“Keçirici metallar və onların ərintilərini sadalayır”
Metalların fəza kristal qəfəsi nəyə deyilir?
Bərk cisimlər daxili quruluşuna görə hansı qruplara bölünür?
Kristal quruluşu olan cisim kimi metalların hansı xarakterik xassələri vardır?
Daxili quruluşuna görə kristal cisimlər amorf cisimlərdən nə ilə fərqlənir?
Kristalların anizotrop xassələri nə ilə izah edilir?
Hansı metallara nəcib metallar deyilir?
Lehim materialı kimi gümüşdən hansı birləşmələrdə istifadə edilir?
Ərinti nədir?
Komponentlər neçə yerə ayrılır?
Qalayın faizlə miqdarı tuncun xassələrinə necə təsir göstərir?
Hansı məqsədlə qalaylı tuncların tərkibinə sink, qurğuşun və fosfor əlavə olunur?
Kimyəvi tərkibinə görə tunclar neçə yerə ayrılır?
1.3.1. Metalların mexaniki, kimyəvi, elektrik xassələrini fərqləndirir
Metalların mexaniki xassələri.
Metalların mexaniki xassələri metal materialların xarici qüvvələrə (yüklərə)
müqavimət göstərmək qabiliyyətinə deyilir.
Bu xassələr metallardan müxtəlif xarici yüklərə dağılmadan uzun müddət davam
gətirən detal və mexanizmlərin hazırlanmasında istifadə etməyə imkan verir.
Müxtəlif metalların və xəlitələrin bu xassələri müxtəlifdir. Bu xassələr onların kimyəvi tərkibi, istilik və
mexaniki emal üsulları, işçi temperaturu və məmulatları işləyərkən baş verən mexaniki təsirlər ilə
müəyyən edilir.
Metal materialların mexaniki xassələrinə möhkəmlik, bərklik, plastiklik, elastiklik, özlülük,
kövrəklik, yoğunluq və yeyilməyədavamlılıq aiddir.
Möhkəmlik – materialların dağılmadan xarici qüvvələrə qarşı müqavimət göstərmək qabiliyyətidir.
Elastiklik – deformasiya əmələ gətirən xarici qüvvələrin təsiri kəsildikdən sonra materialların öz əvvəlki
formasını və ölçüsünü bərpa etmək qabiliyyətinə deyilir.
Plastiklik – xarici qüvvələrin təsiri altında materialın dağılmadan öz forma və ölçülərini dəyişmək və
xarici qüvvələrin təsiri kəsildikdən sonra deformasiyasını saxlamaq qabiliyyətinə deyilir.
Metal və ərintilərin texniki xassələri onların əsas xarakteristikası olduğuna görə bu xassələri sınaq
üsulu ilə təyin etmək üçün zavodlarda xüsusi laboratoriyalar təşkil edilir.
Bərkliyə sınaq zamanı detallar dağılmır ki, bu da böyük əhəmiyyətə malikdir. Metalların bərkliyini
təyin etmək üçün müxtəlif metodlar vardır. Sınaq metodu sınaqdan çıxarılacaq metalın bərkliyindən,
onun qalınlığından, sınaq səthinin ölçülərindən və məmulatın formasından asılı olaraq seçilir.
Metalların bərkliyini təyin etmək üçün aşağıda göstərilən metodlardan geniş istifadə olunur:
a)
polad kürəciyi batırmaqla (Brenell metodu);
b)
almaz konusun və yaxud kiçik diametrli polad kürəciyin batırılma dərinliyinə əsasən (Rokvell
metodu);
c)
almaz piramida batırmaqla (Bikkers metodu).
Mexaniki sınaqlar aşağıdakılardır:
Statik sınaq zamanı metal nümunəyə və ya detala təsir edən yük sabit qalır və ya tədricən artır.
Dartılmaya statik sınaq üçün nümunələr
Do'stlaringiz bilan baham: |