Ц
Ümumi faydalılıq –
istehlak olunan bütün nemətlərin
məcmu faydalılığı.
Ümumi
iqtisadi
müvazinət-
tələb
və
təkilif
bərabərliyinin bütün makroiqtisadi bazarlarda eyni zamanda
birgə mövcudluğu.
Ümumi faydalılıq
- müəyyən vaxt kəsiyində verilmiş
miqdarda məhsulun istehlakından fərdin aldığı ümumi
məmnunluq (faydalılıq).
Ümumi gəlir
– iş müəssisəsinin ilin nəticələrinə görə
bütün iqtisadi fəaliyyət növlərindən məcmu gəlirinin
göstəriciləri, satılan əmtəə (xidmətlərin) ümumi satış pulundan
və müəssisənin qeyri-satış fəaliyyətini nəzərə alan ödəniş
balansı saldosundan ibarətdir. «Ümumi gəlir» anlayışı konkret
məhsulun (və ya bir neçə məhsulun) satışından əldə olunan
gəlirin göstəricisi kimi istifadə olunur.
Ümumi iqtisadi müvazinət
- milli iqtisadiyyatın bütün
nemətlər və amillər bazarlarmda eyni zamanda tələbin təklifə
bərabər olduğu vəziyyəti.
Ümumi (mühasibat) mənfəəti
- əmtəə (və ya xidmətlər)
satışından məcmu satış pulu ilə onların istehsalı və satışı ilə
bağlı xarici məsrəflər arasındakı fərqdən ibarətdir.
Ümumi satıĢ pulıı
- məhsulun, işlər və xidmətlərin,
həmçinin maddi sərvətlərin satışından əldə olunmuş ümumi
məbləğ.
628
Ümumi xərclər
- hər hansı məhsulun və ya iqtisadi
nemətin istehsalı və reallaşmasına müəssisənin həm dəyişən,
həm də sabit xərclər daxil olmaqla bütün xərclərinin məcmusu.
Üçüncü dərəcəli qiymət diskriminasiyası -
əmtəənin
bazarın ayrı-ayrı seqmentlərində müxtəlif qiymətlərə satılması.
В
Vahid aqrar siyasət
(VAS) - Avropa Birliyinin (AB)
aqrar bölməyə kömək üçün apardığı siyasət. Əsas məqsədlər:
fermerlərin qənaətbəxş həyat səviyyəsinin saxlanılması və
aqrar bölmənin iqtisadi səmərəliliyinin yüksəldilməsi.
Valyuta
(hərfı: qiymət, dəyər) - beynəlxalq iqtisadi
mübadilədə və pul haqq-hesabları ilə bağlı digər beynəlxalq
münasibətlərdə iştirak edən ölkənin pul vahidi.
Valyuta bazarı
- xarici ticarət, xidmətlər, kreditlər,
investisiyalar, beynəlxalq ödənişlərin həyata keçirilməsi üçün
lazım olan valyuta və xarici valyutalardakı ödəniş sənədlərinin
(çeklər, veksellər, köçürmələr, akkredetivlər) almıb-satılmasını
təmin edən mexanizm.
Valyuta kursu
- mübadilə zamanı iki valyutanm dəyər
nisbəti; bir ölkənin pul vahidinin digər ölkənin pul vahidi ilə və
ya bir qrup ölkənin pul vahidləri ilə («valyuta zənbili») ifadə
olunmuş «qiyməti».
Valras qanunu
- «n» sayda qarşılıqlı əlaqədar olan
bazardan ibarət iqtisadiyyatda (n-l)-ci bazarda müvazinət əldə
olunubsa, onda sonuncu bazarda da müvazinət olacaq; bildirilir
ki, iqtisadiyyatda tələb olunan əmtəələrin ümumi dəyəri həmişə
təklif olunan əmtəələrin ümumi dəyərinə bərabərdir.
Veblen effekti
- istehlak tələbinin artması effekti, əmtəənin
daha yüksək qiymətə malik (daha aşağı deyil) olması ilə
əlaqədardır
629
Do'stlaringiz bilan baham: |