Beyin Mərkəzləri & Vətəndaş Cəmiyyətləri Proqramı Lauder Institutu Pensilvaniya universiteti



Download 1,33 Mb.
bet3/11
Sana26.03.2017
Hajmi1,33 Mb.
#5322
1   2   3   4   5   6   7   8   9   10   11

2014 Proses və Metodologiya


Ötən illərdə olduğu kimi, bu il də İndeks daha sonra ekspert Panel təhlil aparılaraq açıq nominasiyalar prosesinə istinad etmişdir. Hesabatın keyfiyyətini və aydınığını artırmaq məqsədilə bir neçə mühüm dəyişikliklər olmuşdur. Bunların sırasına, əsasən,bəzi regional kateqoriyaların( daha sonra müzakirə ediləcək) və Sağlamlıq kateqoriyasının " Aparıcı Qlobal Sağlamlıq Siyasəti beyin mərkəzləri", "Yerli Sağamlıq Siyasəti beyin mərkəzləri"nə bölünməsi aid edimişdir. Həmçinin "Ən Yaxşı Yeni Beyin Mərkəzi" kateqoriyasının parametrləri yenidən dəyişilmişdir. Son 48 ay ərzində və ya yanvar 2011-ci ildə təsis edilən hər hansı bir beyin mərkəzinin daxil ediməsi üçün müddət uzadılmışdır.
Coğrafi Təsnifatlaşdırma Düzəlişləri
Ötən illərin hesabatlarına gələn rəylərə cavab olaraq və aha aydın və şəffaf Global Go To Indeksi təmin etməklə onun keyfiyyətini artırmaq məqsədilə hesabatda coğrafi regionları tənzimləyən qaydalar yenilənmişdir. Təəssüf ki, regional sərhədlərin şərhini əks etdirən coğrafi sərhədlər bütün qitələrdə aydın şəkildə əksini tapmamışdır. Hələ ki, bölgələr arasındakı xətti ölkələr üzrə dəqiq harada yerləşdirməklə beynəlxalq konsensus yoxdur. Birləşmiş Millətlər Təşkilatının Qərbi Asiyada Azərbaycan, Ermənistan, Kipr, Gürcüstan və Türkiyə və Şərqi Avropada Rusiya hissəsi buraya daxildir.4 Beynəlxalq Valyuta Fondu Rusiya ilə yanaşı, Avropada Kipr və Türkiyəni daxi edir.5 Avropa Birliyi nöqteyi-nəzərindən mühakimə etdikdə, 2005-ci ildən bəri üzvlük danışıqlarında oan Türkiyə potensial olaraq Avropanın hissəsi sayılır, Rusiya isə yox. Hətta Amerika Birləşmiş Ştatları hökuməti çərçivəsində regional sərhədlərlə bağlı heç bir razılaşma yoxdur. Avropa və Avrasiya məsələləri üzrə ABŞ Dövlət Departamentinin Bürosu qərbə-İslandiyaya qədər Azərbaycan, Ermənistan, Kipr, Gürcüstan, Rusiya və Türkiyə ilə birgə bütün Avropa xalqlarını daxil edir. Lakin ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatı Avropada yalnız Kipri göstərdiyi halda Rusiyanı Orta Asiyaya və Ermənistan, Azərbaycan, Gürcüstan və Türkiyə Yaxın Şərqdə yerləşdirir.6 Ölkələri mədəni və siyasi bağlılıqlarına görə təsnifatlandırmaq cəhdi eynilə həlledilməz qalır və subyektiv interpretasiyalara açıq saxlayır. Məsələn, böyük ərazi əhatə edən, çoxmillətli ölkə olan Rusiyanı harada yerləşdirmək olardı? İsveç, Norveç və Balkan beyin mərkəzlərinin coğrafi yerləşmə aiddiyatı Avropa Birliyi beyin mərkəzləri üçün yeni kateqoriya problem yarada bilər.
Məlumdur ki, biz artıq aparıcı hökümət təşkilatları tərəfindən əsası qoyulan təsnifata baş vura bilməyəcəyimizdən və siyasi və mədəni təsnifatlaşdırmaya getməyəcəyimizdən, burada qalan yeganə və ən məntiqli üsul dünyanı coğrafi regionlara bölməkdir. Bu səbəblə, mərkəzi və şərqi Avropa kateqoriyası qalmaqda davam edəcək --- bəzilərinin bunun keçmiş sovet bloku ölkələrini ədalətsizcə parçalayaraq Avropaya aid etməyin ədalətsizlik olduğunu düşünərək , etiraz etmələrinə baxmayaraq. Avropada inkişaf etmiş ictimai təşkilatlar və bir çox beyin mərkəzləri olduğundan, mərkəzi və şərqi avropa kateqoriyasının olması avropa beyin mərkəzlərinin daha ətraflı təqdimatına imkan verəcəkdir ki, nəinki bütün avropanını ümumi olaraq bütövlükdə bir kateqoriyaya aid edilməsi.
Bu ilin hesabatında, həmçinin əvvəlki regional qiymətləndirmədə ortaya çıxmış yanlışlıqlar düzəldilmişdir. Səhvən, 2013-cü il “Global Go To” indeksində Ermənistan, Azərbaycan, Gürcüstan beyin mərkəzləri Mərkəzi və Şərqi Avropa üzrə hazırlanmış aparıcı beyin mərkəzləri qiyətləndirmə siyahısına salınmışdır. Bu və gələcək hesabatlarda sadalanan ölkələrin beyin mərkəzləri yalnızca Mərkəzi Asiya üzrə aparıcı beyin mərkəzləri siyahısınıda öz əksini tapacaqdır.
Digər bir tərəfdən, 2013 cü il “Global Go To” indeksində Banqladeş, Qırğızıstan, Pakistan və Özbəkistan beyin mərkəzləri , həm Mərkəzi Asiyada ən yaxşı beyin mərkəzləri, həm də Asiya və Okeaniya ölkələrinin (Çin, Hindistan, Yaponiya və Koreya respublikası istisna olmaqla) ən yaxşı beyin mərkəzləri siyahısında göstərilmişdir. Bu və gələcək hesabatlarda Banqladeş və Pakistanın beyin mərkəzləri yalnız Asiya və Pasifik regionu daxilində, Qırğız və Özbəkistan beyin mərkəzləri isə Mərkəzi Asiya regionunda qiymətləndirməyə daxil ediləcəkdir. Bundan başqa əvvəlcə Mərkəzi Asiya kategoriyasında olan Butan və Nepal beyin mərkəzləri Asiya və Pasifik regionu kateqoriyasında dəyərləndiriləcəkdir.
Rusiyanın vəziyyəti isə daha mürəkkəbdir, çünki coğrafi olaraq bu ölkə Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya, Asiya və Pasifik regionlarının hamısına daxildir. Qarışıqlığı aradan qaldırmaq və Rusiyanın beyin mərkəzlərinin böyük əksəriyyətinin ölkənin ən qərb regionlarında yerləşməsini nəzərə alaraq, Rusiya beyin mərkəzləri Mərkəzi və Şərqi Avropa beyin mərkəzləri kateqoriyasında qalmaqda davam edəcəkdir.

Nəticədə, tam dəqiq aydınlaşdıraraq, Mərkəzi Asiya kateqoriyası Əfqanıstan, Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan beyin mərkəzlərindən ibarət olacaqdır. Türk beyin mərkəzləri Orta Şərq və Şimali Afrika kateqoriyasında qalacaqdır, o cümlədən Kiprdə bura aiddir- baxmayaraq ki, Kipr Avropa Birliyində statusa malikdir. Banqladeş, Butan, Nepal, Pakistandan olan beyin mərkəzləri Asiya və Pasifik kateqoriyasında reqtinqləndiriləcəkdir. Mərkəzi və Şərqi Avropa kateqoriyası Rusiya beyin mərkəzləri ilə daxil ediləcədir, həmçinin beyin mərkəzləri yerləşən ölkələr hansı ki, Rusiya və Türkiyə arasında yerləşir-şərqdə və İsveç, Almaniya, Avstriya və İtaliya qərbdə



Sağlamlıq Kateqoriya Diviziyaları
“Sağlamlıq siyasəti üzrə aparıcı beyin mərkəzi” kateqoriyası “Qlobal sağlamlıq siyasəti üzrə aparıcı beyin mərkəzi” və “ Daxili sağlamlıq siyasəti üzrə aparıcı beyin mərkəzi” kateqoriyalarına bölünür ki, buda o faktı təsdiq edir ki, burada digər 2 fokuslanan zonalar var və sağlamlıq siyasəti üzrə fokuslanan zonalar vardır. Daxili sağlamlıq mərkəzlərinə fokuslanan beyin mərkəzlərinin tətqiqatları ölkə yaxud region üzrə daxilində səhiyyə sisteminin təkmilləşdirilməsi üzrə həll üsullarına və səhiyyənin elmi aspektlərinə və həm də siyasi aspektlərə fikrini yönəldir. Qlobal sağlamlıq beyin mərkəzləri , ayrıca olaraq inkişaf edən ölkələrdə,beynəlxalq səviyyədə tibbi xidmətin yaxşılaşmasına və ora girişin rahat formada təmin olunmasına fokuslanır. Onlar həmçinin beynəlxalq səviyyədə kütləvi yayılan xəstəliklərin qarşısını alınması və yüngülləşdirici prosesi tətqiq edə bilirlər- ayrıca Qərbi Afrikada aktual mövzu olan Ebola virusu.

Baxmayaraq ki, bu ilki prosesdə yaxşılaşmalar çərçivədən çox olsa belə, əgər biz bəzi kvalifikasiyalarla bağlı olan bəzi qeydlər eləməsək bu bağışlanılmaz olardı. Baxmayaraq ki, Daxil olma indeksi üzrə təkmilləşdirmə təsirləri olsa belə də, xüsusilə “ Ümumdünya-Aparıcı beyin mərkəzləri” kateqoriyası üzrə bəzi regionlarda yenə də bu təsir kifayət etmir. Hal-hazırki maneələr indeksdə inkişaf edən ölkələrdə təmsil olunmanı artırmaqdır ki, buda yəqin ki, həmin ölkələrdə olan azsaylı analitik mərkəzlərin olmasıyla və digər çoxsaylı problemləri olan institutlarla əlaqədardır. Avropa və Şimali Amerikada olan beyin mərkəzlərinin hökmranlığı yenə davam edərək, buda reytinqdə özünü bir neçə faktorla göstərir,yəni: - dünya üzrə 60%-dən çox olan beyin mərkəzləri Avropa və Şimali Amerikaya əsaslanır, fond və maliyyələşmə mənbələri bu təşkilatlara aiddir, tarixi hökmranlıq rolu və təsirlər dünya siyasətində bu regionlarla bağlıdır, hansı ki adəti üzrə onlar beynəlxalq siyasət, iqtisadiyyat və sosial fikirdə güc göstərirlər.


Biz sizin diqqətinizi qlobal dərəcədə olan fikirlərin işini birlikdə daha ətraflı çərçivədə təmin edə biləcək yerli,funksional və xüsusi müvəffəqiyyət kateqoriyalarına yönəltmək istəyirik. Siyahıda təsvir edilmiş çatışmamazlıqlar olan bölgələrdə indeks üzrə göstərilən təkmilləşdirmələrlə daha yaxşı daxil edilməsini təmin edəcəyimizi ümid edirik: hər bir kateqoriyada olan siyahıların gözlənilmədən artırılması: Asiyanın üç ayrı kateqoriyaya bölünməsi: Meksika və Kanada üçün ayrı bir kateqoriyanın yaradılması və beş milyon ABŞ dollarından az büdcəsi olan qurumların tanıyan bir kateqoriyanın yaradılması. Biz həmçinin əsas qlobal reytinqdə ABŞ’a əsaslanan beyin mərkəzlərinin kənarlaşdırılmasını vurğulamaq istəyərdik. Hal-hazırda reytinq ABŞ-dan kənar bölgələrdə olan daha az bilinən beyin mərkəzlərini nəzərə alır. Dünyaca şöhrət və üstünlüyə malik olan ABŞ beyin mərkəzlərinin əsas qlobal reytinqdə nəticələri daha çox onların xeyrinə dəyişdiriləcəkdi.

Hər il bizim ən yaxşı cəhdlərimiz ciddi, daxil olunan və obyektiv proseslərin yaradılmasına sərf olunur. Lakin biz qərəzliliyin reytinq üzrə tamamilə olmamasının qeyri-mümkünlüyünü də anlayırıq.İstər-istəməz, proses müddətində nəzərə alınan şəxsi, ideoloji, inzibati və regional ayrıseçkiliklərin təsiri də sıralamaya təsir etmiş ola bilər. Bəzilərinin bizə seçimin kiçik qrup və ya hissələrdən ibarət olan ekspertlər və jurnalistlər tərəfindən aparılmasına keçid olmasını təklif etməklərinə baxmayaraq, biz öz öhdəçiliyimizdə açıq və demokratik proseslərdən geri çəkilmirik. Mühafizəçilər öz yerində olmaqla - şəffaf proses, ətraflı namizədlik tərəfindən qurulmuş təchizat və seçim meyarları, hər il artan beyin mərkəzlərinin iştirakı və dünyanın hər yerindən olan ekspertlərlə – biz indeksin keyfiyyət və düzlüyündən əminik. Əlavə olaraq, ekspert heyətinin artan marağıyla, namizədlik və sıralama prosesləri də həmçinin gözlərnilmədən təkmilləşdirilmişdir. Birlikdə, biz inanırıq ki, bu ölçmələr namizədlik və seçim prosesini hər hansı vacib ayrıseçkilik və təhrif ittihamından təcrid edir.

Son olaraq, biz vurğulamaq istərdik ki, GGTTİ beyin mərkəzlərinin sadəcə icra və təsirinin bir ölçüsüdür və dünyada olan dövlət siyasəti tədqiqat təşkilatlarının müəyyənləşdirilməsində və dəyərləndirilməsində digər ölçülərlə eyni zamanda kömək etmək üçün hazırlanmışdır. Təşkilatın indeksə daxil edilməsi institut,onun nəşrləri və ya TTCSP tərəfindən olan proqramlar üçün təsdiq və ya həvalə möhürü demək deyil. Əksinə, təşkilatın sıralamadan çıxarılması heç də aşağı keyfiyyət, effektivlilik və ya fəaliyyət göstəricisi deyil. Dünyada bilik və siyasət arasındakı boşluğu aradan qaldırmaq üçün müstəsna işlə yarışan 6,618 beyin mərkəzləri vardır. Bu hesabat dünyanın aparıcı beyin mərkəzlərindən bəzilərini vurğulamaq üçün göstərilən bir cəhddir.


Download 1,33 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish