Doç. Dr. Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2013 qafqaz universiteti


DÖVLƏT GƏLİRLƏRİ VƏ İQTİSADİ TƏSİRLƏRİ



Download 2.29 Mb.
bet13/61
Sana10.09.2017
Hajmi2.29 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   61

4.4. DÖVLƏT GƏLİRLƏRİ VƏ İQTİSADİ TƏSİRLƏRİ


Dövlət sektorunun məsuliyyətindən əmələ gələn xərclərin reallaşdırıla bilməsi üçün bu xərcləri qarşılayacaq gəlirlərə ehtiyac vardır. Bu gəlirlər başda vergilər ol-maqla, xərclər, dövlət resursları gəlirləri, borclanmalar, emissiyalar, xidmət satış-ları və s. şəklindədir. Dövlət qurumlarının ehtiyaclarından əmələ gələn və qanuni sərhədlər içində qalmaq şərtilə müraciət etdikləri bu şəkildəki gəlirlərə dövlət gəlir-ləri deyilir.

Dövlət gəlirlərinin də dövlət xərclərində olduğu kimi, iqtisadiyyat üzərində müxtəlif təsirləri var. Bunlar: gəlir bölgüsü və resursların istifadəsindəki səmərəli-lik kimi mikro təsirlər ola biləcəyi kimi, istehsal tutumu, məşğulluq nisbəti, qiymətlərin ümumi səviyyəsi, iqtisadi böyümə üzərindəki təsirlər kimi makro təsirləri də ola bilər23.

Dövlət gəlirlərinin mikro və makro ölçüdə əmələ gətirdiyi bu təsirlər aşağıda ələ alınacaqdır. Bu prosesdə dövlət gəlirləri, gəlirlərin əldə edilməsində dövlət tərə-findən ödəyici olanlara bir inzibati güc tətbiqi edilib-edilmədiyi və ya ödəyici ola-nın sərbəst iradəsinin olub-olmadığı xüsusiyyətlərinə görə “vergi və oxşar gəlirlər” ilə “vergixarici gəlirlər” şəklində təsnif olunacaqdır24. Buna görə vergi, rüsum, xərc, şərəfiyyə, fiskal gəlirlər kimi dövlətin ödəyicinin istəyinə bağlı olmayaraq məcburi olaraq əldə etdiyi gəlirlər vergi və oxşar gəlirlər başlığı altında ələ alına-caqdır. Digər tərəfdən, təşəbbüs gəlirləri, emissiya, daxili və xarici borclanma kimi dövlətin ölkə vətəndaşları üzərində inzibati güc tətbiq etməkdən əldə etdiyi gəlirlər də “vergixarici gəlirlər” başlığı altında nəzərə alınacaqdır.

1. Vergi və oxşar gəlirlərin təsirləri

Vergi və oxşar dövlət gəlirlərinin ödəyicilər tərəfindən ödənməsi məcburidir və bundan qaçmaq mümkün deyil. Vergi oxşarı gəlirlərdə ödəyicilər uyğun qurum-ların göstərdikləri xidmətləri və bu xidmətlərin maliyyələşdirilməsini qarşılamağı rədd edə bilməz.25 Bundan başqa, ödəyicilərin ödədikləri vəsaitləri ilə əldə etdikləri qarşılıqlar arasında bir eynilik mövcud deyildir. Qısası, bu cür dövlət gəlirlərini qarşılamaq ödəyicilər üçün məcburidir.

Ödəyicilərin verdiyi bu ödəmələr onların iqtisadi gücünü azaldır. Bu hal vergi ödəyicilərinin vergi ödəmələrinə qarşı bir hiss duymasına səbəb olur. Buna maliyyə ədəbiyyatlarında “vergi öhdəliyi (tax burden) deyilir. Vergi ödəyicilərinin bu yük-dən qurtulmaq üçün ödədikləri və ya ödəyəcəkləri vergini qismən və ya tamamilə başqalarına köçürməsinə də “verginin əks olunması” (tax incidence) deyilir. Bütün ödəyicilər vergi öhdəliyinin az olmasını istədiyinə görə bunu mümkün olduğu qədər əks etdirmək və vergi öhdəliyindən azad olmaq istəyəcəklər.

Müəyyən bir gəlir səviyyəsində vergilərdəki artımlar ödəyicilərin gəlirlərinin azaltdığı üçün onların daha az istehlak etməsinə səbəb olarkən, vergilərdəki azalmalar isə onların daha çox xərclərinə səbəb olmaqdadır. Hər iki halda da məcmu tələb zərfi dəyişir.

Vergi nisbətlərindəki dəyişmənin real ÜDM üzərindəki təsiri, vergilərin gəlir-dən asılı olub-olmamağına görə dəyişməkdədir. Sadələşmiş vergilər kimi gəlirdən asılı olmayan vergilərin təsiri (-c/1-c) şəklində olacaqdır. Dövlət xərclərində təsiri (1/1-c) olduğu halda bu cür vergi ödəyicilərinin istifadə edilə bilən gəlirlərini azalt-dığından mənfi qiymətlidir. Məcmu tələbdəki azalma, verginin bir qismi ehtiyatda saxlanılan pullardan ödəndiyi üçün ödəyicilərin marginal istehlal maili nisbətində olacaqdır. Ehtiyatda saxlanılan pulların istifadəsi məcmu tələbdə olan enişi azal-dacağından, bu cür vergiləndirmələr gəlirə bağlı vergilərdən daha təsirlidir.

Vergilər gəlirdən asılı olduğunda isə vergi qoyma səbəbi ilə gəlirdəki artımla-rın istehlaka gedən payı azaldığından vuruq əmsalının daha aşağı olması (1/1-c+ct) milli gəlirdəki artıma mənfi yöndə təsir edəcəkdir.



2. Vergidən başqa digər gəlirlərin təsirləri

Dövlətin gəlir mənbəyinin çoxunu vergi təşkil edir. Ancaq vergi mənbələri dövlət xərclərini qarşılamaqda kifayət etmədiyi üçün vergi ilə yanaşı başqa gəlir mənbələri də vardır. Başqa gəlirlər dövlətin normal zamanlarda istifadə etdiyi mən-bələr olmaqla bərabər gəlir tarazlığının olmadığı zamanlarda daha çox istifadə olunan və hər biri ən azından potensial iqtisadi problem olan metodlardır.26

Bunlardan emissiya, dövlətin pul çıxartma haqqı (seigniorage) ilə əlaqədar olaraq milli bank vasitəsi ilə bazarın pul ehtiyacının qarşılanmasıdır. Milli bank Kəsir bazar əməliyyatları vasitəsi ilə bazarın pul ehtiyacına görə pul təklifini artırıb azaldır. İqtisadiyyatda təklif elastikliyinin aşağı olduğu vaxtlarda Emissiyanın artı-rılması inflyasiya meydana gətirməkdədir. Çünki artan pul təklifi bazarda tələbi artırarkən istehsalında eyni şəkildə artmamağı qiymətlər ümumi səviyyəsində artımlar ilə nəticələnir.

Dövlət xüsusilə sərmayə bazarlarının inkişaf etmədiyi ölkələrdə milli bankın mənbələrini istifadə edərək xərclərini artırmaqdadır. Beləcə, milli bankın maliyyə vəziyyəti dəyişməkdə, inflyasiya artmaqdadır. Bu vəziyyətdən qaçmaq üçün isti-fadə olunan ümumi metodologiya isə milli bankın müstəqilliyini artıran qanun müddəalarının müəyyən edilməsidir.

Dövlətin gəlir mənbələrindən borclanma isə dövlətin sadə veksel və istiqraz kimi adlı borclanma sənədlərini bazara gətirərək faiz qarşılığı gəlir əldə etməsidir. Borclanma ölkədaxili bazarlardan və ya ölkəxarici bazarlardan reallaşdığına görə daxili borclanma və xarici borclanma şəklində təsnifləndirilməkdədir.

Daxili borclanma, dövlətin ölkə sərhədləri içindəki özəl fərdi və müəssisələrin-dən reallaşdığı borclardır. Belə bir borclanmada ölkənin məcmu mənbələrində bir artım yoxdur. Yalnız mənbələrin istifadəçiləri dəyişməkdədir. Dövlətin borclanma istəyi pula olan tələbi artırmaqda, özəl sektorun istifadə edə biləcəyi kredit miqdarı azalmaqdadır. Pul tələbi faiz nisbətlərini artırdığından, özəl sektorun investisiya xərcləri artmaqdadır. Buna görə daxili borclanmadakı artım özəl sektorun kə-narlaşdırılmasına (crowding-out) səbəb olmaqdadır.

Xarici borclar, dövlətin xarici bazarlardan mənbə təmin etməsidir. Bu cür borc ilə ölkə mənbələri artır, dövlətə əlavə istehsal və investisiya qoymaq şəraiti yaradır. Daxili borclarda olduğu kimi, bir kənarlaşdırma prosesi olmadan dövlətin daha çox xərcləmə imkanı olur. Ancaq xarici borcların da artması təhlükəlidir. Çünki çox borclanmanın faiz maliyyəti çoxalır və ölkənin xarici borc inzibatçılığında inflya-siya ilə qarşılaşma riski artır. Xarici borclanmanın davam edə bilməsi üçün yerli pula dəyər vermək lazımdır. Yerli pulun dəyərli tutulması valyuta məzənnələrinin yenidən müəyyən edilməsi problemləri ilə bərabər ölkənin xarici ticarətinə mənfi təsir edir.

Son olaraq dövlətin dövlət resursları gəlirləri, sahib olduğu dövlət və özəl hü-quq statusundakı daşınan-daşınmaz mallar ilə haqlardan əldə etdiyi gəlirlərdir. Bu gəlir mənbələrinin əhatəsi günümüzdə genişlənmiş, dövlətin iqtisadiyyata müda-xiləsi ilə qurduğu şirkətlərdən əldə etdiyi gəlirlər dövlət resursları gəlirlərinə daxil-dir. Hələ də dövlət resursları gəlirləri dövlət gəlirləri içində əhəmiyyətli yer tut-maqdadır. Hər dövlətin müdaxiləçilik anlayışına görə bu sahədəki fəaliyyətlərin əhəmiyyəti dəyişməkdədir. Ancaq dövlət şirkətlərinin zərərlə işləməsi səbəbi ilə bir çox ölkələrdə dövlət əraziləri və ya dövlət müəssisələri satılaraq dövlətə gəlir qazandırır. Qazandırılan bu gəlir dövlətin satacağı varlıqların məhdud olması səbəbi ilə əldə edilən müvəqqəti mənbələrdir.

Dövlət sahəsində işləyən işçilərlə əlaqədar xərclər, həm də inkişaf etməkdə olan ölkələrdə məcmu xərclərin vacib bir qismini təşkil etməkdədir. Bu səbəbdən dövlət sektorunda tətbiq olunacaq qiymət və məşğulluq siyasətinin işsizlik faizi üzərində təsirləri olacaqdır. Bunun üçün məşğulluq siyasəti ilə qiymət siyasəti ara-sındakı əlaqəni ələ almaq lazımdır. Dövlət sektorunda qiymətin dəqiqləşdirilməsi özəl sektordan fərqli olduğundan, özəl sektor idarəçilərinin əksinə olaraq, boş yerlərin doldurulması istiqamətində maliyyələşdirmə olmadığı kimi, maaşlar olmasından çoxdursa, rəqabətcil özəl sektor quruluşları qədər maliyyə sıxıntısına girməkdən söz gedə bilməz. Özəl sektor əmək gücünə görə işsizlik edərkən, dövlət sektorunda ümumilikdə başqa faktorların təsiri vardır.

İnkişaf etməkdə olan ölkələrdə əsasən dövlət sektorunda işləyənlərin sayı ehti-yacdan çoxdur. Bu səbəbdən dövlət sektorunda ortalama real qiymətlər düşsə də məşğulluğun artması ilə işçilərin xərclərinin ümumi xərclər içindəki payı artmaq-dadır. Daha çox məşğulluq mənbələrinin israfına səbəb olduğu üçün dövlət büdcəsindəki kəsirlərin qarşısının alınmasındakı xərcləri azaltmaq üçün dövlət işçilərinin azaldılması istiqamətində tədbirlər görülməkdədir. Bu tədbirlər xəyali işçilərin xaric edilməsi, müvəqqəti işçilərin işlərinə son verilməsi, işə düzəltmələrin durdurulması, dövlət məmurluğu siyasətində sıxışdırmaların olması, istəyə bağlı təqaüdə çıxma və istefa, vaxtından tez təqaüdə çıxma, işdən çıxartmaq və özəlləşdirmə kimi tədbirlərdir. Ancaq nəticələrə görə müvəqqəti və yarımştat işçiləri işdən çıxarmaq daha asan və az problem yaratdığı halda, toplu halda işdən çıxartmaq siyasətini yerinə yetirmək mümkün deyil. İşçiləri işdən çıxartmaq əvəzinə, yeni işçi almağı dayandırmaq, işçi tələblərini mərkəzi yoxlama və nəzarət altında saxlamaq daha asandır. Lakin tətbiq olunan siyasət nə olursa olsun, dövlət sektorunda məşğulluğu azaltmanın az və ortalama bir qiyməti vardır.

Dövlətin cari və investisiya xərcləri ümumi xərclər içində vacib yer tutur. Bu xərclərdəki artımla əlaqədar sektorlarla və məşğulluğu artırmaqdadır. Ayrıca döv-lətin iqtisadiyyatda genişlənməsini istədiyi istehsal qurumları üçün verdiyi subsidi-yalar da yeni istehsal və məşğulluq artımlarına səbəb olmaqdadır. Dövlət büdcəsin-dəki çatışmazlıqlar səbəbi ilə bu xərclərdəki sıxıntılar yeni məşğulluq imkanlarını azaldır, hətta mövcud olan məşğulluq səviyyəsində azalmalara səbəb olur.

Dövlət büdcəsindəki kəsirlərin səbəb olduğu faizlərin artımı sərmayəni artırdı-ğı, özəl sektorun sıradan çıxarıldığı, çatışmazlıqlar üzündən artan inflyasiyanın iqtisadiyyatdakı qeyri-müəyyənliyi artıraraq nəticələri pisləşdirəcəyi daha əvvəl qeyd olunmuşdur. Buna görə dövlət büdcəsindəki çatışmamazlıqlar səbəbi ilə faizlərdəki artım xərcləri artdığından istehsalın gəlirini azaltmaqda, sərmayələr dayanmaqdadır. Hətta çatışmazlıqları ləğv etmək üçün tətbiq olunan tələb sıxış-dırıcı siyasətlər üzündən mövcud istehsal da azalmaqdadır. Yəni sərmayənin qo-yulmamağı, mövcud istehsalın azalması xüsüsuilə əhalisi artaraq inkişaf etməkdə olan ölkələrdə məşğulluq problemlərini artırır.

İqtisadiyyatda işsizliyin azaldılması üçün daha əvvəl müəyyən olunduğu kimi, dövlətin həyata keçirdiyi bəzi fəaliyyətlər var. Dövlət büdcəsindəki kəsirlərin makro iqtisadi tarazlıq üzərindəki mənfi təsirləri mövcud məşğulluq səviyyəsinə mənfi təsir edərkən, dövlətin belə fəaliyyətlərlə işsizliyi azaltması düşünülməyə-cəkdir.



Download 2.29 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   9   10   11   12   13   14   15   16   ...   61




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2020
ma'muriyatiga murojaat qiling

    Bosh sahifa
davlat universiteti
ta’lim vazirligi
O’zbekiston respublikasi
maxsus ta’lim
zbekiston respublikasi
o’rta maxsus
davlat pedagogika
axborot texnologiyalari
nomidagi toshkent
pedagogika instituti
texnologiyalari universiteti
navoiy nomidagi
samarqand davlat
guruh talabasi
ta’limi vazirligi
nomidagi samarqand
toshkent axborot
toshkent davlat
haqida tushuncha
Darsning maqsadi
xorazmiy nomidagi
Toshkent davlat
vazirligi toshkent
tashkil etish
Alisher navoiy
Ўзбекистон республикаси
rivojlantirish vazirligi
matematika fakulteti
pedagogika universiteti
таълим вазирлиги
sinflar uchun
Nizomiy nomidagi
tibbiyot akademiyasi
maxsus ta'lim
ta'lim vazirligi
махсус таълим
bilan ishlash
o’rta ta’lim
fanlar fakulteti
Referat mavzu
Navoiy davlat
umumiy o’rta
haqida umumiy
Buxoro davlat
fanining predmeti
fizika matematika
universiteti fizika
malakasini oshirish
kommunikatsiyalarini rivojlantirish
davlat sharqshunoslik
jizzax davlat