Doç. Dr. Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2013 qafqaz universiteti



Download 2.29 Mb.
bet36/61
Sana10.09.2017
Hajmi2.29 Mb.
1   ...   32   33   34   35   36   37   38   39   ...   61

7.14. ÖZƏLLƏŞDİRMƏ 1993-2008


Özəlləşdirmə “zəfər yürüşünə” 70-ci illərdən başlayaraq, dünyanın 80-dən çox ölkəsində sınaqdan keçirilib. Böyük Britaniyada “tetçerizm”, Çində “kənddə isla-hatlar”, Türkiyədə “kamuların islahatı” adlanan böyük özəlləşdirmə prosesi 80-ci illərin sonu90-cı illərin əvvəlində keçmiş sosialist məkanını əhatə edən 18 ölkədə geniş vüsət aldı. Müxtəlif ölkələrdə fərqli adlar daşıyan belə proqramlar fərqli şəraitlərdə də həyata keçirilməyə başladı. Bu tip proqramlar Çexiya və Slovakiyada “kupon özəlləşdirməsi”, Litvada “sürətli özəlləşdirmə”, Monqolustan və Rumı-niyada “vətəndaş proqramları”, Polşada “kütləvi özəlləşdirmə”, Rusiyada “vauçer özəlləşdirməsi” adı ilə tarixə düşdü. Azərbaycanda isə bu proqram “çek özəlləşdir-məsi” adlandırıldı. Ümumilikdə kütləvi özəlləşdirmə proqramları adı ilə qruplaşdı-rılan belə proqramlar bir-birindən aşağıdakı əlamət sıraları üzrə fərqləndirilə bilər:

A) proqramın məqsədinə görə:

Kütləvi özəlləşdirmə proqramları özündə bir neçə ümumi məqsədləri birləşdirə bilər: siyasi məqsədlər (iqtisadi transformasiya prosesinə əhalinin geniş kütlələrinin cəlbi), sosial məqsədlər (səhmlərin bölgüsünün ədalətli forması), sistemli məqsəd-lər (iqtisadiyyata bazar prinsiplərinin tətbiqi), səmərəliliyin yüksəldilməsi məqsəd-ləri (idarəetmənin və istehsalın modernləşdirilməsi). Çexiya-Slovakiyada həyata keçirilən özəlləşdirmə proqramları qarşısına sistemli və siyasi, Rusiyada birinci növbədə siyasi, sonra isə sistemli, Polşada səmərəliliyin yüksəldilməsi və sosial ədalətin təmini, Qırğızıstanda sistem müxtəliflikləri məqsədlərini qoymuşdur. Azər-baycanda özəlləşdirmə proqramlarının məqsədləri Rusiya ilə üst-üstə düşür.



B) onun reallaşdırılması üsulları və miqyasına görə:

Kütləvi özəlləşdirmə proqramları müxtəlif ölkələr üzrə özünəməxsus miqyas-lara və idarəetmə dərəcələrinə malik olub. Digər proqramlarla müqayisədə Rusiya-da özəlləşdirmə proqramının əhatə dairəsi daha geniş olaraq, özündə Rusiyanın bü-tün əhalisini və dövlət müəssisələrinin 80 faizini birləşdirib. Polşa modeli ondan xeyli dərəcədə fərqlənərək daha məhdud dairədə reallaşdırılmış və dövlətin əsas fondlarının 11 faizindən bir qədər çoxunu əhatə edib. Bu proqramın həyata keçiril-məsində Polşa vətəndaşlarının 69 faizi iştirakçı olub. Bu proqramların ortasında isə Çexiyada özəlləşdirmə modeli dayanır ki, o da dövlət fondlarının 25 və ölkə əhali-sinin 56 faizini əhatə edib. Azərbaycanda müvafiq surətdə dövlət mülkiyyətinin 75,7 faizinin özəlləşdirilməsi nəzərdə tutulub ki, bu məqsədlə ölkənin bütün vətən-daşlarına çeklər paylansa da, I özəlləşdirmə proqramının nəticəsi olaraq əhalinin heç bir faizi də səhmdara çevrilə bilməyib.



C) reallaşdırma tempinə görə:

Bütün kütləvi özəlləşdirmə proqramları reallaşdırma sürəti parametri üzrə bir-birindən fərqlənir. Ən gərgin qrafik üzrə çek özəlləşdirilməsi həyata keçirilib. Orada dövlət fondlarının 25 faizinin özəlləşdirilməsi il yarımlıq müddət ərzində, daha doğrusu, praktiki olaraq 1993-cü ilin sonunadək başa çatdırılıb. Rusiya varian-tı üzrə həyata keçirilən özəlləşdirmə proqramına müvafiq surətdə 2 aya dövlət müəssisələrinin yenidən qurulması, ardıcıl olaraq 18 ay müddətində isə əhali ara-sında səhmlərin milli investisiya fondlarında yerləşdirilməsi işi başa çatıb. Milli in-vestisiya fondlarının özəlləşdirilməsinə də üç il vaxt sərf olunduğundan, demək olar ki, Polşada özəlləşdirmə prosesi 5 illik müddəti əhatə edib.



D) proqramların daxili uyğunluğuna görə:

Hər bir kütləvi özəlləşdirmə proqramlarında fəaliyyət ardıcıllığına görə müəy-yən özünəməxsus xüsusiyyətlər meydana çıxsa da, onların təbii olaraq ardıcıl fəa-liyyətini üç mərhələdə qruplaşdırmaq mümkündür. Belə təsnifat proqramların da-xili uyğunluğu əsasında aparılır. Belə ki, bütün proqramlar üzrə birinci mərhələdə vauçer, çek, kupon və ya səhm hüququ barədə şəhadətnamə paylanmaqla, dövlət müəssisələrinin səhmlərinə süni tələbat yaradılır. İkinci mərhələdə özəlləşdirilən müəssisələrlə vauçer sahibləri arasında vasitəçilik funksiyasını yerinə yetirən in-vestisiya fondları formalaşdırılır. Üçüncü mərhələdə müəssisələrin səhmləşdiril-məsi, dəyərin qiymətləndirilməsi və kiçik emissiya prospektlərinin buraxılış yolu ilə onların təklifi həyata keçirilir.



E) proqramların reallaşdırılması ilə əlaqədar risklərə görə:

Risk anlayışı heç də pul itirilməsi ilə bağlı deyil burada söhbət məqsədə çatmağın dərəcəsindən, son nəticələrin uğurundan gedir. Polşa və Rumıniyada real-laşdırılan proqramlarda aşağıdakı beş amilin nəticəsi olaraq əhali üçün risk dərəcəsi xeyli aşağı salınıb: proqrama daxil edilən müəssisələrin əvvəlcədən seçilməsi yolu ilə, investisiya fondlarının hər bir müəssisənin seçilməsinə peşəkar yanaşması, şir-kətlərin fəaliyyətinin monitorinqinin peşəkar aparılması, satış qiymətinin aşağı salınması və fondlar vasitəsilə manevr yolu ilə.

Riskin aşağı salınmasının digər amili təbliğat mexanizminin düzgün qurulması, aşkarlıq, vətəndaş nəzarəti vasitəsilə özəlləşdirilən müəssisə və obyektlər barəsində informasiya boşluğu yaratmaqdan ibarətdir. Hökumətin və parlamentin özəlləşdir-mənin gedişinə diqqət yetirməsi də riskin azaldılması üzrə vacib məqsədlərdən hesab olunur.

Azərbaycanda bu və ya digər məsələlərə az əhəmiyyət verilməsi, əhalinin səhmləşdirmə prosesinə cəlb etmə mexanizminin düzgün qurulmamağı, onların əmlak hüquqlarının pozulması halları özəlləşdirmənin reallaşdırma riskinin artırıl-masına təsir edən amillərdən sayıla bilər.

Yuxarıda qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, özəlləşdirmə proqramlarına müxtəlif ölkələr fərqli aspektlərdən yanaşsalar da, on-ların hamısının qarşısında aşağıdakı 4 qrup problemləri həll etmək vəzifəsi durur:

Birincisi, maliyyə sisteminin sağlamlaşdırılmasıdır ki, praktiki olaraq, bütün ölkələrdə özəlləşdirmə prosesi yüksək inflyasiya, dövlət büdcəsinin kəsirinin artımı və digər mənfi tendensiyalarla müşayiət olunub.

İkincisi, rəqabətin canlandırılması, təbii inhisarların tədricən ləğvi, dövlət və özəl müəssisələrin menecment fəaliyyətinə azadlığın verilməsidir.

Üçüncüsü, əhalinin mülkiyyətçilər təbəqəsinə çevrilməsi yolu ilə iqtisadi artı-mın yeni tipinin sosial bazasını formalaşdırmaqdan ibarətdir.

Dördüncüsü, dövlətin iqtisadi rolunun və funksiyalarının dəyişdirilməsi, iqtisa-diyyatın səmərəliliyinin yüksəldilməsi məqsədləri daşıyır.

Azərbaycan müstəqillikdən sonra azad bazar iqtisadiyyatına keçməyi qərara almış və bu sahədə fəaliyyətə başlamışdır. İlk olaraq 1993-cü ildə Özəlləşdirmə qanunu çıxarmış , lakin faktiki tətbiq 1995-ci ildən başlaya bilmişdir.

Azad bazar iqtisadiyyatına keçidin əsas mərhələlərindən biri sayılan və ölkə iqtisadiyyatının yenidən qurulmasının əsas faktorlarından biri olan və qərb sərma-yəsinin də iştirak edə biləcəyi özəlləşdirmə fəaliyyətləri, dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında 1993-cü ildə Azərbaycan Milli Məclisi tərəfindən qəbul olunan qanun ilə birlikdə başlamışdı. Azərbaycanın iqtisadi təməllərini dövlət mül-kiyyəti, özəl mülkiyyət və bələdiyyə mülkiyyəti təşkil etməyə başlamışdı.

Həmin tarixdə çıxarılan və 27 maddədən ibarət olan “Dövlət Mülkiyyətinin Özəlləşdirilməsi Qanunu” ilə Azərbaycan azad bazar iqtisadiyyatına keçid çalışma-larının hüquqi dayağının əmələ gəlməsi ilə ölkədə ilk özəlləşdirmə cəhdləri 1993-cü ildə başlamışdı. Ancaq bu proqram Milli Məclisdən rəy ala bilməmişdi. 1993 və 1994-cü illərdə “Özəlləşdirmənin Dövlət Proqramı” uzun mübahisələrdən sonra 1995-ci ildə Milli Məclis tərəfindən təsdiqlənərək birinci özəlləşdirmə proqramının tətbiqinə başlanmışdı. İMF və Dünya Bankının da tövsiyələri ilə özəlləşdirmə Azərbaycan idarəçiliyinin qabaqcıl hədəfləri arasında yer almağa başlamışdı.

Özəlləşdirməyə, 1992-ci ildə Dövlət Əmlak Komitəsi tərəfindən nəzarət edilmək-də idi. 2000-ci ildə isə Əmlak Komitəsi ləğv edilərək İqtisadi İnkişaf Nazirliyi tərkibində formalaşdırılmışdır. 1993-1996-cı illər arasında ancaq binalarda və taksi-lərdə özəlləşdirmə həyata keçirilmişdi. 1997-ci ildə hər biri 4 ədəd çekdən ibarət 8 milyon ədəd Dövlət Özəlləşdirmə Payından(Çek) 7.183.803 ədədi Azərbaycan vətəndaşlarına pulsuz dağıdılmışdı.

Azərbaycanda 1995-1998 ci illəri əhatə edən birinci özəlləşdirmə proqramı ancaq 2000-ci ilin əvvəllərində sona çata bilmişdi. Birinci özəlləşdirmə proqramın-da özəlləşdirmə proqramına alınan kiçik və orta boyda olan şirkətlərin çox hissəsi bu proqram ilə özəlləşdirilmişdi. 1996-cı ildə özəlləşdirməni tezləşdirərək, sayları 6200-ə çatan kiçik şirkətlər özəlləşdirilirkən, 1997-ci ilin axırlarında bu rəqəm 15000-ə çatmışdı.

İkinci özəlləşdirmə proqramı 10.08.2000 tarixində dövlət başçısı tərəfindən imzalanmışdı. Bu proqram da iki illik bir gecikmə ilə həyata keçirilə bilmişdi. Bu proqram ilə orta və böyük həcmli şirkətlərin özəlləşdirilməsi planlaşdırılmışdı. Bununla da iqtisadiyyatda dövlətin rolu daha da azaldılmağa başlanıldı.

2001-ci ilin əvvəllərində Mərhum Prezidentimiz Heydər Əliyev, özəlləşdirməni sürətləndirərək, emalat, enerji və kimya sektorlarında fəaliyyət göstərən 100 böyük dövlət iqtisadi şirkətinin özəlləşdiriləcəyini elan etmişdi. Özəlləşdirmə proqramına görə özəlləşdiriləcək müəssisələr kiçik, orta və böyük olaraq 3 qrupa ayrılmışdı. Kiçik müəssisələr 15 %-i çalışanlarına pulsuz verilməkdə 85 %-i isə pullu hərraclar ilə satılmaqdadır. Orta və böyük müəssisələr isə əvvəl anonim şirkət statusuna çevrilir və sonra özəlləşdirilirdi. Bu şirkətlər hissələrinin ən azı 50 %-i çek Kəsir artırma yolu ilə, 15 %-i müəssisə işçilərinə çek qarşılığında, 10 %-u pulla Kəsir artırma və qalan 25 %-i isə dövlət tərəfindən qapalı yatırım fonduna verilməsi ilə özəlləşdirilmişdir.

İkinci özəlləşdirmə proqramı çərçivəsində isə xəbərləşmə, əlaqə, kimya, enerji kompleksi və digər sektorlardakı müəssisələrin özəlləşdirmə prosesi davam etmək-dədir.

Özəlləşdirmənin başladığı tarixdən 2013-ci ilin əvvəlinə kimi məcmu dəyəri 6 milyard manat olan 50 min kiçik həcmli müəssisələr özəlləşdirilmişdi. Yenə 2005-ci ilin əvvəlindən 1537 dövlət şirkəti, bu çərçivədə 356 orta və böyük həcmli şirkət anonim şirkətə çevrilmişdi.

Nəticə olaraq 150 mindən çox Azərbaycan vətəndaşı özəl mülkiyyət sahibi ol-muşdu. Başqa tərəfdən, ərazi mülkiyyətində müxtəliflik nəticəsində Azərbaycan əra-zisinin 56.9 %- i dövlətə, 23.5%-i bələdiyyəyə və 19.6%-i isə özəl mülkiyyətə aiddir.



Download 2.29 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   32   33   34   35   36   37   38   39   ...   61




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2020
ma'muriyatiga murojaat qiling

    Bosh sahifa
davlat universiteti
ta’lim vazirligi
O’zbekiston respublikasi
maxsus ta’lim
zbekiston respublikasi
o’rta maxsus
davlat pedagogika
axborot texnologiyalari
nomidagi toshkent
pedagogika instituti
texnologiyalari universiteti
navoiy nomidagi
samarqand davlat
guruh talabasi
ta’limi vazirligi
nomidagi samarqand
toshkent axborot
toshkent davlat
haqida tushuncha
Darsning maqsadi
xorazmiy nomidagi
Toshkent davlat
vazirligi toshkent
tashkil etish
Alisher navoiy
Ўзбекистон республикаси
rivojlantirish vazirligi
matematika fakulteti
pedagogika universiteti
таълим вазирлиги
sinflar uchun
Nizomiy nomidagi
tibbiyot akademiyasi
maxsus ta'lim
ta'lim vazirligi
махсус таълим
bilan ishlash
o’rta ta’lim
fanlar fakulteti
Referat mavzu
Navoiy davlat
umumiy o’rta
haqida umumiy
Buxoro davlat
fanining predmeti
fizika matematika
universiteti fizika
malakasini oshirish
kommunikatsiyalarini rivojlantirish
davlat sharqshunoslik
jizzax davlat