Азярбайъан республикасынын тящсил назирлийи


ELMI EKSPERİMENTDƏ PRAKTİK VƏ İDRAK FƏALİYYƏTİNİN DİALEKTİKASI



Download 1,05 Mb.
bet34/39
Sana21.02.2022
Hajmi1,05 Mb.
#2233
1   ...   31   32   33   34   35   36   37   38   39
ELMI EKSPERİMENTDƏ PRAKTİK VƏ İDRAK FƏALİYYƏTİNİN DİALEKTİKASI
Qəhrəmanov Rahib Qoşqar oğlu, magistrant,
II kurs, Bakı Dövlət universiteti
Açar sözlər: idrak nəzəriyyəsi, elmi eksperiment, praktika, hipotez, nəzəri bilik, empirik bilik.
Key words: cognitive theory, scientific experiment, practice, hypothesis, theoretical knowledge, empirical knowledge.
Ключевые слова: когнитивная теория, научный эксперимент, практика, гипотеза, теоретическое знание, эмпирическое знание.
İdrak prosesində mühüm bir əhəmiyyət kəsb edən eksperiment zamanı irəli sürülən fərziyyələrin nə dərəcədə gerçəkliyə uyğun olması araşdırılır və bəzən xüsusi eksperimentlərin aparılması labüd olur. Aparılan xüsusi eksperimentlərin zamanı irəli sürülən fərziyyələrin doğruluğunun yoxlanılması prosesi baş verir. Bu zaman tədqiqatçılar tərəfindən nə təsdiq edilmiş və nə də rədd edilmiş fərziyyə açıq problem deyə adlanırlar. Mahiyyət etibarilə eksperiment irəli sürülmüş fərziyyənin doğruluğunu təsdiq və ya təkzib etmək məqsədi ilə həyata keçirilən nizamlı bir prosedurdur. eksperimentlər bir zaman nəticəsi ortaya çıxar nə nümayiş səbəb -nəticə fikir təmin edir. “Ekseperiment bəşəriyyətin ictimai-tarixi praktikasının müəyyən tərəfidir, buna görə də idrakın mənbəyi, hipotez və nəzəriyyələrin həqiqiliyinin meyarıdır. Elm və texnikanın inkişafı ilə eksperimentin sahəsi genişlənir və maddi aləmin böyük sayda obyektlərin əhatə edir.” [2, səh. 124-125].
Müasir dövrdə elmi-texniki tərəqqinin inkişafı nəticəsində eksperimentlərin mahiyyətində müəyyən keyfiyyətlər öz əksini tapmışdır. “Hazırda ekseprementin təbiəti əsaslı şəkildə dəyişilmişdir. Onun texniki imkanları ilə modelləşdirilmənin də imkanları artmış­dır. Yəni eksperiment prosesində modellərdən daha geniş istifadə edirlər.” [4].
Elmi tədqiqatlar zamanı eksperiment vasitəsilə nəzəriyyə və fərziyyələrin yox­lanılması prosesi insanların ətraf mühit haqqında müəyyən bir təsdiq olumuş biliyin əldə olunmasına kömək edir. Eksperiment zamanı nəzəri tədqiqatların nəticələrin müqa­yisəsi, onların həqiqi biliyə uyğun olub-olmaması, adekvatlığının yoxlanılması idrak amilində önəmli bir əhəmiyyət kəsb edir. “Praktikada hipotetik-deduktiv tədqiqat irəli sürülən hipotezlər, onlardan çıxarılan nəticələr, müşahidələr və nəticələrin müşahidələr əsasında yoxlanılması arasında keçidlərin fasiləsiz olaraq genişləndiyi tsikldır.
Belə ki, hipotezin yoxlanılması çox vaxt xüsusi şəraiti (tam dəyirmi kürələri, mükəmməl dərəcədə üfüqi olan stolu, havanın hərəkətinin yoxluğunu və i.a.) tələb edir ki, bunun da yaradılmasını biz eksperiment adlandırırıq. Bu halda güman olunur ki, əsl yoxlama sistematikdir və hipotezi zəiflədə bilən müşahidələrə aparıb çıxarır. ” [3, səh. 347].
Ən böyük idrak metodlarında biri olan eksperiment vasitəsilə öyrənilən obyekti detallara parçalayıb incələmək mümkündür. Adətən təbiətşünaslıqda geniş tətbiq olunan eksperimentdən ictimai elmlərdə istifadə olunur. Eksperimentlər eyni zamanda araşdırılan obyektə və fənnin mahiyyətinə uyğun olaraq müxtəlif xüsusiyyət kəsb edir. Bu baxımdan eksperimentlər fiziki eksperimentlər, kimyəvi eksperimentlər, bioloji eksperimentlər, kosmik eksperimentlər, psixoloji eksperimentlər və sosial eksperimentlər adı altında bölünür.
İdrak nəzəriyyəsi fəlsəfə ilə birlikdə yaranınışdır. Fəlsəfənin əsas məsələsinin ikinci tərəfi olan idrak problemi qnoseologiya adlanır. Demokratik, Platon, Aristotel, Epikür, skentiklər və stoiklər idrakı təhlil etməyin əsasını qoymuşlar. Yeni dövrdə Bekon, Dekart, Lokk, Spinoza, Leybints, Kant, Didro, Hegel, Feyerbax bu nəzəriyyəni inkişaf etdirdilər. İslam şərqi ölkələrində Ə.Bəhmənyar, Ş.Sührəverdi, N.Tusi, Miyanəçi, Urməvi, Axundov və b.
İdrak nəzəriyyəsi—idrakı mənaya və mahiyyətə, biliyin strukturu və inkişaf qanunları, idrakın əsası və meyarları, pillələri və formaları, elmi tədqiqatın pirinsipləri, metod və üsulları haqqında bütöy bir təlimdir. Bu təlim iki hissədən: 1) İnikas nəzəriyyəsi; 2) elmi tədqiqatın metodologiyasından ibarətdir. Bu təlim “fəlsəfənin əsas məsələsinin ikinci tərəfi, yəni dünya dərk olunandırmı?” sualına cavabla əlaqədardır. Bu suala cavab üç istiqamətin yaranınasına səbəb olmuşdur.

  1. Optimizm—dərk olunandır.

  2. Skeptisizm—inkar etmirlər, şüphə edirlər. Məsələn, Seneka

  3. Aqnostisizm—transendentdir. Kant təzahür (Fenomen), mahiyyət (Noumen).

Dialektik materializm praktikanı idrak nəzəriyyəsinə daxil etmişlər. Praktika biliyin meyarı və əsasıdır, insanların maddi fəaliyyəti ilə bağlıdır. Bunun başa düşülməsi ona gətirib çıxarır ki, insanlar tarixi inkişafın səbəblərini anlamır, onu biliyə olan təbii meyl və həvəsdə, mənəvi amillərdə axtarırlar. Köhnə materializmin qüsuru onda idi ki, onlar dialektikanı və praktikanı idraka tətbiq edə bilmirdilər. Bunun da nəticəsində insan şüuru, onun praktik fəaliyyəti və idrak obyekti arasında mövcud olan dialektik əlaqə başa düşülmürdü. Bunun da nəticəsində idrak qanunları ilə gerçəklik qanunları arasında əlaqə itirdi, onlar təcrid olunurdu.
Dialektik idrak nəzəriyyəsinin əsasını dünyanın obyektiv surətdə mövcud olmasını və onu insan şüurunda əks olunınasını qəbul etmək təşkil edir. Bu o deməkdir ki, gerçəklik predmet və hadisələri hiss üzvlərinə təsir edərək müxtəlif duyğular və qavrayışlar oyadır. Bunların əsasında insanlarda anlayışlar və məntiqi təfəkkürün digər formaları yaranır. Xarici aləm bizim biliklərimizin mənbəyidir. Yəni idrak obyektiv gerçəliyin, predmet və hadisələrin insan beynində inikasıdır.
Fəlsəfə tarixində praktika müxtəlif şəkildə anlaşılmışdır. Hegel praktikanı “mütləq ideyanın, daha sonra insan şüurunun” iradə fəaliyyəti kimi başa düşürdü. Subyektiv idealizmə görə praktika zəka, iradə, intiusiya ilə şərtlənən psixi fəaliyyətdir. Dialektik materializmə görə idrakın mənbəyi insanların fəal, maddi praaktik fəaliyyətində, onun dünyanı dəyişdirən ictimai-tarixi praktikasında və ilk növbədə istehsal-əmək fəaliyyətində axtarılmalıdır. “İdrak prosesi, beləliklə, ideyaların (nəzəriyyələrin) seyr olunması ilə hissi dünyada həyati təcrübə (praktika) arasındakı fasiləsiz qarşılıqlı təsir (dialektika) formasında reallaşır.” [3, səh.184].
Praktika insanların təbiət və cəmiyyəti dəyişdirməyə yönəldilən, hissi predmetli, məqsədyönlü fəaliyyətidir. Praktikanın məzmununu təbii və sosial obyektlərin dərk edilməsi, mənimsənilməsi və dəyişdirilməsi təşkil edir. İstər öz məzmununa, istərsə də həyata keçirilmiş üsullarına görə praktika ictimai xarakter daşıyır. Praktika insanın və cəmiyyətin hərəkətverici qüvvəsidir, əsasıdır. İnsanların məqsədyönlü maddi fəaliyyət formaları müxtəlifdir: 1) İctimai istehsal sahəsində; 2) elmi idrakda; 3) sosial həyatda; 4) şəxsi-məntiq sahədə.
İdraka münasibətdə praktika üç qat rol oynayır:
1) Praktika idrakın mənbəyi üçün yeni-yeni material verir.

  1. Praktika biliyin tətbiq üsulu olub, idrakın məqsədidir.

3) Praktika idrakın nəticələrini, qazanılmış biliklərin həqiqiliyinin meyarı, ölçüsüdür. Ancaq praktikanın sınağından keçən bilik a) obyektivlik; b) səthilik; v) həqiqilik statusunu qazanır.
Deməli praktika bütün mərhələlərdə idrakın formalaşması və inkişafını əsasını təşkil edir. O, biliklərin mənbəyi, idrak proseslərinin nəticələrinin həqiqiliyinin meyarıdır. Maddi-praktik fəaliyyət idrakın həm başlanğıcı, həm də onun nəticələrinin göstəricisidir. Çünki insan dünyanı ona təsir etdiyi dərəcədə dərk edə bilər.
İdrak nəzəriyyəsinin mühüm tərkib hissələrindən birini biliyin mahiyyəti, strukturu və mexanizmidir. Biliyin strukturu müxtəlifdir, səviyyələri və tipləri də müxtəlifdir. Biliyin xüsusi bir tipini problem və məsələ təşkil edir. Onlar izah və əmr formasında olur. Bilik elmin mənəvi tərəfi, şüurun mövcudluq üsuludur. Bilik nəzəri sistem olub, onun məntiqi strukturu, nəzəri və ictimai xarakteri ilə səciyyələnir. Biliyi insanlara çatdırmaq üçün dil və işarə formalarından istifadə olunur. Elmi dilin spesifik cəhətlərindən biri onun adi danışıq dili ilə süni dilin qarşığından ibarət olmasıdır. İzahedicilik və qabaqgörənlik elmi biliyin mühüm funksiyalarındandır.
Platonun ölümündən sonra Aristotel bir neçə səyahəti həyata keçirmişdir. Bu zaman, o, həmçinin sualtı dünyanın belə həyatını öyrənmişdir (Lesbos adası ətrafında). Təsviri biologiyanın nümayəndəsi olaraq, o, eksperiment aparmağı deyil, müşahidə etməyi və təsnif etməyi öyrəndi. Eksperiment isə öz çiçəklənməsinin başlanğıcını məlum olduğu kimi Renessans dövründən götürür.
Mövcudatın fundamental formaları haqqında fəlsəfi təlimlər, məsələn ideyalar haqqında təlim və ya substansiyalar və xassələr haqqında təlimlər ontologiyaya məxsusdur. İdrakın fundamental formaları haqqında təlimlər isə epistemologiyaya (idrak nəzəriyyəsinə) aiddir.
Aristotel üçün idraki prosesdə birinci addım ayrıca şeylərin bizim hisslərimiz tərəfindən qavrayışından ibarətdir. Növbəti addım təsadüfidən mühüm və ümumi olanın abstraktlaşma yolu ilə dərk olunmasıdır. Bunun ardınca qeyd edək ki, mühüm və ümumi olan tərifdə ifadə olunur, məsələn, "at"ın bir növ kimi tərifində. Əgər biz növün mühüm xassələrin tərifinə malikiksə, onda biz daha yüksək səviyyənin idrakına malikik, belə ki, indi onun obyekti dəyişməzdir və mühümdür.
Deməli, Aristotel biliyin əldə edilməsini bir proses kimi nəzərdən keçirmişdir, bu proses hissi təcrübədən başlanır və abstraktlaşma prosesi kimi mahiyyətin dərk olunması ilə tamamlanır, bu isə mühüm və ümumi olanın aşkar edilməsinə aparıb çıxarır. Aristotel məhz ayrı-ayrı şeylərin, substansiyanın müstəqil mövcudluğa malik olmasını təsdiq etsə də (onun ontologiyasının tezisi), amma o, həmçinin belə hesab edir ki, bizim axtarmalı olduğumuz bilik mühüm və ümumi xassələr haqqındakı bilikdir (onun epistemologiyasının tezisi).
Ayrıcanın idrakından ümumi və mühüm olanın idrakına keçiddən (özünəməxsus bir induksiya) sonra məntiqi olaraq ümumi əhəmiyyətə malik olan nəticələr (deduksiya) formasında mahiyyətin idrakı baş verir, bu isə digər həqiqi müddəaların əldə edilməsinə imkan yaradır. Əgər biz atın məməli olduğunu və Pepelin at olduğunu biliriksə, onda biz belə bir nəticə çıxara bilərik ki, Pepel məməlidir. Sillogistikanın ümumi əhəmiyyətə malik olan və zəruri olan nəticələr barədə təlim kimi işlənilmə xidməti Aristotelə məxsusdur.
1500-1600 illərdə yeni eksperimental elmin meydana çıxması ilə bağlı olaraq Aristotelin idrak nəzəriyyəsi əsaslı tənqidə məruz qaldı, çünki Aristotelin idrak nəzəriyyəsi ümuminin mahiyyətə tərif verməyə aparan induktiv formulirovkalarının və onlardan alınan deduktiv nəticələrin əhəmiyyətini vurğulayırdı. Lakin Aristotel belə hesab etmirdi ki, bütün idrak ya ayrıca şeylərin hissi qavrayışının, ya da mahiyyətlərin induktiv dərkinin nəticəsidir. O, həmçinin bu iki idraki formanın hər ikisindən fərqli olan praktik müdrikliklə (praksis haqqında paraqrafa nəzər salın) və nə sübut, nə də təkzib olunmayanın bazis prinsiplərin (məsələn, ziddiyyət prinsipi kimi) dərki ilə bağlı da əməliyyat aparmışdır. Aşağıda biz idrakın bu iki spesifik formasını da təhlil edəcəyik, indi isə Aristotelin səy göstərdiyinə səy göstərək - mahiyyətin dərkini nəzərdən keçirək.
Elmin strukturunda büiyin empirik və nəzəri səviyyələri fərqləndirilir. Empirik bilik nəzəri biliyin bazisini təşkil edən elmi faktlarm məcmusudur. Empirik bilik muşahidə və eksperiment vasitəsilə əldə edilir. Nəzəri bilik -deduktiv-aksioloji muhakimə, elmi faktların umumiləşdirilməsi prinsipləri uzrə əldə edilən bilikdir; o, iyerarxikləşdirilmiş dolğun sistem şəklində təşkil edilir. Nəzəriyyə elmi faktların məcmusunun sadəcə umumiləşdirilməsindən daha geniş məfhumdur. Nəzəriyyə özü yeni elmi faktlarm əldə edilməsi mənbəyinə çevrilir. Nəzəri biliyin əsas formaları bunlardır: elmi problem, hipotez, nəzəriyyə, prinsiplər, qanımlar, kateqoriyalar və paradiqmalar.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI

  1. Fərhadoğlu M. Fəlsəfənin əsasları. Bakı: Nurlan, 2006.

  2. Fəlsəfə ensiklopedik lüğəti. Bakı: NPB, 1997.

  3. Skirbekk Q., Gilye N. Fəlsəfə tarixi: Müasir dünyanın fəlsəfi qaynaqlarına bir baxış. Ali məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı: “Zəkioğlu” nəşriyyatı, 2007.

  4. kayzen.az/blog/fəlsəfə/4774/idrak.html‎

Xülasə
Elmi tədqiqatlar zamanı eksperiment vasitəsilə nəzəriyyə və fərziyyələrin yox­lanılması prosesi insanların ətraf mühit haqqında müəyyən bir təsdiq olumuş biliyin əldə olunmasına kömək edir. Eksperiment zamanı nəzəri tədqiqatların nəticələrin müqa­yisəsi, onların həqiqi biliyə uyğun olub-olmaması, adekvatlığının yoxlanılması idrak amilində önəmli bir əhəmiyyət kəsb edir.
Bu baxımdan məqalədə elmi eksperimentdə praktik və idrak fəaliyyətinin dialektikası və eksperiment zamanı praktika və nəzəriyyənin qarşılıqlı fəaliyyətinin əsas xarakteristikası təhlil olunmuşdur.
Диалектика практической и познавательной деятельности в научном эксперименте
Резюме
В ходе научных исследований посредством эксперимента идет процесс проверки теории и практических целей, что помогает приобрести подлинные знания. Во время эксперимента сравниваются итоги теоретического исследования, соответствие их подлинным знаниям. Определение их адекватности. С этой точки зрения в статье рассматривается диалектика теории и практики в эксперименте, дается ее характеристика.

DIALECTICS OF PRACTICAL AND COGNITIVE ACTIVITY IN A SCIENTIFIC EXPERIMENT


Summary
In the course of research through experimentation is in the process of testing the theory and practical purposes, it helps to acquire genuine knowledge. During the experiment, compared the results of theoretical research, that their true knowledge. Determine their adequacy. From this perspective, the article discusses the dialectic of theory and practice in the experiment, given its characteristics.

Download 1,05 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   31   32   33   34   35   36   37   38   39




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish