Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?



Download 1.96 Mb.
bet4/17
Sana29.04.2017
Hajmi1.96 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   17

198) Arterial hipertenziyalı xəstələrdə əlavə riskin dərəcəsinin təyini zamanı sadalananlardan hansı nəzərə alınmır?
A) Bədən çəkisinin az olması

B) Orqanların zədələnmə dərəcəsi

C) Ürək - damar xəstəliklərinin risk faktorları

D) Arterial hipertenziyanın ağırlıq dərəcəsi

E) Təsdiqlənmiş ürək - damar patologiyası
Ədəbiyyat: «Arterial hipertenziyanın diaqnosnika və müalicəsi üzrə klinik protokol» 2009 il.
199) Dilatasion kardiomiopatiyalı xəstələrdə ürək kameralarının hansı böyüyür?
A) Ürəyin bütün kameraları, əsasən sol mədəcik

B) Sol mədəcik, sol qulaqcıq

C) Sol mədəcik

D) Sağ mədəciyin dilatasiyası

E) Sağ mədəcik, sol qulaqcıq
Ədəbiyyat: N. M. Şevçenko. “Kardiologiya” 2004 il.
200) Dilatasion kardiomiopatiya zamanı seçim preparatı hansıdır?
A) Preduktal MR

B) AÇF( angiotenzin çevirici ferment) inhibitorları

C) Lipotrop preparatlar

D) Ca antaqonistləri

E) L- Karnitin
Ədəbiyyat: Q. E. Roytberq, A. B. Strutinskiy. “Daxili xəstəliklər” 2007 il.
201) Aşağıda sadalanan preparatlardan hansı kəskin infeksion virus mənşəli miokarditlərin etiotrop müalicəsində istifadə olunur?
A) Qlükokortikoidlər

B) Aminoxinolon preparatları

C) Eritromısın

D) Benzilpenisillin

E) Asiklovir
Ədəbiyyat: Q. E. Roytberq, A. B. Strutinskiy. “Daxili xəstəliklər” 2007 il.
202) Aşağıda sadalanan preparatlardan hansı bakterial miokarditlərin etiotrop müalicəsində istifadə olunur?
A) Delagil

B) Remantadin

C) Meloksikam

D) Asiklovir

E) Benzilpenisillin
Ədəbiyyat: Q. E. Roytberq, A. B. Strutinskiy. “Daxili xəstəliklər” 2007 il.
203) Ekssudativ perikardit zamanı obyektiv müayinənin nəticəsi hansıdır?
A) Ürək tonlarının güclənməsi

B) Perikardın sürtünmə küyü

C) Güclənmiş zirvə vurğusu

D) Ürəyin mütləq kütlüyünün hüdudlarının genişlənməsi

E) Ürək tonlarının normal olması
Ədəbiyyat: Q. E. Roytberq, A. B. Strutinskiy. “Daxili xəstəliklər” 2007 il.
204) İnfeksion endokarditin diaqnostik meyarı hansıdır?
A) Limfositoz

B) Leykositoz

C) İki ardıcıl hemokultarada patogen amilin aşkarlanması

D) EÇS - nin artması

E) Neytropeniya
Ədəbiyyat: Q. E. Roytberq, A. B. Strutinskiy. “Daxili xəstəliklər” 2007 il.
205) Mitral qapağın üzvi çatışmazlığının səbəbi hansıdır?
A) Kəskin və xroniki ürək çatışmazlığı

B) Revmatik qızdırma

C) Arterial hipertoniya

D) Kəskin miokard infarktı

E) Miokardiodistrofiya
Ədəbiyyat: V. X. Vasilenko. “Qazanılmış ürək qüsurları” 1972 il.
206) Ürək çatışmazlığı olan xəstələrdə ürək qlükozidlərini təyin etmək üçün göstəriş hansıdır?
A) Sinus taxikardiyası

B) Hiperkaliemiya

C) Taxisistolik səyrici aritmiya

D) Hiperkalsiemiya

E) Hipokaliemiya
Ədəbiyyat: N. M. Şevçenko. “Kardiologiya” 2004 il.
207) Tardus, parvus nəbzi hansı xəstəlik üçün xarakterikdir?
A) Aortal qapağın çatışmazlığı

B) Mitral qapağın çatışmazlığı

C) Aortal stenoz

D) Üçtaylı qapağın çatışmazlığı

E) Mitral stenoz
Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутренних болезней» 2001г.
208) Ürəyin zirvəsində “pişik mırıltısı” hansı ürək qüsuru üçün xarakterikdir?
A) Üçtaylı qapağın çatışmazlığı

B) Aortal qapağın çatışmazlığı

C) Mitral qapağın çatışmazlığı

D) Mitral stenoz

E) Aorta qövsünün stenozu
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001г.
209) Mitral stenoz zamanı hansı növ aritmiya daha çox rast gəlinir?
A) Sinoatrial blokada

B) AV blokada II dərəcə

C) AV blokada III dərəcə

D) Mədəcik ekstrasistoliyası

E) Qulaqcıq səyriməsi
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
210) Xolesterinin əsas daşıyıcı forması hansı hissəcikdir?
A) Apoprotein A - II

B) Çox aşağı sıxlıqlı lipoproteinlər

C) Aşağı sıxlıqlı lipoproteinlər

D) Xilomikronlar

E) Yüksək sıxlıqlı lipoproteinlər
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 303
211) Arterial təzyiqin səviyyəsinin korreksiyası və tütün çəkməkdən imtina etmə hansı xəstəliklərin azalması ilə müşayiət olunur?
A) aorta qapağının stenozunun və Prinsmetal stenokardiyasının tezliyinin

B) stabil stenokardiya və mitral qapağın catışmazlığının tezliyinin

C) dilatasion kardiomiopatiya və kəskin koronar sindromun tezliyinin

D) hipertrofik kardiomiopatiya və qəfləti ölüm tezliyinin

E) təkrari miokard infarktın və qəfləti ölüm tezliyinin
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
212) Hansı preparatın vazospastik (Prinsmetal) stenokardiya zamanı işlədilməsi göstəriş deyil?
A) Diltiazen

B) Nifedipin

C) Propronalol

D) İzoptin

E) Nitroqliserin
Ədəbiyyat: Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
213) Hansı dərman preparatları angiotenzin reseptorlarının blokatorlarına aiddirlər?
A) Karvedilol, amlodipin, lizinopril

B) Lozartan, kandesartan, eprosartan

C) Diltiazem, felodipin, nifedipin

D) Kapoten, enalapril, ramipril

E) Atenolol, metoprolol, bisoprolol
Ədəbiyyat: Ədəbiyyat: Arterial hipertenziyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009
214) Hansı dərman preparatları angiotenzin çevirici fermentin inhibitorlarına aiddirlər?
A) Lozartan, kandesartan, eprosartan

B) Atenolol, metoprolol, bisoprolol

C) Diltiazem, felodipin, nitrendipin, amlodipin

D) Kapoten, enalapril, ramipril, lizinopril

E) İrbesartan, valsartan, karvedilol
Ədəbiyyat: Ədəbiyyat: Arterial hipertenziyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009
215) Ağciyər arteriyası tromboemboliyasında ağrı sindromunun səbəbi hansıdır?
A) Hərarətin enməsi, hipotenziya

B) Aritmiya, tənəffüs çatışmazlığı

C) Kəskin bronxosparm, hərarətin qalxması

D) Ağciyər arteriyasının başlanğıcının kəskin dartılması, miokardın işemiyası

E) Ağciyərlərin hipoksiyası, öskürək
Ədəbiyyat: Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
216) Ağciyər arteriyasının massiv tromboemboliyası zamanı vacib proqnostik əlamətlərə aid deyildir?
A) ağrı sindromu, öskürək, hərarətin qalxması

B) kəskin sağ mədəcik çatışmazlığı, sianoz, Ağciyər arteriyası üzərində II tonun aksenti

C) arterial hipotenziya, beyin perfuziyasının pozulması

D) hipertenziya, baş qicəllənmə, taxikardiya –dəq. 100 - 130 vurgu

E) təngənəfəslik, taxipnoe –dəq. 50 - 70
Ədəbiyyat: Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
217) Yenidoğulmuşların reanimasiyası zamanı ürəyin xarici masaj təzyiqlərinin süni tənəffüsə nisbəti necə olmalıdır?
A) 3: 1

B) 9: 3


C) 5: 1

D) 15: 2


E) 30: 2
Ədəbiyyat: Yenidoğulmuşlarin ilkin reanimasiyasi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 28 noyabr 2008 - ci il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2008
218) Hipoqlikemik hala düşmüş xəstəyə əsasən hansı preparat vurulur?
A) Reopoliqlükin vena daxilinə şırnaqla

B) 0, 45% - lı natriumum xlorid məhlulu vena daxilinə damcı ilə

C) 40% - lı qlükoza məhlulu 50 ml vena daxilinə şırnaqla

D) 0, 9% - lı natriumum xlorid məhlulu vena daxilinə damcı ilə

E) 5% - lı qlükoza məhlulu vena daxilinə damcı ilə
Ədəbiyyat: Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
219) Kollagen hansı toxumalarda rast gəlinir?
A) Qığırdaq, əzələ, endotelial toxumalarda

B) Sümük, əzələ toxumalarda

C) Epitelial, əzələ, sümük toxumalarda

D) Birləşdirici toxumalada, sümük toxumasında

E) Əzələ, endotelial toxumalarda
Ədəbiyyat: Насонов Е.Л.. Клиническая иммунология // Клиническая лабораторная аналитика / Под ред. В.В. Меньшикова.—М.: Лабинформ-РАМЛД, 1999. – Т. 2. – С. 197-247
220) Kəskin faza göstəriciləri hansılardır?
A) C - reaktiv zülal, definilamin reaksiyası, antinuklear antitellər

B) C - reaktiv zülal, definilamin reaksiyası, seromukoid

C) C - reaktiv zülal, seromukoid, antinuklear antitellər

D) C - reaktiv zülal, antinuklear antitellər, fibrinogen

E) C - reaktiv zülal, fibrinogen, definilamin reaksiyası
Ədəbiyyat: Под ред. Н.У. Тица. «Клиническое руководство по лабораторным тестам» 2003 г.
221) LE hüceyrələr nədir?
A) Dəyişilmiş eozinofillər

B) Dəyişilmiş limfositlər

C) Dəyişilmiş eritrositlər

D) Dəyişilmiş çubuqnüvəli hüceyrələr

E) Dəyişilmiş trombositlər
Ədəbiyyat: Под ред. Н.У. Тица. «Клиническое руководство по лабораторным тестам» 2003 г.
222) Ürək qüsurlarını təyin etmək üçün hansı müayinə üsulu daha əhəmiyyətlidir?
A) Döş qəfəsinin rentgenskopiyası

B) Exokardioqrafiya

C) EKQ

D) Kompyuter tomoqrafiyası



E) Fonokardioqrafiya
Ədəbiyyat: Л. И. Беневоленская, Л. И. Алексеева. «Диагностические критерии остеоартроза// Современные проблемы ревматологии, Оренбург, --1993, стр.191-192.
223) Antistreptolizin – O, antistreptokinaza, antistreptohialuronidaza, antistreptodezo - ksiribonukleaza təyin olunması hansı xəstəliyin diaqonozunu təsdiqləmək üçün daha əhəmiyyətlidir?
A) Depmatomiozit

B) Sistemli qırmızı qurdeşənəyi

C) Sistemli sklerodermiya

D) Kəskin revmatik qızdırma

E) Revmatoidli artrit
Ədəbiyyat: Беневоленская Л.И., Алексеева Л.И. Диагностические критерии остеоартроза// Современные проблемы ревматологии, Оренбург, -- 1993, с.191-192.
224) Poliartralgiya nə deməkdir?
A) Oynaqların çoxunda müşahidə olunan ağrı

B) Oynaqların çoxunda müşahidə olunan qızartı

C) Oynaqların çoxunda müşahidə olunan şişkinlik

D) Oynaqların çoxunda müşahidə olunan hərəkət məhdudlaşması

E) Oynaqların çoxunda müşahidə olunan deviasiya
Ədəbiyyat: Беневоленская Л.И., Алексеева Л.И. Диагностические критерии остеоартроза// Современные проблемы ревматологии, Оренбург, --1993, с.191-192.
225) Kəskin podaqra diaqnozunu təsdiq edən sınaq hansıdır?
A) Qanda sidik tuşusunun səviyyəsinin artması

B) Qanda qələvi fosfatazanın artması

C) Sidikdə sidik tuşusunun səviyyəsinin artması

D) Qanda sidik cövhərinin artması

E) Urat kristalların sinovial mayedə tapılması
Ədəbiyyat: Под ред. Н. У. Тица. «Клиническое руководство по лабораторным тестам» 2003 г.
226) Kəskin revmatik qızdırmanın törədicisi nədir?
A) Mikoplazma

B) Qızıl stafilokok

C) β - hemolitik streptokok

D) Rikketsiya

E) Virus
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А. // Москва, 2008, «ГЭОТАР-Медиа», 35-66 стр.
227) Jonsun kiçik diaqnostik meyarlarına hansılar aiddir?
A) PQ intervalın uzanması

B) Həlqəvarı eritema

C) Sidenhem xoreyası

D) Kardit

E) Dərialtı düyünlər
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, 514 с.
228) Kəskin revmatik qızdırmanın aşağıda göstərilən əlamətlərindən hansı biri nadir hallarda rast gəlir?
A) Dərialtı düyünlər

B) Kəskinfazalı zülalların titrin artması

C) Streptokok anticismlərin titrin artması

D) Poliartrit yaxud poliartralgiya

E) Kardit
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, 514 с.
229) Revmatik qızdırmanın böyük diaqnostik meyarlarına nə aiddir?
A) Düyünlü eritema

B) EÇS artması

C) Kardit

D) Qızdırma

E) Artralgiyalar
Ədəbiyyat: С. М. Носков. «Ревматология. Актуальные вопросы» 2007г.
230) Revmatik qızdırmanın fəallığını hansı laborator göstəricilər təyin edir?
A) Trombositlərin sayı, sidik turşusunun səviyyəsi

B) Leykositlərin sayı, α - və γ - qlobilinlərin artması, ASL - O

C) Kardiolipinə qarşı anticimlərin titri

D) Revmatoidli faktor, α - və γ - qlobilinlərin artması

E) HLA - B27, qələvi fosfotaza
Ədəbiyyat: С. М. Носков. «Ревматология. Актуальные вопросы» 2007г.
231) Revmatik poliartriti üçün nə xarakterdir?
A) Ankilozların inkişafı

B) Davamlı və simmetrik poliartrit

C) Artralgiyaların miqrasiyaedən xarakteri

D) Simmetrik ikitərəfli sarkoileit

E) Oynaqların səhər «buxovlanması» (1 saatdan çox)
Ədəbiyyat: Избранные лекции по клинической ревматологии // Под ред. В.А. Насоновой, Н.В. Бунчука. – М.: Медицина, 2001.
232) Dərinin revmatik zədələnmələrinə nə aiddir?
A) Heliotrop səpki

B) Тofuslar

C) Kalsinoz

D) Annulyar səpkilər

E) Dərinin bulyoz zədələnmələri
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, 514 с.
233) Revmatoidli artit vaxtı inkişaf edən, əllərin tipik deformasiyaları hansılardır?
A) «Gel» fenomeni, Qeberden düyünləri

B) Buşar düyünləri

C) «Mexanik» əli

D) Jaku artriti, ulnar deviasiya

E) «Butonyerka», «Morj üzgəci»
Ədəbiyyat: Ismayılova S.S. Revmatoidli artrit: diaqnostika və müalicəsinin aktual məsələləri, Bakı. – 2008. – 206 s.
234) Sistemli sklerodermiyanın erkən kliniki əlamətləri hansılardır?
A) Reyno sindromu, damar və mədə - bağırsaq zədələnmələri

B) Reyno sindromu, ümumi və endokrin vəzilərin zədələnmələri

C) Reyno sindromu, ürək və ağciyərlərin zədələnmələri

D) Reyno sindromu, böyrək və sinir sisteminin zədələnmələri

E) Reyno sindromu, dəri və oynaq zədələnmələri
Ədəbiyyat: С. М. Носков. «Ревматология. Актуальные вопросы» 2007г.
235) Hansı oynağın zədələnməsi podaqra üçün xüsusidir?
A) Bud - çanaq oynağı

B) I ayaqdarağı - falanqa oynağı

C) Diz oynağı

D) V ayaqdarağı - falanqa oynağı

E) Əldarağı - falanqa oynaqları
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, с. 379-390
236) Osteoartrozun inkişafına təsir göstərən endogen amillərə hansılar aiddir?
A) Xromosom abberasiyalar, keçirilən uşaq xəstəlikləri, cins

B) Cins, anadangəlmə inkişaf defektləri

C) Yaş, cins, irsi meyillik

D) Xromosom abberasiyalar, anadangəlmə inkişaf deffektləri, irsi meyillik

E) Yaş, irsi meyillik, uşaqlıqda keçirilən raxit
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова, Санкт Петербург: Фолиант, 2005, с. 386-421
237) Qeberden və Buşar düyünləri nədir?
A) Kalsinozlar

B) Dərialtı düyünlər

C) Tofuslar

D) Sümük toxumasının becərmələri

E) Nekrotik kütlələr
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова, Санкт Петербург: Фолиант, 2005, с. 386-421
238) Ankilozedən spondiloartritin əsas və zəruri zədələnməsi hansıdır?
A) Koksartrit

B) Sakroileit

C) Spondilit

D) Simfizit

E) Qonit
Ədəbiyyat: С. М. Носков. «Ревматология. Актуальные вопросы» 2007г.
239) Aşağıdakılardan hansılar Reyter sindromunun xüsusi dəri zədələnmələrinə aiddir?
A) Psevdofolikulit, pustulalar

B) Həlqəvarı balanit, blennorragik keratodermiya

C) Düyünlü eritema, dərinin kalsinozu

D) Heliotrop səpki, teleanqiektaziyalar

E) Dərialtı düyünlər, aftoz yaralar
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, с.143-165
240) Antifosfolipid sindromun (AFS) nəticəsində baş verən mamalıq patologiyasına hansılar aiddir?
A) Təkrar özbaşına uşaqsalmalar, embrionun ana bətnində ölümü

B) Beçəxorlu hamiləlik

C) Vaxtından gec doğuşlar

D) Sonsuzluq, qeyri - həqiqi hamiləlik

E) Boru - uşaqlıq hamiləliyi
Ədəbiyyat: Насонов Е.Л. Антифосфолипидный синдром.— М.: Литтера, 2004. – 379 с.
241) Bexçet xəstəliyinin klassik « üçlük » klinik əlamətləri hansılardır?
A) Hiperlipidemiya, arterial hipertenziya, vaskulit

B) Artrit, konyüktivit, uretrit

C) Aftozlu stomatit, cinsi orqanların aftozlu yaraları, uveit

D) Uveit, dermatit, poliartrit

E) Uveit, uretrit, artrit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 615-625
242) Uşaqlara parasetamol və ibuproten neçə saatdan sonra təkrar verilə bilər?
A) 6 saat

B) 4 - 5 saat

C) 8 - 10 saat

D) 12 saat

E) 1 - 2 saat
Ədəbiyyat: Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
243) Mədənin çox hissəsi harada yerləşir?
A) Qarının sağ yarısında

B) Göbək nahiyəsində

C) Sol qabırğaaltı nahiyədə

D) Epiqastral nahiyədə

E) Sağ qabırğaaltı nahiyədə
Ədəbiyyat: С.И. Пиманов. «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
244) Peptiki xoranın çox rast gəlinən ağırlaşması hansıdır?
A) Penetrasiya

B) Stenoz

C) Maliqnizasiya

D) Qanaxma

E) Perforasiya
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
245) Qida borusunun stenozunun əsas kliniki əlaməti nədir?
A) Ağız suyunun axması

B) Tədriсən arıqlama

C) Qusma

D) Requrgitasiya

E) Disfagiya
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
246) Xora xəstəliyinin etioloji amilinə nə aiddir?
A) Stress

B) Alkoqol

C) Qidalanmanın pozulması

D) Nikotin

E) Helicobacter pylori
Ədəbiyyat: Ə.A. Hidayətov. «Xora xəstəliyi. Metodik tövsiyyə» 1994 il.
247) Menetrie xəstəliyi dedikdə hansı xəstəlik nəzərdə tutulur?
A) Mədə polipi

B) Nəhəng hipertrofik qastrit

C) Qranulamatoz qastrit

D) Kolloz qastrit

E) Reaktiv (dərman) qastriti
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
248) Mədənin hansı amilləri xora xəstəliyi əmələ gətirir və aqressiv faktor adlanır?
A) Bikarbonatlar

B) Qastromukoproteidlər

C) Prostaqlandinlər

D) HCl və pepsin

E) HCl və prostaqlandinlər
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
249) Xora xəstəliyinin əsas rentgenoloji əlaməti hansıdır?
A) Atrofiya

B) Divarın deformasiyası

C) «Taxça» simptomu

D) Hipersekresiya

E) Hipertonus
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
250) Epiqastral nahiyədə « acqarına » gecə ağrılarına hansı xəstəlikdə rast gəlinir?

A) Xoralı kolit

B) Mədənin kiçik əyriliyinin xorası

C) 12 - barmaq bağırsağın xora xəstəliyi

D) Mədənin kardial hissəsinin xora xəstəliyi

E) Qastroptoz


Ədəbiyyat: Питер P. МакНелли. «Секреты гастроэнтерологии». 2005г.
251) Simetidin hansı qrup preparatlara aiddir?
A) Spazmolitik

B) H2 - histamin reseptorlarını blokada edən

C) Antasid

D) H1- histamin reseptorlarını blokada edən

E) Qeyri - selektiv xolinolitiklər
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
252) Helicobacter pyloriyə aşağıdakı preparatlardan hansı təsir edir?
A) Sintetik peptidlər

B) Antasidlər

C) Bismutun kolloid preparatları

D) Sitoprotektorlar

E) Spazmolitiklər
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
253) Assitik mayenin müayinəsi zamanı onun hemorragik xarakteri aşkar olunarsa, bu xəstədə hansı diaqnozun qoyulmasına kömək etməlidir?
A) Vərəm

B) Xilyoz

C) Nefrotik sindrom

D) Karsinomatoz

E) Ürək çatışmazlığı
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
254) Hepatit A virusu hansı yol ilə orqanizmə daxil olur?
A) Enteral

B) Kontakt

C) Parenteral

D) Cinsi


E) Hava - damcı
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Практическая гепатология» 2004г.
255) Sarılıq zamanı sidiyin tünd rəngini hansı göstərici təşkil edir?
A) Kalsium duzları

B) Bilirubin

C) Hemoqlobin

D) Qlükoza

E) Zülal
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Практическая гепатология» 2004г.
256) Qaraciyər sirrozu fonunda yaranmış hipoalbuminemiya hansı fəsada səbəb ola bilər?
A) Qida borusunun damarlarının genişlənməsi

B) Qaraciyər ensefalopatiyası

C) Sarılıq

D) Qəbizlik

E) Assit
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Практическая гепатология» 2004г.
257) Sadalanan simptomlardan hansı portal hipertenziyanın əlamətidir?
A) Sarılıq

B) Saçların tökülməsi

C) Ayaqlarda petexial səpki

D) Qarının ön divarındakı venaların genişlənməsi

E) Ginekomastiya
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Практическая гепатология» 2004г.
258) Qaraciyər komasının yaranma ehtimalı olduqda, pəhrizin tərkibində hansı qida növünü məhdudlaşdırmaq lazımdır?
A) Zülalı

B) Yağları

C) Mayeni

D) Mineral duzları

E) Karbohidratları
Ədəbiyyat: В.И. Маколкин, С.И. Овчаренко. «Внутренние болезни» 1999г.
259) Baddi - Kiari sindromunun yaranmasının səbəbi nədir?
A) Qaraciyər hüceyrələrində piyin toplanması

B) Öd kisəsində xolesterin daşlarının əmələ gəlməsi

C) Qaraciyər venalarının trombozu

D) Qaraciyər hüceyrələrinin iltihabı

E) Bilirubin mübadiləsinin pozulması
Ədəbiyyat: Питер Р. МакНелли. «Секреты гастроэнтерологии» 2005г.
260) Diaqnostik müayinələrdən hansı xolestazın olmasını təsdiq edir?
A) Leykositoz

B) Trombositopeniya

C) ALT və AST - nın artması

D) EÇS artması

E) Qələvi fosfatazanın (QF) və qamma - qlutamin - transferazanın (GGT) artması
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
261) Qadınlarda kəskin pankreatitin ən çox rast gələn səbəbi nədir?
A) Öd daşı xəstəliyi

B) Alkoqolizm

C) Qarın travması

D) Hamiləlik

E) Kortikosteroidlərin qəbulu
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
262) Kişilərdə kəskin pankreatitin ən çox səbəbi olan faktor hansıdır?
A) Kortikosteroidlərin qəbulu

B) Xroniki xolesistit

C) Alkoqolizm

D) Qaraciyərin sirrozu

E) Qarnın travması
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.



Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   17


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2017
ma'muriyatiga murojaat qiling

    Bosh sahifa