Conference proceedings


TƏSVİRİN İŞLƏNMƏSİ VƏ TƏHLİLİNİN METODLARI



Download 13,87 Mb.
Pdf ko'rish
bet115/744
Sana12.02.2022
Hajmi13,87 Mb.
#444818
1   ...   111   112   113   114   115   116   117   118   ...   744
Bog'liq
Conference Proceedings MIMCS-2020

TƏSVİRİN İŞLƏNMƏSİ VƏ TƏHLİLİNİN METODLARI 
Magistr - A6329 II kurs 
Rəhbər – Dos. Rəhimova Yelena 
Xülasə - 
bu tezisdə təsvirin işlənməsinin əsas prinsiplərindən və ultrasəs cihazlarında 
görüntünün necə alınmasından mərhələli şəkildə bəhs edilir , pyezoelektrik emissiyası hadisəsinin səs dalğalarına təsiri və görüntünün 
alınması öz əksini tapır .
Açar sözləri
- Təsvirin işlənməsi, Təsvirin kontrastının dəyişdirilməsi, Ultrasəs müayinəsi (USM), Pyezoelektrik emissiyası, səs 
dalğaları, tezlik, dalğa uzunluğu, səs sürəti . 
Təsvirin işlənməsi və təhlili - əvvəlki mərhələnin nəticələrindən və operatorun bilik və təcrübəsindən asılı olan 
mərhələli prosedurdur. Əvvəlki emal mərhələsi görüntünün keyfiyyətini yaxşılaşdırır, seqmentasiya fazası isə 
elementlərin tərkibini ayıraraq nəticədə diaqnostikanın keyfiyyətinin və dəqiqliyinin artmasına səbəb olur. 
Öncəki emal fazası təsvirin generasiya sistemi ilə əlaqəli olan fərqi aradan qaldırır və küyü azaldır. Rəqəmsal 
məlumatları xüsusi proqramlar istifadə edərək emal edən və beləliklə bəzi anatomik strukturların təsvir etmə qabiliyyətini 
artıran metodlardan istifadə olunur. 
Təsvirin histoqramının hesablanması təsvirdəki boz rəngin hər bir çaları üçün piksel sayının təsəvvürünü yaradır. 
Histoqramın təhlili təsvirdəki boz səviyyələrin paylanmasının təyin olunmasına və rəqəmsallaşdırma prosesinin 
keyfiyyətini qiymətləndirməyə kömək edir. Əgər histoqramın xətti olmayan paylanması varsa, o zaman bir çox detal 
gözdən qaçacaq. Histoqramın paylanmasının xəttiləşdirmə əməliyyatları kontrastı yaxşılaşdırır və buna uyğun olaraq 
detal təsviri yaxşılaşır. 
Seqmentasiya - təsvirin işlənməsinin bu mərhələsi fərdi təsvir elementlərini (orqanlar, hüceyrələr və s.) təcrid 
edir. Bu metod eyni piksellərin (qəbul edilə bilən xəta səviyyəsində) identifikasiya olunmasına əsaslanır, iki fərqli zaman 
seqmentli təsviri müqayisə edərək, dinamikanı təyin edir. 
Şək. 1 . Histogram 
Ultrasəs cihazlarının istismarına və işləməsinə gəldikdə, ilk növbədə bu işlərin öhdəsindən gəlməli olan 
proseslərin fiziki əsaslarını anlamaq lazımdır. Əlbətdə ki, hər işdə olduğu kimi bir çox nüanslar və incəliklər var. Bu 
yazıda aşağıdakı məsələlərə toxunacağıq: 

Ultrasəs nədir, xüsusiyyətləri və parametrləri nədir 

Pyezoelektrik emissiyasına əsaslanan müasir texnologiyada ultrasəsin əmələ gəlməsi 

Ultrasəsin əsasları: elektrik enerjisinin ultrasəs enerjisinə çevrilməsi və əksinə. 

Ultrasəs cihazının ekranınında görüntünün alınması. 
Ultrasəs - səsdən yuxarı bir tezlik olan elastik mühitin titrəməsidir. Səs tezliklərinə insan qulağı tərəfindən qəbul 
edilən və 15 Hz-dən 20 KHz-ə qədər olan tezliklər daxildir. 20 KHz-dən çox olanlar ultrasəsdir. 
Əhmədli Ülvi Bahadur 


Bu prinsipin əsası qaz, maye və bərk mühitin fərqli akustik müqavimətidir. Ultrasəs dalğaları mühitdən asılı 
olaraq müxtəlif sürətdə yayılır və ekranda fərqli görüntülər əks olunur. Sümük toxumasının və digər bərk birləşmələrin 
vizuallaşdırılması yüngül sahələrdir, çünki səs hamar səthlərdən ən yaxşı şəkildə əks olunur və demək olar ki, tamamilə 
sensora qaytarılır.
Şək. 2 . Ultrasəs dalğalarının mühitə görə dəyişməsi 
İnsan bədənindəki toxumalarda ultrasəs yayılmasının orta sürəti 1540 m / s - ən çox ultrasəs diaqnostika cihazları 
bu sürət üçün proqramlaşdırılmışdır. Ultrasəs (C), tezlik (f) və dalğa uzunluğu (λ) yayılma sürəti aşağıdakı tənliklə 
əlaqələndirilir: C = f × λ. Tezlik nə qədər yüksək olsa, dalğa uzunluğu qısalır və görə biləcəyimiz cisimlərin ölçüsü daha 
kiçiklir. Digər vacib bir parametr akustik müqavimətdir (Z). Müqavimət (Z) = sıxlıq (p) × yayılma sürəti (C).
Ultrasəs müayinəsi zamanı görüntü 3 rejimdə alınır. Bunlar 2D, 3D,4D rejimləridir. 2D bilindiyiyi kimi 2 
müstəvidə görüntünün alınmasıdır, yəni şəkil formasında, 4D rejimi 3D-dən fərqli olaraq video formatıdır. 
Şək . 3 . Ultrasəs müayinə metodu ilə 2D görüntü 
Nəticə 
Pyezoelektrik emissiya hadisəsinin ultrasəs cihazında dalğalara təsiri nəticəsində görüntünün alınması və təsvirin 
rejimlərə bölünməsi qənaət kəsb edir, 4D rejiminin əl verişli olması, görüntünün daha aydın mənimsənilməsinə kömək 
edir. 

Download 13,87 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   111   112   113   114   115   116   117   118   ...   744




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish