Doç. Dr. Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2013 qafqaz universiteti



Download 2.42 Mb.
bet14/61
Sana10.09.2017
Hajmi2.42 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   61

4.5. ÖDƏMƏLƏR BALANSI ÜZƏRİNDƏKİ TƏSİRLƏR


Ödəmələr balansı bir ölkədə yaşayan insanların müəyyən bir dövrdə xarici döv-lətlərlə fəaliyyətlərin yer aldığı tablodur. Bu yolda həyata keçirilən fəaliyyət bəzi xüsusiyyətlərə görə Cari İşləmlər Balansı, Sərmayə Balansı və Rezerv Hərəkətləri Balansı olaraq göstərilir. Cari İşləmlər Balansına mal və xidmət ticarəti ilə transfer ödəmələri daxil edilir. Beləcə cari hesab tarazlığı idxal, ixrac fərqi, faiz və transfer ödəmələrindən ibarətdir. Sərmayə Balansında ölkə sakinlərinin xarici ölkələrdə qoyduğu Sərmayə və kreditlər yer alır. Rezerv Hərəkətləri Balansında da ölkələrin xarici valyuta, qızıl məmulatlarından ibarət olan rəsmi rezervlərdəki müxtəlifliklər yer alır.

İkiyanlı mühasibat sistemi əsasına görə tutulan ödəmələr balansı, mühasibat mənasında uyğun gəlsə də reallıqda uyğun olmaya bilər. Siyahı qələmlərindən cari işlər və sərmayə xidmətlərinin bir qismi bazar iqtisadiyyatının işləmi ilə öz-özlü-yündən ortaya çıxması səbəbi ilə “avtonom qələmlər” olaraq adlandırılmaqdadır. Avtonom qələmlərin səhv və daha çox olması nəticəsində meydana gələn uyğun-suzluqları müvəqqəti olaraq qızıl, xarici valyuta və SDR kimi rəsmi rezervlərin işlədilməsi də “tarazlaşdırıcı qələmlər”i meydana gətirir. Buna görə də iqtisadiy-yatda avtonom qələmləri meydana gətirən gəlirlər xərclərdən az olarsa, ödəmələr balansı “kəsir”, gəlirlər xərclərlə bərabərdirsə “taraz”, gəlirlər xərclərdən çoxdursa, “profsid” verir deməkdir.

Ödəmələr balansında qeyri - tarazlıq olan bir ölkə bu kəsiri xarici valyuta və qızıl rezervlərindən düzəldər. Ancaq ölkənin sahib olduğu bu rezervlər müəyyən çərçivə daxilində olduğundan ödəmələrdə qiymətli kağızlardakı daimi səhvliklər ölkəni çətin vəziyyətə sala bilər. Çunki ölkələrin rezervləri qurtardıqda heç bir qurum borc vermək istəmədiyi üçün kredit tapmaq imkanı azalır və ölkə çarəsiz qalır.

1970-ci illərdə Bretton Woods sisteminin dağılması və kapitalizmin iflasa uğraması ilə yeni bir yol olaraq daha rəqabətli , xaricə Kəsir bir dünya iqtisadiyyatı modeli olaraq seçilmişdir. İqtisadiyyatın xaricə açılmasında xarici valyuta və faiz üzərində dövlət nəzarəti yenə də qalmaqdadır. Valyuta əvvəlcədən mal hərəkətlə-rindən meydana gələn təklif və tələbə görə yaranarkən, xaricə çıxdıqdan sonra pul hərəkətlərinin təsiri altında qalmaqdadır. Faizlər–tələb nəzarət vasitəsi olaraq artı-rılanda xarici sərmayə pul olaraq ölkəyə gəlməkdə və pul təklifi artırılmaqdadır. İqtisadiyyatda mal hərəkətlərinin sərbəst olub, mənbə təhsisinin dərinləşdiyi rəqa-bət mühitində iqtisadi tarazlığı pozan sərmayə hərəkətlərini beynəlxalq iqtisadiyyat ilə məhdudlaşdırmaq imkansızlaşır.

Sərmayə xüsusilə yetərli kapitala sahib olmayan ölkə iqtisadiyyatı baxımından yaralı olduğu üçün Dünya Bankı tərəfindən dəstəklənir. Ancaq sərmayə axın-larının yarada biləcəyi əlverişsizliyə qarşı da diqqətli olmaq lazımdır. Argentina, Çili, Kolumbiya, Meksika, İndoneziya, Koreya, Malayziya, Filippin və Tailand iqtisadiyyatda sərmayə axınlarının təsirlərini tədqiq edən 2008-ci il tarixli Dünya Bankı statistikasına görə sərmayə axınları ilə əlaqəli bəzi tərəddüdlü məsələlər var. Məsələn, maliyyə sisteminin genişlənməsinin zəif olduğu ölkələrdə disbalans yarana, edər və bank sektorunda böhranlara yol aça bilər. Xarici ticarətin sərbəstləşməsi ilə ixracatın azalması və idxalın artması fərqli nəticələrə səbəb ola bilir. Sərmayə axınının dayanması və sərmayə qaçışı iqtisadi tarazlığı pozaraq problemləri artıra bilər. Sərmayə axınları sabit valyuta sistemində pul siyasətinə zərər verə bilər.

Ayrıca, Maliyyə Stabillik forumunun (TSF) Mario Draghi başçılığında yaratmış olduğu sərmayə axını ilə əlaqədar olaraq Çalışma Qrupunun məlumatına görə dövlətin sərmayə axını ilə əlaqəli riski azaltması bəzi şərtlərə bağlıdır. Bunlar:

1- Milli Bankdakı valyuta rezervlərini artırmaq və özəl firmaları böhrana qarşı lazımi rezerv ehtiyatlarını almağa təhrik etmək;

2- Xaric borclanmadan daxil borclanmaya yönəlmək;

3- Qısamüddətli borclanmalardan uzunmüddətli borclanmalara keçmək;

4- Ölkələrin böhran zamanında istifadə etmək üzrə daha əvvəldən müəyyən olunmuş faizdən əldə edə biləcəyi müxtəlif kredit limitlər və satın almaq haqlarının olması;

5- Şirkətləri borclanmadan başqa öz sərmayələri ilə işləməyə sövq etmək;

6- Müddətli satış sözləşmələri (forward contracts) sataraq və ya satış seçimləri (put obtions) alaraq vacib ixrac mallarının qiymət risklərini azaltmaq;

7- İdxalçıları müddətli satın almağa yönəltmək;

8- Xidmət xərcləri və ödəmələri ixrac malları qiymətlərinə bağlamaq.

Dünya iqtisadiyyatında yaşanan müxtəlifliklərin gətirdiyi istiqrarsızlıqlar (Sərmayə axını kimi) artarkən inkişaf etməkdə olan ölkə iqtisadiyyatında meydana gələn dövlət büdcəsindəki çatışmazlıqlar və onun gətirdiyi iqtisadi problemlər onun tarazlığını pozmaqdadır. Çatışmazlıqların maliyyələşdirilməsində çətinliyə girən ölkələr borclarının faizlərin belə ödəməkdə çətinlik çəkərkən, beynəlxalq sərmayənin səbəb olduğu tarazsızlığa qarşı lazımi siyasəti tətbiq edə bilmədikləri üçün bunlar sarsılmaqdadırlar. Xüsusilə inkişaf etməkdə olan ölkələrin xaricə açılması, milli pullarını sərbəst çıxartması, pullarını “konvertabl” elan etməsi, mal və xidmət hərəkətlərinin sərbəstləşdirilməsi ilə beynəlxalq siyasətlərin azalması yaşanan mənfi hadisələrin həllini çətinləşdirir.

Dövlət büdcəsindəki kəsirlərin olduğu iqtisadiyyatda bir yandan borcun geri ödəmələri, digər yandan özəl sektorun sərmayə ehtiyacı ilə faizləri artmaqdadır. Faizlərin artması istehsal xərclərini artırmaqda, iqtisadi genişlənməyə mənfi təsir göstərməkdədir. Bundan başqa, faizlərdəki artım xarici sərmayəyə girişi tezləşdirərək valyuta rezervlərinin artmasını əngəlləməkdə, yerli pulun daha çox dəyərləndirilməsinə səbəb olmaqdadır. Yerli pulun dəyərli olması daha əvvəl də deyildiyi kimi, istehsal xərclərini digər ölkələrə görə artırdığından, ixrac azalarkən idxal artmaqdadır. Beləliklə, dövlət büdcəsindəki kəsirlərin artması xarici ticarət çatışmazlıqlarını da (twin deficitis) artırmaqdadır.

Dövlət büdcəsindəki kəsirlər, real faiz, inflyasiya və cari işlərin balansı ara-sındakı əlaqəni xüsusilə inflyasiya yaşayan ölkələrdə az müddətdə zəif olaraq orta-ya çıxsa da, orta və uzun müddətdə hiss edilir. Dövlət büdcəsindəki kəsirlər inflyasiya və faizləri artırmaqda, xarici borc və valyuta faizlərinə səbəb olan tarazlığını pozmaqdadır. Carlos Rodriguezin 1991-ci ildə etdiyi kimi dövlət çatış-mazlıqları ilə xarici çatışmazlıqlar və valyuta pulu arasında yaxın bir əlaqənin olduğunu göstərən bir neçə analitik model çalışmaları vardır. Bu modellərdə iqtisadi siyasətlərin özəl sektor xərclərini və xarici varlıqların təsirləndiyini gös-tərən mexanizmlər var. Praktikadakı tətbiq edilmə ilə əlaqədar olaraq da dövlət büdcəsindəki çatışmazlıqlar ilə xarici tarazlıq arasında bir əlaqənin olduğunu göstərən çalışmalar da vardır.



Do'stlaringiz bilan baham:
1   ...   10   11   12   13   14   15   16   17   ...   61


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2017
ma'muriyatiga murojaat qiling

    Bosh sahifa