DİZEL VƏ BENZİN MÜHƏRRİKLƏRİ ARASINDAKI ƏSAS FƏRQLƏR
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı, Azərbaycan
E-mail:
elvira-yaqubova@mail.ru
Xülasə:
İstənilən növ mühərrikin özünə məxsus üstünlükləri və mənfi cəhətləri vardır. Buna görə də
seçim edərkən mütləq şəkildə bunları nəzərə almaq lazımdır. Bu avtomobilin mühərrik yanacağının istehlakından, yüksək sürətdən və
digər vacib xüsusiyyətlərdən asılıdır. Tədqiqat işində dizel və benzin mühərrikləri arasında əsas fərqlər nəzərdən keçirilmişdir.
Açar sözlər:
metroloji təminat, metrologiya, səmərəlik, yanacaq, benzin, dizel.
Benzin və dizel mühərriklərinin əsas fərqi alışma şamındadır. Benzin mühərriklərinin dizel mühərriklərindən
əsas fərqlərindən biri alışma şamlarının quraşdırılmasındadır [1].
Dizel mühərriki alovlanan porşenli daxili yanma mühərrikidir. Mühərriklərdə əsasən iki mexanizm və üç sistem
quraşdırılmışdır. Bu mühərriklər üçün yanacaq çeşidi genişdir. Bura kerosindən tutmuş mazuta qədər neftin bir sıra
qovulma fraksiyalarını aid etmək olar. Dizel mühərrikləri sənayenin istənilən sahəsində tətbiq olunur. Bundan əlavə,
texnologiyanın inkişafı ilə əlaqədar olaraq daha səmərəli dizel mühərrikləri istifadəsi geniş yayılmışdır. Həmçinin, dizel
mühərriklərindən elektrik maşınlarında və generatorlarda da istifadə olunur. Dizel mühərriklərinin tətbiq olunduğu
nəqliyyat vasitələrini aşağıdakı kimi qruplaşdırmaq olar: yük maşınları, traktorlar, avtobuslar, avtomobillər və s. Hava
yanacağı qarışığının istiliyi 500
o
C-ni keçir və 750-910
o
C çatar. Sıxılma nisbəti tez-tez 20-22 dəfədir [2].
Dizel mühərriklərini digər mühərriklərdən fərqləndirən bir sıra üstünlüklərə malikdir.
dizel mühərriklərində istifadə edilən dizel yanacağının benzindən ucuz olması;
mühitin alovlanma temperaturunun benzindən yüksək olması səbəbindən az yanğın təhlükəsinin olması;
dizel mühərriklərinin səmərəliliyinin benzin mühərriklərinə nisbətən daha yüksək (40 %) olması.
Dizel mühərriklərinin müsbət cəhətləri olduğu kimi mənfi cəhətləri var, bunları aşağıdakı kimi göstərə bilərik:
dizel mühərriklərinin satış qiymətləri nisbətən yüksək olması;
yanacaq sistemləri daha həssas olması;
rəmir xərcləri daha yüksək olması.
Benzin mühərrikləri də daxil yanma mühərrikərinə aiddir. Əsas sıxılma prosesindən sonra hava / yanacaq qarışığı
meydana gətirir. Hava / yanacaq qarışığı tamamilə tək bir silindr tutur. İçindəki temperatur nadir hallarda 510-520
o
C aşır.
Sıxılma nisbəti ümumiyyətlə 10-dan azdır, çox vaxt 9 olur. Sıxılma nisbəti 11 olan cihazlara nadir hallarda rast gəlinir.
Hava-yanacaq qarışığının nisbətən aşağı temperaturu səbəbindən onu alovlandıran bir porşenin quraşdırılması vacibdir
[1].
Benzin müərriklərinin xüsusiyyətləri aşağıdakılardır
əla dinamiki xüsusiyyətə malik olması;
aşağı temperaturlarda müqavimətə malik olması;
aşağı səviyyədə titrəmə və səs-küyə malik olması.
Ümumiyyətlə, benzin və dizel mühərrikləri arasında olan fərqləri daha aydın göstərmək üçün aşağıdakı şəkildə
qruplaşdırmaq olar:
Səs-küy: Yanacağın yanma prosesi zamanı yüksək təzyiq olduğundan dizel mühərrikləri daha çox səs və titrəmə
əmələ gətirir.
Təhlükəsizlik: Dizel və benzin mühərrikləri arasındakı fərqlərdən biri də dizelin benzinə nisbətən daha yavaş
buraxlanmasıdır və bu da təbii ki, yanğın ehtimalını azaldır.
İstismar: Dizel mühərrikləri möhkəm və çox davamlı silindr bloku, dirsək valı, silindr-porşen elementləri və
silindrin başlığı sayəsində daha dözümlüdür.
Dizel və benzin mühərriklərini müqayisə edərkən motor gücü, qışda əməliyyat, yanacaq sərfi, səs göstəriciləri,
davamlılıq və s. kimi nüanslara diqqət yetirmək lazımdır.
Do'stlaringiz bilan baham: