Azerbaycanda dinlerin bir birini evezlemesi



Download 17,4 Kb.
Sana21.12.2022
Hajmi17,4 Kb.
#893623
TuriQaydalar
Bog'liq
multi serbest is fidan 3


Azerbaycanda dinlerin bir birini evezlemesi
Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütün və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir sistemidir.
Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir.Dinləri səmavi və qeyri-səmavi olmaqla iki qrupa ayırırlar. Səmavi dinlər, adından bəlli olduğu kimi Allah tərəfindən mələklər vasitəsilə peyğəmbərlərə göndərilən vəhy mənbəyidir. Bunlara haqq dinlər də deyilir. Bir sözlə, xristianlıq, yəhudilik və İslam dini haqq dinləridir.
Qeyri-səmavi dinlər isə Allah tərəfindən göndərilməyib, insanlar arasında təşəkkül tapan dinlərdir. Bunlara misal olaraq buddizm, zərdüştlük və şintoizmi göstərmək olar. Müasir dövrdə Yaponiya, Çin, Hindistan, Tailand buddizmin yayıldığı ölkələr sayılır. Zərdüştlük bir vaxtlar Azərbaycan, İran, Orta Asiya və Hindistanda geniş yayılmış bir din olmuşdur. Şintoizm köklü yapon dinidir və bu günədək beləcə qalmaqdadır
İslam dininə görə ilk insan Həzrəti Adəm eyni zamanda ilk peyğəmbərdir. Hz Adəmdən Hz İsaya qədər bütün peyğəmbərlər insanlara Allahın birliyini və ona necə ibadət ediləcəyini təbliğ etmişlər. Mənbələrə görə səmavi dinlərdən yəhudilik Hz Musa, xristianlıq isə Hz İsa tərəfindən insanlara çatdırılmışdır..
Hazırda dünya əhalisinin təqribən 1,2 milyardı islam dininə etiqad edir. İslam dini səmavi dinlərin sonuncusu hesab olunur və Allah tərəfindən göndərilən peyğəmbərləri və kitabları təsdiq edir. İslam sülh, barışıq, bərabərlik və yardımlaşma dinidir.
Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan dünyəvi dövlətdir. 2015-ci ilin statiskalarına görə Azərbaycan əhalisinin 93.4 %-i müsəlman, 3.1 %-i xristian, 3 % isə hər hansı bir dinə bağlı deyildir. Yerdə qalan 0,5 %-ə isə digər dinin mənsubları aiddir. Azərbaycan Respublikasının ərazisində dövlət tərəfindən rəsmi qeydiyyatdan keçmiş 500-dən çox dini icma fəaliyyət göstərir.
Ötən illər boyu bu dəyişikliklər heç də birmənalı qarşılanmamış, bir çox durumlarda ziddiyyətli olmuşdur. Əksəriyyət kommunist ideologiyasının əsassız olduğunu görmüş, mənəvi yaşamlarını dəyişdirərək, çeşidli dinlərə üz tutmuşdur. Məsələ burasındadır ki, Sovet sistemi dinlərə qarşı ateizm siyasəti aparırdı.Din çox vaxt xalqın adətləri və milli dəyərləri ilə qarışıq şəkildə təqdim edildiyindən ona qayıdış mədəni və əxlaqi köklərimizə dönüş kimi dəyərləndirilmişdir.
Dinə dönüş proseslərinə Azərbaycandakı dayanıqlı olmayan hərbi-siyasi durum da öz təsirini göstərmişdir. Ermənistanla savaş, çoxlu sayda qurbanların verilməsi və qaçqınların ortalığa çıxması ilə sonuclanmışdır. Elə bu olaylar da dinə meyilliliyə yol açmışdır. Çünki bu kimi ekstremal durumlarda bir çox insanlar faciələrin nədən yaranmasının köklərini arayaraq, bunların səbəblərini özlərinin və toplumun günahkar olmasında görürlər. Belə duyğular isə onları xilasın dində olduğu fikrinə gətirib çıxarırdı.
Azərbaycanın ənənəvi xristian kilsələrindən biri Rus Pravoslav Kilsəsidir. Onu təmsil edən ən böyük və nüfuzlu qurum Bakı və Azərbaycan Yeparxiyasıdır. Ölkəmizdəki pravoslavların sayı müsəlmanlardan sonra ikincidir. Son zamanlar respublikada bir çox köhnə pravoslav kilsəsi təmir olunub ibadət üçün açılmışdır.
Rus Pravoslav Kilsəsinin və digər pravoslav kilsələrin yüksək nümayəndələri vaxtaşırı Azərbaycana gəlir,onların ölkə başçıları və müsəlman xadimləri ilə çox Respublikamızda katolik və lüteranlar azlıq təşkil edir.Lüteranlar yığıncaqlarını Rusiya imperiyası dönəmində paytaxtımızda inşa edilən Kirxada keçirirlər. Bundan başqa, vaxtilə böyük alman icmasının yaşadığı Göygöl rayonunda da tarixi lüteran kilsəsi təmir edilmiş, ibadət üçün açılmışdır. Katoliklər üçün isə Bakıda kilsə ucaldılmışdır. Onlar, həmçinin kimsəsizlər üçün ev də saxlayırlar.yaxşı münasibətləri vardır. Azərbaycanda yaşayan pravoslavların fəaliyyəti ölkə qanunvericiliyinə tam uyğundur.
1994-cü ildə Ermənistanla atəşkəs anlaşması bağlanandan sonra Azərbaycan onu bürümüş dərin böhrandan çıxmağa başladı. Bu yeni durumda xarici ölkələrdən gəlmiş missionerlər Azərbaycan əhalisi arasında genişmiqyaslı açıq təbliğata başlamışdılar. Xüsusilə Qərb ölkələrindən gəlmiş çeşidli protestant kilsələrinin dəvətçiləri Bakı, Gəncə və başqa şəhərlərdə öz yığıncaqlarını keçirmiş, bu məqsədlə geniş konsert zallarını icarəyə götürmüş, orada dualar, moizələr və dini məzmunlu mühazirələr oxumuşdular.
Həmin dövrdə xaricdən ölkəmizə gəlmiş xristian-protestant mühazirəçilər və din xadimlərinin səyləri nəticəsində dini təriqətlərə çoxlu adam cəlb edilmişdi. Bir çox dini dəvətçilər kəndlərdə, eləcə də sadə insanların yaşadıqları yerlərdə evləri icarəyə götürərək xalqla ünsiyyətə girib, orada təbliğat aparmış, gəncləri öz təriqətlərinə cəlb etmişdilər.
Rəsmi rəqəmlərə görə, müsəlmanlar ölkə əhalisinin 93-96 % təşkil edirlər. İslam dini təkcə ibadət ediləcək inanclar sistemi deyil, həm də Azərbaycan xalqının mədəniyyətinin tərkib hissəsidir.
Azərbaycan əhalisinin İslamın hansı qollarına aid olması barədə son zamanlarda heç bir dəqiq statistika aparılmamışdır. Buna görə, Azərbaycan müsəlmanlarının 85%-nin şiə, 15%-nin sünni olduğu güman edilir. Bununla belə, Azərbaycanda sekulyar (dünyəvi) prinsiplər üstünlük təşkil edir. Buna görə, vətəndaşların böyük çoxluğu öz gündəlik həyatlarında İslam ehkamlarını tətbiq etmir və müsəlman təriqətlərinin arasındakı fərqlərə varmır. Beləliklə, Azərbaycanda şiə-sünni bölgüsü çox vaxt formal xarakter daşıyır.
Müstəqillik illərində Azərbaycanda Bakı İslam Universiteti kimi daha bir böyük tədris ocağı açılmışdır. O QMRİ-nin nəzdində fəaliyyət göstərir. Bu universitetdə 2 fakültə İslamşünaslıq və Şəriət fakültələri vardır. Onun həm də ölkənin başqa şəhərlərində filialları vardır.
Pravoslavlıq Azərbaycana XIX əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi "köçürmə siyasəti" çərçivəsində nüfuz etməyə başlamışdır. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə başlamışdır.
Rus pravoslav kilsəsində baş verən parçalanmanın ağır nəticələrindən sığortalanmaq üçün sektant xristianların Qafqaza sürgünü başlanır. Azərbaycanda ilk rus köçkünləri 1834-cü ildə Şamaxı qəzasında Altı-Ağac kəndini, 1838-ci ildə Lənkəran qəzasında Vel kəndini, 1842-ci ildə Yelizavetpol quberniyasında Borisı - Ruslar, 1844-cü ildə isə Slavyanka kəndlərini salırlar. 1868-ci ildə Bakı quberniyasının ərazisində 21 sektant kəndi var idi ki, burada 13 min sektant yaşayırdı. Hazırda Qəbələ rayonunun Nic kəndindəki kilsənin də bərpası davam etdirilir.
XX əsrin sonundan Azərbaycanda protestant xristianlığın yayılması vüsat alır, bir sıra protestant içmalar fəaliyyət göstərməyə başlayırlar. Bu fəaliyyət bu günə qədər davam edir. Müasir Azərbaycanda yaşayan xristanların sayı təxminən 200.000 nəfərə yaxındır və onlar ümumi əhalinin təxminən 2%-ni təşkil edirlər. Azərbaycanda xristianlığa etiqad edənlər əsasən rus, ukrain, yunan, gürcü və belarus millətinin nümayəndələridir.
Azərbaycanda yaranıb yayılmış xürrəmilik, məzdəkilik, hürufilik kimi dini cərəyanlar da zərdüştilikdən qidalanıblar. Zərdüştilərin Tanrı bəxşişi hesab etdikləri əsas müqəddəs ünsürlər Su, Od, Torpaq, Hava və Qauş-Urvan-öküz ruhu idi. Bu kultlara müvafiq ilahlardan başqa müxtəlif təbiət qüvvələri ilə bağlanan ilahlar – Göy, Torpaq, Günəş, Ay, Külək və s. ilahları da var.
Download 17,4 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish