Азярбайъан республикасынын тящсил назирлийи


NARKOMANLARLA SOSIAL IŞIN APARILMASI



Download 1,05 Mb.
bet9/39
Sana21.02.2022
Hajmi1,05 Mb.
#2233
1   ...   5   6   7   8   9   10   11   12   ...   39
NARKOMANLARLA SOSIAL IŞIN APARILMASI
Ağalarov Cəlal Yusif oğlu, BDU-nun
Sosial elmlər və psixologiya fakultəsi
II kurs Sosial iş üzrə magistrantı
 
Açar sözlər: psixoaktiv maddələr, reabilitasiya, profilaktika, detoksikasiya, fərdi yanaşma, könüllülük prinsipi.
Ключевые слова: психоактивные вещества, реабилитация, профилактика, детоксикация, индивидуальный подход, принцип добровольности
Key words: psychoactive drugs, rehabilitation, prevention, detoxication, individual approach, the principle of voluntary
Narkomaniyanın profilaktikası. Müasir dövrdə ümumi qəbul edilən fikir budur ki, narkomaniyanın sosial xarakteri tibbi xarakterindən daha çox olduğundan o, sosial xəstəlik hesab edilir. Buna görə də, narkomaniya ilə effektli mübarizə üçün ancaq müalicə və reabilitasiya kifayət deyil. Bu prosesdə əsas yeri risk qrupları ilə sosial iş tutmalıdır. Bu proseslıri gənclərin və yeniyetmələrin arasında həyata keçirmək daha önəmlidir [1, s.160].
Dünya təcrübəsi göstərir ki, narkomanların asılılıqdan azad olması 2-3% -dan çox deyil, buna görə də daha effektli və maddi cəhətdən sərfəli olan onu müalicə etmək yox yaranmasının qarşısını almaqdır.
Asıllığın dərəcəsini əsas götürsək profilaktik tədbirləri 3 növə bömək olar:
Birinci profilaktika – psixoaktiv maddələrin istifadəsinin qarşısını almaq üçün önləyici tədbirlər kompleksidir. Birinci profilaktika psixoaktiv maddələrin təsiri ilə tanış olmayan insanlarla aparılır. Birinci profilaktinanın proqramına daxildir: antinarkotik təbliğat, əməyə cəlb etmək, sağlam həyat fəaliyyətinə cəlb etmək (idman, incəsənət, turizm). Bu növ profilaktika daha çox effektli və kütləvi xarakter daşıyır. Bu profilaktikanın kompleksi şərait və sosial faktorların əhalinin sağlamlığına təsirindən təşkil olunur [2, s.234].
İkinci profilaktika risk qruplarına yönləndirilir. İkinci profilaktikanın obyekti tütün məşəli maddələr, alkoqol, psixiatrik maddələrdən yeni istifadəyə başlayan gənclər, yeniyetmələr, uşaqlar, gənclər və gələcəkdə böyük ehtimalla bu maddələrdən istifadə etməyə meyli olan potensial risk qrupundan olan insanlardır.
Ücüncü profilaktika – alkoqoldan və narkomaniyadan əziyyət çəkənlərə kömək etməkdir. Bu profilaktikaya müalicə, reabilitasiya və diaqnostika tədbirləri daxildir. Bunun məqsədi gələcəkdə şəxsiyyət pozğunluğunun qarşısını almaq və şəxsiyyətin işgüzarlığını qorumaqdır. Burada narkomaniya çətin müalicə edilən xəstəlik kimi götürülür və uğur pasientin iradə və istəyindən asılı olur.
Antinarkotik maarifçilikdə qorxu taktikasından qaçmaq lazımdır, çünki o elə də effektli deyil. Bir dəfəlik antinarkotik tədbirlər məqsədə uyğun deyil, çünki belə yanaşmada qorxu taktikasının tətbiqi yeniyetmələrə və gənclərə narkomaniyaya qarşı fikirlərin inkişaf etdirməyə imkan vermir [3, s. 206].
Profilaktika – dövlət və ictimai, sosial-iqtisadi, tibbi-sanitar və psixi-pedaqoji tədbirlərin kompleksidir. Profilaktik tədbirləri yerinə yetirərkən narkotik maddələr və onun təsirləri haqqında insanın sosial və iqtisadi rahatlığını təmin etmək üçün dəqiq və hər tərəfli məlumat verilməlidi. Narkotik maddələr haqqında məlumat təkcə narkomanlar üçün deyil ictimaiyyət üçün də nəzərdə tutularaq, gerçəkçi, aydın və münasib olmalıdır. Sağlam həyat haqqında təbliğat elə aparılmalıdır ki, hətta stress halında belə onu yoxlamaq istəyi insanda yaranmasın.
Reabilitasiya. Narkomanları fiziki asıllıqdan azad etmək müalicənin birinci addımıdır. İş burasındadır ki, fiziki ağrılardan başqa insanlararası qarşılıqlı əlaqə, cəmiyyət normaları, ünsiyyət qurma bacarığı, rollar, cəmiyyətdə rollar və fəaliyyət növləri onların beynində təhrif olunmuş olaraq saxlanılır. Çoxillik təcrübə göstərir ki, narkomaniyanın müalicəsi təkcə tibbi yolla mümkün deyil. Narkomaniya adi xəstəlik deyil – bu elə bir haldır ki, hansı ki insanın şəxsiyyətini bütöv dəyişir. Ona görə də müalicə həm tibbi ,həm də tərbiyəvi hüdudlarda aparılmalıdı.
Effektiv reabilitasiya üçün insana narkotiksiz yaşamağı, özünü ifadə üçün vasitə tapmağı, problemin həlli üçün təcrübə əldə etməyi öyrətmək vacibdir.
Müalicənin xəstəyə daha effektli təsiri üçün qapalı məkana və daha uzun zamana ehtiyac olur. Bu müddət ərzində onlar aşağıdakı prinsiplərlə bərpa olurlar:

  1. Fərdi yanaşma. Reabilitasiya texnologiyası maksimal dərəcədə fərdiləşdirilməlidir. Birinci mərhələ - müalicə kursa və reabilitasiya zamanı hər bir narkomanın individual şəraitinin müəyyənləşməsi (stasionar, yarımstasionar, ambulator), narkotik istifadəsindən xəstəliyin kliniki xüsusiyyətlərin, sosial ağırlığının, şəxsiyyətin struktur xüsusiyyətlərinin, xəstənin kiçik sosial əhatə dairəsinin müəyyən edilməsindən ibarətdir. İkinci mərhələyə isə yığılmış materialın analizi, narkoman üçün profil təşkil etmək və ona uyğun reabilitasiya proqramının seçilməsi daxildir [4].

  2. Müalicə və reabilitasiyaya kompleks yanaşma. Bütün narkoloji xəstələrdə asılılığın yaranma səbəbi eyni olsada onun ağırlıq dərəcəsi fərqli olur. Bəzi narkomanlar bioloji cəhətdən narkotikə meyilli olur, bəzilərində isə ətrafının sosial-psixoloji təsiri nəticəsində bağlılıq yaranır. Yaranma səbəbindən asılı olmayan narkomanların reabilitasiya dövründə asılılığı olan şəxsə təsir kompleks şəklində təşkil olunur. Reabilitasiya özünə tibbi, psixoterapevt və sosial mühitin təsirini daxil edir. Narkomanın bağlılıq dərəcəsindən asılı olaraq reabilitasiya müddəti müxtəlifdir [3,s 206].

  3. Könüllülük prinsipi – fərdin xəstəliyinin ağırlığından və soail-psixoloji xüsusiyyətindən asılı olaraq bu prinsip narkomanlara tətbiq edilir. Əgər pasient tibbi yardıma müraciət etməyi qəzəblə qarşılıyıb imtina edirsə, asosial həyat tərzi sürürsə, sosial adaptasiyadan kənarlaşırsa, bu zaman könüllü müalicə və reabilitasiyadan söhbət belə gedə bilməz. Könüllülük prinsipində pasientin tibbi və sosial müəssələrlə könüllü əməkdaşılıq istəyi əsas götürülür. Qərbin inkişaf etmiş ölkələrində ənənəvi olaraq bəzən narkomanların müvafiq təşkilatlara müraciəti məcburi həyata keçirilir.

Narkoasıllı insanların reabilitasiya proqramının əsas elemetlərinə psixoloji məşqlər və treninqlər (ünsiyyət çalışmaları, aqressiya və stressə qarşı), əmək terapiyası, musiqi müalicəsi, əyləncə məşqləri, idman və s. daxildir. Sosial işdə mütəxəssislərin əsas məqsədi reabilitasiya zamanı narkomana onun xəstəliyinin xüsusiyyətlərini anlamasına yardım etmək, asıllığa düşmüş insana və onun ailəsinə xəstəliyə fikir vermədən birlikdə yaşamağı öyrətmək və narkomanı özünü günahkar hesab etmə hissindən azad etməkdir.
Beləliklə, əminliklə demək olar ki, narkomanların reabilitasiya həm kliyent həm də mütəxəssis üçün çox çətin və böyük güc və iradə tələb edən uzunmüddətli bir prosesdir.

Download 1,05 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish