Conference proceedings



Download 13,87 Mb.
Pdf ko'rish
bet130/744
Sana12.02.2022
Hajmi13,87 Mb.
#444818
1   ...   126   127   128   129   130   131   132   133   ...   744
Bog'liq
Conference Proceedings MIMCS-2020

Ədəbiyyat 
1.
Məmmədov R.Q., Həsənov T.Ə., Abbasov V.A., Məmmədov U.Q. İnformasiyanın alınmasının fiziki əsasları. Dərslik. - 
Bakı: ADNA nəşriyyatı, 2014.- 480 səh 
2.
Евтихиев Н.Н., Купершмидт Я.А., Папуловский В.Ф., Скугоров В.Н. Измерение электрических и неэлектрических 
величин. / Под общ. ред. Н.Н. Евтихиева. Учебное пособие для вузов. М.: Энергоатомиздат, 1990. – 352 с. 
3.
Кузнецов В.А. Измерения в электронике. Справочник. М.: Энергоатомиздат, 1987. - 512 с. 


İSTEHSALAT PROSESLƏRININ AVTOMATLAŞDIRILMASININ MÜASIR 
YOLLARI 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
qukamran16628@sabah.edu.az 
Xülasə: 
Müasir avtomatlaşdırma prosesinin idarəetmə səviyyələrinin yaradılması. İstehsal prosesinin 
idaretmə səviyyələri. Avtomatlaşdırma prosesində mürəkkəb məsələlərin həlli. 
Açar sözlər:
Avtomatlaşdırma prosesi, avtomatlaşdırma səviyyələri, avtomatlaşdırma prosesində informasiya mübadiləsi 
İstehsal proseslərinin avtomatlaşdırılmasının müasir səviyyəsi inteqrasiya edilmiş elm-istehsalat 
komplekslərinin (İnEİK) yaranması ilə səciyyələnir. Bu çox yüksək avtomatlaşdırma səviyyəsidir. İnEİK daxilində elə 
sürətli hesablama texnikası və avtomatlaşdırma üçün olan vasitələri istifadə etməliyik ki, bütöv istehsalat prosesi elmi 
araşdırmalardan tutmuş, tam şəkildə hazır məhsulun istehsalına qədər, bir fəaliyyət dövrünün avtomatik şəkildə həyata 
keçirilməsi təmin olunmalıdır. Bu cür sistemlərin tələb edilən sürətini, cəldliyini təmin etmək məqsədilə idarəetmə ancaq 
komputer şəbəkələri ilə həyata keçirilməlidir. Bu halda, qeyd etmək lazımdır, istehsal proseslərinin avtomatlaşdırılması 
zamanı ortaya çıxan çətinliklərdən söz açarkən nəzərə almalıyıq ki, məqsəd cəld avtomatlaşdırılmış istehsalın 
qurulmasıdır[1].
Belə avtomatlaşdırma çox mürəkkəb, qeyri-bircins məsələlərin həlli ilə yerinə yetirilir. Müasir dövrdə bu 
mövzular avtomatlaşdırma ilə əlaqəli problemlər adlanır. Bu problemlər xarakterinə əsasən bir-birindən çox fərqlənər və
eyni prioriteti daşıya bilməzılər. Müasir dövrün idarəetmə nəzəriyyəsində ayrı-ayrı xarakterli problemlər müxtəlif 
səviyyələrlə ifadə olunurlar. Bərabər xarakterli problemlər isə, bir səviyyənin sahəsini yaradırlar. Çox sadə 
avtomatlaşdırma prosesini problemlərin xarakterinin əsas götürülməsi ilə piramidalı sturkturla izah etmək olar. Həmin 
piramidanın təpə nöqtəsi avtomatlaşdırmanın son məqsədini ifadə edir. Avtomatlaşdırma prosesi zamanı yaranan əsas 
səviyyələr bunlardır: istehsal prosesinin yaxşılaşdırılması, planlaşdırma, proqramlaşdırma, idarəetmə[2]. 
Əsasən, bu səviyyələri ayrıca bir sistem kimi və ya ümumilikdə bütün sistemin altsistemləri olaraq da 
adlandırırlar. Ancaq, belə olduqda xarakter baxımından bir qədər anlaşılmazlıq ortaya çıxır. Qeyd etmək lazımdır ki, 
istehsal prosesi avtomatlaşdırmanın vacib və minimum səviyyəsidir. Bu səviyyənin əhəmiyyəti odur ki, 
avtomatlaşdırmadan sonra məhsuldarlıq, qazanılan güvən, cəldlik və s. parametrlərinin həqiqətən mümkün olacaq 
göstəriciləri, bu səviyyənin əsas tərkibi ilə təyin olunur. Sonraki səviyyə idarəetmə və tənzimləmə səviyyəsi adlanır. 
Burada idarəetmə dedikdə ancaq istehsal prosesinin tərkibinə daxil olan sənaye resurslarının istifadə olunması nəzərdə 
tutulur. İstehsal prosesinin özünün idarə olunması 3 səviyyədən, yəni, yaxşılaşdırma, proqramlaşdırma və 
planlaşdırmadan ibarət ən yuxarı səviyyələrdir.
Avtomatlaşdırma prosesinin başqa bir problemi də informasiya sistemin qurulmasıdır. İnformasiya sisteminə ən 
sadə ötürücülərdən daxil olan əks əlaqə xətləri və proqramlaşdırmanın avtomatikliyini, eyni zamanda cəld idarəetmə 
alqoritmlərini təmin edən informasiyalar bankları daxildir. İnformasiya bankları istehsalsalın ilkin vəziyyəti, prosesin 
çıxış vəziyyətlərinin qeydiyyata alınması barəsində böyük tutumlu məlumatlara sahibdirlər. Eyni zamanda vericilərdən 
gələn siqnallar müxtəlif resursların idarə edilmə sistemlərinin əks əlaqə yaradan siqnallarıdır, eyni zamanda idarəetmə 
proqramının düzənlənməsi, qaydaya salınması və texnoliji resurslara nəzarət edilməsi üçün istifadə oluna bilərlər.
Müasir dövrün istehsal proseslərinin ümumi şəkildə avtomatlaşdırması adətən yeni idarəetmə sistemlərinin 
tətbiq edilmə qaydasından asılı olur. Əsasən, müasir proqressiv metodların tətbiq olunması ilə istehsal prosesinin 
intensifikasiyası həyata keçirilir və istehsal edilən məhsulun təyinatı baxımdan yüksəliş qeydə alınır. Belə metodlardan 
biri də məhz müasir dövrün yeni İKT-nın tətbiq edilməsidir. 
Ədəbiyyat 
1.
Фурсенко, С. Н. Автоматизация технологических процессов: учеб. пособие / С. Н. Фурсенко, Е. С. Якубовская, Е. С. 
Волкова. - Минс к : БГАТУ, 2017. - 592 с. 
2.
Клир Дж. Системология. Автоматизация решения системных задач: пер. с англ. М.: Радио и связь, 2011. 544 с. 

Download 13,87 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   126   127   128   129   130   131   132   133   ...   744




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish