadə et­mək üçün xüsusi olaraq çıxarışda “İrəvanda xal qalmadı” mah­nısından:
İrəvanda mən işlərəm,
Xəncərimi gümüşlərəm,
Bir öpər, üç dişlərəm, –
misralarını xatırlatmışdır (Resulzade M. (1993) , s.9).
M.Ə.Rəsulzadənin diqqət yetirdiyi bu fakt, bir tərəfdən, “Dədə Qor­qud”un Azərbaycan sahəsinə aidliyi məsələsini təsdiqləyən məqamlardan biridirsə, digər tə­rəf­­­dən, bu gün belə dillər əzbəri olan bir mahnıda yaşayan tarixi əks etdirir. Xüsusən son dövrlərdə həmin mahnını Xan Şuşinskinin adı ilə bağlamaq üçün başqa əhvalatlar uydurulur. Bu da cox qədim bir mahnının tarixini xeyli cavan­laş­dırmaqla yanaşı, İrəvanda hələ Dədə Qor­qud zama­nından türk etnoslarının varlığını ortaya qoya bilə­cək bir fak­tın da üzərinə kölgə salmış olur.
Ye­­ri gəl­miş­kən, sovet dövründən başlayaraq, indinin özündə də bu mahnının ifa­çı­ları onu oxu­yarkən, bilərəkdən, ya bilməyərək son misranı ixtisar edirlər ki, bu da yol­ve­rilməzdir. Əvvala, mahnı özünün ifadə zənginliyini və forma xüsu­siy­yət­lərini, yəni həm daxili, həm zahiri gözəlliyini itirir, ikincisi isə məhz “Dədə Qor­qud”­la bağ­lılığını qeyb edir. Yəqin ki, elə bu mahnı da sosialist senzura siste­minin qə­zə­bi­nə tuş gələndən sonra bu cür ifa edildiyindən müasir dövrümüzdə artıq, demək olar ki, son misra unudulmuşdur. Lakin M.Ə.Rəsulzadənin yuxarıda bəhs etdiyimiz mü­lahizələrinə bələd olduqdan sonra bir daha əmin oluruq ki, xatırlanan həmin mis­raya yenidən həyat vermək çox vacibdir, yoxsa tarixin bir izi də səhlənkarlıq uc­batından belə silinəcəkdir.
Bundan başqa, P.Əfəndiyevin “Azərbaycan şifahi xalq ədəbiyyatı” dərsliyində bu mahnı “Yerevanda xal qalmadı” (Əfəndiyev P. (1981), s.158) adı ilə təqdim edilmişdir ki, bu da sosialist sisteminin məcburiyyətindən meydana gələn xəta kimi dəyərləndirilməlidir.
Bütün deyilənlərlə yanaşı, diqqəti başqa bir məqama yönəltmək istəyirik. Bu da musiqi mətnləri ilə bağlıdır.
Hamıya məlumdur ki, xalq mahnıları folklorun ən kütləvi janrıdır. Azərbaycan xalq mahnıları özü­nün həm mətni, həm də həzin musiqisilə çox sevilərək bir sıra qardaş ölkələrdə də ifa edilir. Azərbaycan mahnıları ilə bağlı bir sıra məsələləri bəzən qardaş türk xalqlarının bu sahədə apardığı tədqiqatlar vasitəsilə aydınlaşdırmaq mümkün olur. Məsələn, 1930-cu ildə İstanbulda nəşr edilən “Xalq türküləri” kitabında belə bir fakta təsadüf edilir. Kitabın 57-ci səhifəsində Qarsdan toplandığı göstərilən “Türkün bayrağına” adlı mahnının sözləri və notu verilmişdir. Haqqında bəhs edilən əslində sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyova aid olan “Salam türkün bayrağına” mahnısıdır. Lakin nə mətn, nə də onun musiqisnin müəllifilə bağlı heç bir məlumat verilməmiş, yalnız çıxarışda: “Türk Ordusu Qafqaza girdiyi vaxt azəri türkləri arasında türk bayrağına xitabən söylənmişdir” (Halk türküleri (1930), s.57) kimi qeyd verilmişdir. Daha dəqiq desək, əsər xalq mahnısı şəklində təqdim edilmişdir.
Bu fakt bir çox cəhətdən bizim üçün maraq kəsb edir. Əvvəla, bu münasibət onun xalq mahnıları kimi çox geniş yayılması və sevilməsilə bağlıdır. Digər tərəfdən, kitaba notu ilə birgə daxil edilən bu mətn göstərir ki, sovet dövründə öz vətənində yasaqlanmış, müəllifi ən ağır şəkildə cəzalandırılmış bir mahnını Azərbaycan türklərinin necə böyük sevgi ilə qoruyaraq yaşatmışlar.
Qayıdaq “Kitabi-Dədə Qorqud”la bağlı məsələyə. “Xalq türküləri” kitabına yazdığı müqəd-dimədə Mahmud Rağib Köşəmihalzadə folklorşünaslığımız üçün çox dəyərli bir məqamı xüsusi olaraq qeyd etmişdir: “Əski türk qəhrəmanı Baybörəkdən bəhs edən bir türkü ilə bir gün təsadüfən qarşı­laşdıq. Baybörəkdən “Kitabı-Dədə Qorqud”da bəhsi keçdiyi məlumdur! İştə, Ərzurum bu qədər əski bir türk sənətləri yatağıdır” (Halk türküleri (1930), s. 10).
Əslində, müqəddimədəki qeydi oxuyandan sonra kitabda notu ilə birlikdə “Baybörək” türkü­sünün veriləcəyinə ümid etdik. Belə bir not olsaydı, “Dədə Qorqud” musiqisilə bağlı müəyyən tə­səv­vür əldə etmək olardı. Lakin, təəssüf ki, həmin türkünü kitabda tapa bilmədik. Bu fakt hələ iyir­min­ci əsrin otuzuncu illərində də “Kitabi-Dədə Qorqud”un (ən azından bəzi parçalarının) xalq ara­sın­da se­vilə-sevilə ifa edildiyini göstərir. Digər tərəfdən, müqəddimədə verilən bu qeyd həmin illərdə toplanıb notları ilə birlikdə nəşr edilmiş (və ya arxivlərdə saxlanan) xalq mahnılarını diqqətlə araş­dır­ma məsə­lə­sini gündəmə gətirir.
Dədə Qorqud” boyları ilə səsləşən nağıllar
Məlumdur ki, görkəmli türkoloq Əhməd Cəfəroğlu (1899-1975) Türkiyəni 1940-1951-ci illərdə qarış-qarış gəzərək, çoxsaylı folklor materialları toplamış və onları doqquz kitabda nəşr etdirmişdir. Alim “Kitabi-Dədə Qorqud”un xalq arasında canlı ənənəsinin olmasına diqqəti yönəltmiş, həmin sil­silə­dən “Anadolu elləri ağızlarından dərləmələr. Van, Bitlis, Muş, Karaköşə, Əskişəhir, Bolu ve Zonquldaq elləri ağızları” adlı kitabında dastanın “Qambürənin oğlu Bamsı Beyrək boyu” ilə səsləşən “Bol Börək” adlı nağıl variantını nəşr etdirmişdir (Caferoğlu A. (1995). Ədibin Türkiyənin Zonquldaq mahalından Ayşə Sülinin dilindən yazıya aldığı bu variantdan Xalıq Koroğlu “Oğuz qəhrəmanlıq eposu” adlı tədqiqatında bəhs etmişdir. Lakin o, “Bol Börək” nağılını “Kitabi-Dədə Qorqud”dan daha çox “Sayad və Həmra”, “Koroğlu”, “Yusup və Əhməd”, “Aşıq Qərib”, “Şahsənəm və Qarıp”, “Tahir və Zöhrə” kimi Azərbaycan və Orta Asiya dastanları ilə müqayisə etmiş, diqqəti oxşar və fərqli cəhətlərə yönəltmişdir (Koroğlu X. (1999), s.119-120). Həmin nağıl variant tərəfimizdən Azərbaycan dilinə uyğunlaşdırılaraq, 2006-cı ildə “İki dastan” adlı kitabda (Həsənqızı A. (2006), 60-65) nəşr edilmişdir. “Bol Börək” nağıl variantı oxuculara təqdim edilərkən, bu material müəyyən qədər təhlilə cəlb edilmiş, onunla “Dədə Qorqud”dakı “Qambürənin oğlu Bamsı Beyrək boyu” arasında müqa­yisə­lər aparılmışdır. O zaman “Bol Börək” nağıl variantının dastandakı üçüncü boydan xeyli fərqli, daha bəsit bir şəkildə olması diqqətimizi cəlb etmişdi. Bu problemlə bağlı bir çox məsələlər Ə.Əsgərin “Oğuznamə yaradıcılığı” əsərini oxuyarkən aydınlığa qovuşmuş oldu. Belə ki, Oğuznamənin süqu­tunun mənzərəsini yaradarkən, Ə.Əsgər bu problemi profes­sionallıqla şərh edərək yazmışdır: “Kitabi-Dədə Qorqud”a salınmış on iki boydan yalnız dördü XX əsrə özünü çatdıra bilmişdir: “Dəli Domrul”, “Basat", “Qazan xanın evinin yağmalan­ması” və “Bamsı Beyrək”. Çoxsaylı oğuzna­mələrdən yalnız dörd boy!” (Əsgər Ə. ( 2013), s. 272)
Həmin dörd boyun yaşayan nişanələrilə bağlı Ə.Əsgər əsasən O.Ş.Gökyayın tədqiqatlarına isti­nad edə­rək çox geniş və düşündürücü təhlillər aparmışdır (Ətraflı bax: Əsgər Ə. ( 2013), s. 272-282). “Dədə Qor­qud”un üçüncü boyu ilə bağlı Ə.Əsgər yazır: “Bamsı Beyrək” boyunun nağıl variantları müa­sir Tür­ki­yə coğrafiyasının, demək olar ki, hər tərəfindən yazıya alınmışdır...Yaşlı valideynin övlad həsrəti və ilahi­dən verilən “şirin pay”, “axirət yoldaşı at”, qürbət ölkə və orada keçirilən zindan həyatı, qürbətdən dönüş və ərə verilən nişanlı, üstəlik oğul arzusu ilə gözləri tutulmuş valideynlər, yeddi qızın ümidi cəngavər qar­daş və s. türk qəlbini oynadan hadisələrdir. Bu hadisələrin “Bamsı Beyrək” boyundakı düzümü (kompo­zisi­yası) isə türk folklorunun ən gözəl incilərindən birini yaratmışdı. Bu üzdən şifahi söz yaradıcılığının bu na­dir incisinin uzun müddət öz aktuallığını saxlamasına təbii yanaşmaq lazımdır” (Əsgər Ə. ( 2013), s.276).
Eyni fikirləri Ə.Cəfəroğlunun topladığı “Bol Borək” nağıl variantı haqqında da demək müm­kündür.
“Dədə Qorqud” boylarındakı motivlər müxtəlif şəkillərdə ayrı-ayrı folklor janrlarına – əfsanələr, na­ğıl­­lar, dastanlar içərisində dəyişik şəkillərdə qalmaq­da­dır. Pertev Naili Boratav “100 soruda türk xalq ədə­biy­yatı” kitabında bu barədə yazır: “Oğuz dastan ənənəsinin qalıntılarına Anadolu türklərinin xalq ədəbiy­ya­­­tında rastlaşırıq. Əfsanə və nağıl janrlarında anladılan qısaldılmış, nağıllaşmış biçimləri olmaqla bərabər Tə­pəgöz hekayələri, nağıl janrının əlamətlərilə zən­gin­ləşmiş, genişlədilmiş olaraq anladılan Beyrək heka­yə­­si, yenə əfsanələrə, ma­sal­lara, ya da türkülərə bir motiv xüsusiyyətlərilə girən Dəli Domrul hekayəsi ki­mi. Bunlardan birincisinin qəhrəmanının adı Bay Böyrək və başqa dəyişik şə­kil­lərdə “Beyrək” adından gəl­di­yini müəyyənləşdirdiyi üçün oğuz dastanından gəldiyindən şübhə edilə bilməz” (Boratav P. (1973), s. 51).
Boratavın xatırlatdığı “Duxa qoca oğlu Dəli Domrul” boyunun fərqli bir şəkli professor Saim Sa­kaoğlu tərəfindən Zeytunköydə (Antalya) abdallar məclisində Cümə Əlinin dilindən söylənərkən yazıya alınmış, “Dədə Qorqud kitabı” (İncələmələr-dərləmələr, II axtarmalar, Konya 1998) kitabının 1015-1016-cı səhifəsində verilmişdir. Qeyd etmək lazımdır ki, ilk olaraq həmin mətn “Ün” dərgisində 1934-cü il (sayı 3) nəşr edilmişdir. Filologiya üzrə elmlər doktoru Cəlal Bəydili eposun “Domrul” boyu ilə səsləşən bu mətni “Dədə Qorqud” dərgisinin 2002-ci il ilk sayında nəşr etdirmişdir (Bəydili C. (2002).
Professor Qara Namazov isə “Dirsə xan oğlu Buğac boyu”nun el variantı” adı ilə “Dədə Qorqud”un ilk boyunun xalq arasında yayılan variantı haqqında 2000-ci ildə “Respublika” qəzetində məlumat vermiş və sonradan həmin mətni “Ozan-aşıq sənətinin tarixi” kitabına da daxil etmişdir (Namazov Q. (2013), s.45-48).
Beləliklə, dastanın əsasən beş boyu ilə bağlı mətnlər Azərbaycanda və Anadoluda hələ də söylənməkdə davam edir.
Sonuc
Sovet dönəmində xalqın azadlıq və hürriyyət arzularını alovlandıran, əsarət, kölə­lik buxov­la­rından qurtulmağa səsləyən ədəbi əsərlər ya senzura tərəfindən ya­saq edilmiş, ya da məc­buriyyət üzün­dən bəzən hətta Azərbaycanın öz təd­qiqatçıları tərəfindən sovet ideologiyasına uyğunlaşdırılaraq təhrif edilmiş, yan­lış təbliğ olun­muşdur. Məhz keçən əsrin 50-ci illərində “Kitabi-Dədə Qorqud” “başdan-başa soyğunçuluq və qırğın məqsədilə Azərbaycana gələn oğuz köçəri tayfalarının hakim yuxarı təbəqəsini tərifləməyə həsr edilən” bir əsər kimi qadağan edilmişdir.
M.B.Məmmədzadə “Dədə Qorqud” və kommunizm” mə­qa­ləsində bu abidəyə qarşı hücumlardan bəhs edər­kən bu münasibətin nəinki dastanın unutdurulmasına gətirib çıxar­dığını, əksinə, ona olan ma­rağın daha da artmasına, insanlara ruh yük­səkliyi verən eposun türk xalqlarının bütünləşməsini sax­la­dığına inamını bildirmişdir: “Dədə Qorqud” dastanı Azərbaycan türkünün qızıl kommunizm də­nizin­də boğulmasına mane olan bir canqurtaran olduğu üçün hər mil­li qəhrəman ki­mi QPU tərəfindən sürgünə məhkum edilmişdir. Fəqət Qızıl kom­­­munizmin bu şeytani tədbirləri “Dədə Qorqud” das­ta­nının qiymət və önəmini bir qat daha yüksəltmişdir. “Dədə Qorqud” dastanının hər bölümü vətənə – məm­ləkətə, anaya – ataya, qardaşa, ailəyə, topluma sayğı və sevgi duyğuları ifadə edərək ailə və toplum ənənə­lərinin qorunmasını saxlamışdır. “Dədə Qor­qud” das­tanı milli olan hər şeyin buxar­laş­dırılmağa çalı­şıldığı Sovetlər Birliyində Azər­bay­can türklərinin və türk dün­yasının öz örf, adət və ənənələrinə bağlı qalması sahə­sində önəm­li işlər görmüşdür. “Dədə Qorqud” türk xalqlarını bütün­ləş­dirən, in­san, varlıq, ölüm, həyatın anlamı, əxlaq qaydaları ilə bağlı görüşlərini qoruyan və millətlərin oyanmasını təmin edən ortaq dastanıdır” (Mehmetzade M. (1975), s.10).
Qeyd etmək lazımdır ki, “Dədə Qorqud kitabı”nın xalq arasında hələ də yaşamaqda olan boyları ilə bağlı digər türk dövlətlərində araşdırmalar aparılmış, tədqiqatlar nəşr edilmişdir. Fikrimizcə, “Dədə Qorqud” kitabı”nın Azərbaycanda hələ də şifahi repertuarda yaşamaqda olan izlərini daha dərindən tapıb üzə çıxarmaq ayrıca bir araşdırma mövzusudur və gələcək tədqiqatçısını gözləməkdədir.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   35   36   37   38   39   40   41   42   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish