AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Download 6,8 Mb.
bet1/4
Sana21.03.2017
Hajmi6,8 Mb.
#5004
  1   2   3   4
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ

əl yazması hüququnda
İbrahimova İlahə Nihad qızı

Moda dəyərinin strukturunun tədqiqi”

İxtisasın şifri və adı: 050321 - “Dizayn”

İxtisaslaşma: “Dizayn və texniki estetika”

Elmi rəhbər : prof.Vəliyev F.Ə.

Magistr proqramının rəhbəri : prof.Vəliyev F.Ə.

Kafedra müdiri : s.ü.f.d. Məmmədova L.H

Bakı – 2016

Dissertasiya işinin referatı
Mövzunun aktuallığı. Azərbaycan və digər xarici ölkələrdə yaranan geyimlər tərzləri və yaşama uyğun formalaşması. Bəhs olunan mövzularda adı gedən gənc modelyer kimi özüm və işlərim haqqında bəhs etdim. Azərbaycan milli geyimləri və Avropa geyimləri artıq stilizə olunmuş yenilikləri ilə gündən günə canlanmışdır.

Lakin bəzən geyimlərin ornamental xüsusiyyətləri tam dərk olunmamış ciddi araşdırmalar aktual olmamışdır. Burada bəhs edilən mövzular insanlar arasında günümüzün ən önəmli mövzularındandır.



Tədqiqat işinin məqsədi. Hazırlanmış dissertasiya işində moda da olan ən əsas təcrübələr və yeniliklər araşdırılmışdır:

  1. Modanın bəzi səciyyəvi xassələri

  2. Azərbaycan və Avropada modanın meydana çıxması 

  3. Azərbaycan geyimlərində baş verən dəyişiklərin araşdırılması və təhlil edilməsi

  4. Moda üzrə ayrıcalıqda öz sözünü demiş ölkələrdən biri olması üçün irəli sürülən təkliflər.

  5. Geyimin layihələndirilməsi

  6. Moda hal – hazırda bir çox maraqlı faktorları birləşdirən , qədim zamanlardan insan üçün təsirli bir məfhumdur.

Elmi yenilik. Yazdığım magistr dissertasiya işimdə Milli etnik geyimlərin müasir dövrdə qəbul edilməsi və tətbiq edilməsi. Məhz moda sahəsində hər il yenilənən dəb elmdə də artıq öz dəsti xəttini yaratmışdır.

Dissertasiya işinin təcrübi əhəmiyyəti. Burada yazılan araşdırmalar nəticəsində Azərbaycan moda fəaliyyəti üzrə inkişaf etmişdir. Başlıca səbəb isə butik kimi fəaliyyət göstərən moda evləri.

Dissertasiyada əldə edilən nəticələr həmçinin Azərbaycan Dövlət Iqtisad Universiteti “Texnologiya və Dizayn” fakültəsinin həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Geyim dizaynı” fakültəsinin diplom müdafəsində istifadə etmək olar.



Dissertasiya işinin strukturu. Diplom işimin adı: “Moda dəyərinin strukturun tədqiqi”. Dissertasiya üç fəsildən ibarətdir.

M Ü N D Ə R İ C A T

Səh
GİRİŞ..........................................................................................................................5
FƏSIL I. GEYİM XIX – XX ƏSRDƏ DÜNYA SFERASINDA

1.1. XIX əsrdə Avropada geyim formalarının təsnifatı...............................................8

1.2. XIX əsrdə Azərbaycan geyimləri və xüsusiyyətləri...........................................17

1.3. II Dünya müharibəsindən sonrakı dövrün moda üslubu.....................................21

1.4. Dünyada yaranan ən dəbdəbəli geyim üslubları …............................................27
FƏSIL II. MODANIN STRUKTURU VƏ TƏDQİQİ

2.1. Moda ictimai və psixoloji fenomen kimi............................................................33

2.2. Orta əsrlərdə modanın inkişaf tarixi...................................................................36

2.3. XVII əsr geyim üslubları və moda anlayışı........................................................39

2.4. Moda dəyərlərinin komponentləri......................................................................43
FƏSIL III. MODANIN MÜASİR  HƏYATDA ROLU VƏ BƏZİ XASSƏLƏRİ

3.1. Modanın bəzi səciyyəvi xassələri.......................................................................49

3.2. Geyimin layihələndirilməsi və bədii sistem növləri...........................................55

3.3. Azərbaycan modası və bu sahədəki nailiyyətəri.................................................63

3.4. Müasir dövrdə moda dəyərlərinin nizamlanma mexanizmi...............................68
NƏTİCƏ VƏ TƏKLİFLƏR....................................................................................72

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI..............................................78

GİRİŞ
İnsanlar qədim zamanlardan geyimi artıq düşünülmüş geyinirdilər. Geyimə təsir edən bəzi ünsürlə və hadisələr var idi. Müharibələr, din xadimlərinin görüşləri və bəzi mühüm hadisələr modanın ləngiməsinə səbəb olurdu. Modanı bəzən cəmiyyət məcburi insanları dəyişikliklərə məcbur qoyan müvəqqəti yenilikdə adlandırırdılar. Lakin yaranan cərəyanların bəziləri uzun müddət davam edib tarixi kök salmışdır. Geyimin tarixi sivilizasiyası, əxlaq anlayışları iqtisadi vəziyyətləri araşdırmalar nəticəsində ortaya çıxmışdır. Moda hər dövrdə bir cür olub. Bəzən adətə çevrilərək uzun zaman davam edib, bəzən isə tamamiylə sıradan çıxmışdır. Modelyerlər arasında ən aktual problemi isə milli geyimləri müasir geyimdə tətbiq edib insanlar arasında uzun müddətli dəbə çevirmək idi. Modanın qorunub saxlanılması üçün həmin dəbin bünövrəsinin olmağına və elmi – tədqiqatın əsaslarına ehtiyac duyulurdu.

Azərbaycan geyimlərinin Avropada nümayişi çox zaman milliliyi və dəb – dəbəli görüntüləri ilə mətbuatda geniş yer tuturdu. Dövlətimizin hər yöndə sürətlə inkişaf etdiyi zamanda dünyada moda üzrə də tanınması nailiyyətimizdir. Dünya səviyyəli təşkil olunan tədbirlər artıq gündən – günə artır. Burada nəinki xaricdən gələn modelyerlər hətta yerli modelyerlərimiz işidə onlardan geri qalmırdı. Daima bizim etnik mədəniyyətimizi təbliğ etməyə çalışan modelyer – rəssamlar əsasən geyimlərində ornamentlərdən və etnik motivlərimizdən istifadə edirdilər. Dünyaca məşhur dizayner modanın mərkəzi olan İtaliyadan gələn Renato Balestrandır. Bakıya 2014 – cü ildə gələn modelyer öz geyim kolleksiyasını Heydər Əliyev Mərkəzində nümayiş elətdirdi. O öz kolleksiyasıni təqdim etməklə Azərbaycan cəmiyyəti üçün qeyri – adi gecə yaşatdı. Geyim kolleksiyasında öz dəsti xətti olan dizayner geyimlərinin satışınıda məhz Azərbaycan da gerçəkləşdirdi. O, yerli dizaynerlərimiz ilə görüş təşkil edərək öz məsləhətlərini fikirlərini və modanın özəl xüsusiyyətlərini danışırdı.

Həmin moda gecəsində məşhur model İrina Şeyk də dəvət olunmuşdur. Qonaqlar arasında sənət adamları, mətbuat işçiləri və xarici jurnalistlər də iştirak edirdilər.

Modelyerin bizim milli motivimiz olan “ Nar “ dan istifadə etdiyini geyimlərdə görmək mümkün idi. Əslində isə R.Balestranın Azərbaycana gəlişi Şərq modası ilə Avropa geyimini birləşdirərək yeni cərəyan yaratmaq idi. Nar motivinin açıqlanması bərəkət, bolluq, məhsuldarlıqdır.

XXI əsrdə dünyada keçirilən moda tədbirlərinə qatılan Azərbaycanlı modelyerlər geyim kolleksiyalarını məhz burada tanıdaraq dünya modasına göstərirdilər. Maraqla qəbul edilən bu modellər bəzən xaricdə satış üçün də təkliflər gəlirdi.

Dissertasiya işində Azərbaycan milli geyimlərinin dəbdə olması, gündəlik geyimlərin, idman üslubu haqqında geniş məlumat verilib. Hətta qədim zamanlardan Azərbaycan da olan ipəkçilik və dövrümüzün parça istehsalı da öz mənşəsini qorduğu dövrlərdən də bəhs olunur.

Burada araşdırılan məsələlər aşağıda qeyd olunub :


  1. Moda dəyərlərinin komponentləri

  2. Modanın yaranmasında əsas bəlkədə başlıca səbəb parça

  3. Geyimin layihələndirilməsi

  4. Azərbaycan modası və bu sahədəki nailiyyətəri

  5. Müasir dövrdə moda dəyərlərinin nizamlanma mexanizmi

Arxiv sənədlərin yığılması ilə tədqiqat informasiyaları işlənmə metodları araşdırılmışdır. Bazada olan moda haqqında məlumatlar yaranmış geyimlərin təkamül dövrlərindən xəbər verir.

Azərbaycan da inkişaf edən moda Avropa etnik xüsusiyyətləri mənimsəyərək qavramışdır. Hətta yaradılan kolleksiyalarda milli motiv ilə sintez olunan Avropa stili çox qeyri fərqli podium geyimlərinə çevrilmişdir. Modanın özünə məxsus qanunauyğunluqları, xüsusiyyətləri, bölümləri vardır. Bəzən sadə əhali istifadə etdikləri geyimlərin podiuma aid olduğunu bilmirdilər. Bunu anlayan moda insanları dəbə aid jurnalların istehsalına başladılar. Moda jurnalları tirajla satışa çıxarıldı demək olar ki satışı digər jurnallara baxdıqda iki dəfə çox idi. Buna səbəb isə qadınların modaya olan maraqları idi. Bu cür jurnalların içərisində gündəlik geyim formaları təqdim olunurdu. Ziyafət geyimləri ilə podium geyimləri arasında olan fərq artıq başa düşülürdü. Lakin qadınlar üçün moda təsəvvür etdiyimizdən də çox həyatlarını bürümüşdü. Qəbul edilən tək şey isə əvvəllər insanlara qoyulan sərt kəskin düşüncənin artıq olmaması idi.

XIX - XX əsrdə Azərbaycan modasının estetetik və bədii xüsusiyyətləri araşdırılaraq müasir şəraitdəki istifadəsi haqqında geniş məlumat toplandı. Tədbirlərin kompleks tədqiqi dissertasiyanın elmi yeniliyi hesab edilə bilər. Dissetasiyada olan bəzi təklif və nəticələrdən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “geyim dizaynı” fakültəsinin həm də Azərbaycan Dövlət İqtisad Universitetinin “dizayn texniki estetika” fakültəsində istifadə oluna bilər. Buradakı araşdırnalar hətta moda evlərində (butik) belə keçilən mühazirələrdə oxuna bilər.

Dissertasiya işlərinin qanunlarına uyğun yazılan bu formada üç fəsild, referat, istifadə olunan ədəbiyyat siyahısı və nəticə təkliflərdən ibarətdir.



FƏSİL I. GEYİM XIX – XX ƏSRDƏ DÜNYA SFERASINDA

    1. XIX əsrdə Avropada geyim formalarının təsnifatı

Avropa əlbətdəki həmişə olduğu kimi bu dövrlərdə də geyimlərinə görə bir addım öndə idi. 1789 – 1794-cü illərdə Böyük Fransa inqilabı baş verən zamanlarında antik moda qadın geyimlərində inkişaf edirdi. Təxminən inqilab baş verən illərin əvvəllərində qadın kostyumlarını kişi dərzilər tikirdilər. Bu geyimlər əsasən yun parçalardan hazırlanırdı və “portonovski” deyilirdi. Kostyumlar formaca qadın yupkasını və kişi frakını xatırladırdı. O zamanlar baş örtüyünə yəni papağa üç rəngli lent taxılırdı. İnqilab tərəfdarı olduğuna işarə idi bu cür geyinmək. Bu insanlar tərəfindən normal qəbul edilən vaziyyət idi. Həmin dövrlərdə qadınlar əsasən sadəliyə üstünlük verirdilər. Sadə don, köynək və sandal ayaqqabılar gündəlik tərzi idi qadınların. 1795 – 1799-cu illər də direktoriya dövrünü yaşayan fransız qadınları sadə geyimdə ilahəyə bənzəyirdilər. Burjua cəmiyyətində qadınların özünəməxsus maddi müvəffəqiyyəti var idi. Çətinliklər yaşanan bu dövründə moda tez – tez dəyişilərək yeni bir stil ilə əvəzlənirdi.

Zaman keçdikcə universal geyim formaları yaranırdı. Əsasən bankirlər, sahibkarlara uyğun yaradılmış sadə gündəlik geyim hesab edilirdi. Artıq demək olar ki, uniformaya bənzər geyimlər yaranırdı və dəb olurdu. Əvvəlki zamana nisbətən indi dekorativlik və rəngarənglik ləğv olurdu. Modanı dəyişməyə məcbur qoyan dövlətin başına keçən imperatorların bu yöndə rolları az olmurdu. Napoleonun özünü imperator etməsi artıq moda da özünü göstərdi. Digər imperatorlardan fərqli olaraq onun dövründə incəsənət yüksək qiymətləndirilirdi. Geyimlərdə Yunan və Roma xüsusiyyətləri özünü göstərirdi. İnsanlar arasında yaranan bu dəbə tarixdə “ampir stili” deyirlər. Günümüzün modası olan bel kəsiyinin yuxarıda olması məhz bu zamanlarda da moda oldu. Artıq moda jurnalları çıxırdı. Jurnalların əsas hissəsini Davidin əsərləri tuturdu. Paris modanın mərkəzi şəhəri olaraq qalırdı.

XIX əsrdə başlayaraq artıq Parisə də xəzlər gəlirdi (şəkil 1.1.). İlk dəfə xarici ölkədən gələn xəz paltolar çox baha idi. İmperiyada moda olan geyimlər indiki zamanda da sevilərək geyinilən dəb olaraq qalır. Müasirliyi özündə birləşdirən Fransız geyimlərinə inqilab təsir etmişdir. Nəinki orda digər ölkələrdə də öz təsirini qoymuşdur.


c:\users\ilaha\desktop\070c34530b9a2d6d52c077e453e27168.jpg

Şəkil 1.1. “Anteya Parmugianino” Xəz üst geyimi
Napoleonun həyat yoldaşı Jozefinin geyimləri üçün böyük məbləğdə pul ayrılmışdır. XIX əsrin birinci yarısında Jozefin gözəllik simvolu olmuşdur. Hətta bəzi mənbəələr onun çox gözəl qadın olduğunu söyləyir. Jozefin də digər xanımlar kimi dəbə uyğun geyinirdi. Yaranan yenilikləri sevə - sevə qəbul edirdi.

Bu zamanlar geyimlər həddindən artıq müasir geyimlər ilə birə birdir. Bel kəsimini yuxarıda olması və çox geniş açılmış çiyinə kimi olan dekoltelər dəb idi. Ağ geyimlər digər geyimlərə baxdıqda üstünlük təşkil edirdi. Məxməri parçalardan tikilən plaşların ön hissələri qısa quyruq hissə sallanan formada idi. Modanın dəyişən bir zamanda bel kəsimində olan hündürlük artıq öz normasına enmişdir. Hər zaman olduğu kimi bu dövrdə də qadınlar incə bel görünüşə daha çox üstünlük verirdilər. Gecə geyimləri qadınlar üçün çox özəl hesab edilirdi. 1832 – ci ildən artıq qabarıq formada olan geniş dekolteli ətəklər moda olmağa başladı. 1840 – ci ildə çox da dəyişiklik dövrü olmadı moda həyatında. Lakin digər illərə baxanda daha dar və belləri sıxan korsetlərdən istifadə artdı. Bu isə istifadə olunan korsetlərdən asılı idi. Çünki bəzən həddən artıq dar geyindiklərində özlərini daha xoşbəxt hiss edirdilər. Buna səbəb incə olmaqları daha gözəl anlamına gəldiyini göstərirdi. Bu dövrdə xanımlar gecə geyindikləri geyimlərə nisbətən gündüzlə daha qapalı olmağa tərcih edirdilər. Bu geyimlər koktel geyimi deyə adlanırdı. Gündüz geyinilən üst geyimləri ilə birgə aksesuar kimi xanımlar çətir, əlcək və yaxud şaldan istifadə edirdilər. Daha heyrətamiz görüntü ortaya çıxarırdı. 



Napoleonun sarayında çalışan qadın dərziləri romantikanı nəzərdən keçirərək ətəyi daha da qabarıq göstərən onun dik qalmasına yardımcı olan “crinoline”i ixtira etdilər. Daha aydin desək qabarıq ətək yarandı. Krinoline sərt parçadan yəni daha şax materialdan düzəldilmiş qabarıq ətəkli qadın geyimi olmuşdur.(şəkil 1.2.)

c:\users\ilaha\desktop\277px-uspatent42677_1864.gif

Şəkil 1.2. “Crinoline”
Paltar konus formasında idi. Lakin dövrümüzdə bu geyim getdikcə istifadəsi az olmağa başlayırdı.  Əksər xanımların ürəyincə olan bu krinolin bəzən xanımlara əyləşərkən maneçiliklərdə törədirdi. Krinolin sərt parçadan tikilərək arasına metal halqalar tikilirdi. Paltarlar artıq konus formasında tikilirdi. Bu cür geyimlər gündəlik geyim kimi nəzərdə tutulmamışdır. Yalnız saray məclislərində, aristokratların özəl gecələrində geyinilən geyim idi. Lakin demək olmaz normal qarşılandığı çünki görünüşcə həddindən artıq kobud görünürdü. 1869 – cu ildə hətta şahzadə Viktoriya və şahzadə Meterniçin yeni bir dəbin yaranmasına səbəb olmuşlar (şəkil 1.3.).

c:\users\ilaha\desktop\b32f89c4c7ccb94a4d8231d76abda7be.jpg

Şəkil 1.3. Şahzadə Viktoriya
Çünki onlar krinolini çox qabarıq, qəribə hesab edirdilər. Yarana dəb artıq fərqliliyi ilə göz önündə idi. Burada geyimin arxa hissəsində qıvrımlardan hazırlanmış qatlar yerləşdirilirdi. Geyimi dahada gözəl edən isə şlef olurdu. Bəzən sadə meydana gələn geyim getdikcə dahada şişirdilirdi. Məhz bu dəb 1870 – ci ildə öz sadəliyini itirdi. Qollar uzun və dardır bəzək bilək hissədə düymələr krujevalarda olurdu. Bədənin önü düymələrlə və ya atlas iplərlə qapanırdı. Ən əsası isə dəbdəbəli uzun quyruqlu geyimlərin üstündən sadə klassik pencəklər geyinilirdi. İstifadə olunan gödəkçələrin içəriləri artıq astarla örtülürdü.

Əvvəllər moda olan kəmərlər yenidə dəbdəydi. 1893 – cü ildə bədən forması dahada incəlirdi. Qadınlar arasında geniş yayılmış kişi köynəkləri dik və sərt yaxalı idi. Bu dövrdə geyinilən dəniz paltarlarının da özünə məxsus modası var idi. Qapalı yaxa, beli dar ətək və topuğa qədər olan şalvarlar dəb olmuşdur. Krinolini əvəz edən sadə tə qatlı daxili ətəklər meydana gəldi. Pambıqdan hazırlanan korsetləri qadınlar artıq gündəlik istifadə edirdilər. Tikilən qadın donlarının qolları yuxarıdan dar aşağı hissəyə gəldikcə daha da genişlənmiş forma da idi.  Həmin bu dövrlərdə meydana gələn fiqarolar artıq indiki zamanda sıradan çıxmış vəziyyətdədir. Düşünmək bəzən xeyirədir çünki nə vaxtsa heç dəbdə olmayan hündur bel şalvarlar artıq meydana gəlirdi. Hətta zamanın artıq gündəlik rahat geyiminə çevrildi demək olar. Məhz 1820 – ci illərdə geyimlər dəyişilirdi. Korsetlər yenidən dəb oldu və geyimlərin üstdən taxılırdı. Bəzən isə korseti qalın kəmərlər əvəz edirdi. Bu cür geyim qadınları daha incə göstərirdi. Qol formasını qoyunun ayaq nahiyəsinə bənzədən əhali ona 1825 – ci ildə “qoyun budu” adlandırırdılar. Adı çəkilən qolun yuxarıdan biləyə gələn hissə büzməli, bilək hissə isə kip olurdu. XIX əsrdə qol formaları daha enli trapes formalı idi. Şlyapaları dizaynerlər zövqlərə uyğun olaraq bəzəyirdilər. Bəzən üzərilərinə tüklər bəndlənirdi ki buda qeyri – adilik verirdi baş geyiminə. Şlyapalarda olduğu kimi əlcəklərdə artıq aksesuarlarla qeyri adi formaya gətirilirdi. Qadınların saç düzümləri fərqli olduğu qədər həm də aksesuarlar, güllər və mücəvhərlər taxırdılar. Çətirdə geyimi tamamlayan aksesuarlardan biri hesab edilirdi. Chanel modeli xatırladan çantalar velvet və dəri parçalardan tikilirdi. Gümüşü və qızılı zəncirlər isə çantanın asılqanı idi. Qadınlar gecə geyimləri zamanı əsasən uzunqol əlcəklər geyinirdilər. Əlcəklər biləyə qədər olduğu zaman bu artıq demode hesab edilirdi. Napoleonun dövründə daş – qaşlar demək olar həddindən artıq dəb idi onun imperatorluğundan sonra daha da şişirdilmiş oldu. Yunan stili hələdə əhali arasında qalmışdı. Bu stil qolbaqlar, taclar, sırğalar hələdə dəbdə idi. Amerikaya Avropadan keçmiş bər – bəzəkləri qadınlar nəinki gecə mərasimlərə hətta gündəlik həyatlarında da istifadə edirdilər. Nəzərdən keçirtsək görərik ki indi bu stil gündəmdə olduğu qədər geniş istifadə kütləsinədə malikdir. İndiki zamana baxsaq görərik ki cavanlar demək olar ki bu stili dahada fərqli vəzyətə gətirdiklərini düşünürlər lakin tarix artıq bunu göstərirki keçmiş stil geri qayıdır. Qadın papaqları bu dövrdə uşaq papağı formasında olub çənənin alt hissəsindən bağlanırdı. İstifadə edilən daş-qaşlarda da dəyiçikliklər olmuşdur. Qollu geyimlərin bir qismi ləğv olunmuşdu. Bu dövrdə yeni cərəyan artıq özünü biruzə verirdi. Beləliklə, boyun hissədə heç bir aksesuardan istifadə olunmurdu, üzüklər, bilərziklər isə geyimin üzərinə taxılırdı. Şərq qadınlarının baş örtüyü olan türban artıq burada moda olmağa başlayırdı. Materialı velvetdən olub hər cür rəng tonlarında olurdu. Türban - qadınlar üçün baş örtüyüdür. Topuz saç bu dövrdə yaranmış və dəb olmuşdur. Saçlar daha sadə yığılırdı. Bəzən yığılan saçın üzərinə tor keçirilirdi. Buda dövrə görə moda idi qadınlar üçün. Yığılan topuz saçlara öndən üzə tökülən tel daha da fərqli görünüş verirdi. 1820 – ci ildə şalvarlar yerə kimi uzanır sadə qabaqdan düymələnən köynək üzərinə salınırdı. Bu stil sadə və rahat olduğu üçün tez bir zamanda Avropaya yayıldı (1800 – 1815). Geyinilən qış geyimləridə modaya uyğunlaşdırılırdı. Belə ki, paltoların kəsimləri sərt formada idi öndən qısa arxadan isə dizə qədər olan bu modelləri xanımlar sevərək geyinirdilər. Yaxa hissə isə dik vəziyyətdə olub çiyin hissələr daha dolğun olurdu. Bu dövrdə olan kişi geyimlərinində özünə məxsusluğu var idi. Beau Brummel həmin dövrün ən dəbli geyinənlərindən idi (şəkil 1.4.).

c:\users\ilaha\desktop\gcm beau_brummel_01.jpg

Şəkil 1.4. Beau Brummel

Bəzən insanlar düşünürdülər ki kişi modası çox sadə və sıradandır. Əslində bu moda qadınların modasına baxdıqda daha uzun sürür. Əvvəllərdə olduğu kimi bu dövrdə də kişilər üçün geyim aksesuarı qalstuk, çətir idi. Lakin indi artıq bunlar dəb olmadığı üçün demək olar əsas aksesuar saatdır. Beau Brummelin stili bizə bir anlıq drijor kostyumunu xatırlada bilər. Napoleounun dövründə dəb olan ağ rəng artıq sıradan çıxırdı. Təbii olaraq çünki artıq onunda hakimiyyətinin sonu idi. Və məxməri və naxışlı parçalar da dəbdən kənarda qalırdı. Pariklər, şlyapalar da süquta uğramağa başlamışdı.

Bu dövrdə artıq kişi geyimi olan “dendi” dəbdə idi. Dendi – sadə, ideal, yaşıl, göy, boz, qəhvəyi tonlarda olan dəbli kişi geyimləri idi. Bu cərəyan İngiltərədə yaranmış və bir müddət sonra Avropada geniş yayılmışdır. Bəzən sadə olduğu qədər bahalı olan geyimlərdə moda olurdu. Dendi məhz bu cür idi sadə ama bahalı. Kostyumlar sadə olduğu üçün modelyerlər düşündülər ki geyimdə hər hansı bir aksesuar aksent olmalıdı. Dendi geyiminin aksenti qalstuk idi. Aksent sözünün mənası geyimdə ilk gözə çarpan hissə deməkdir. Demək olar dendi keçmişin brendi sayılırdı. Həmin dövrlərdə olduğu kim indiki modanın mərkəzi şəhərləri adlandırmaq olar.

Həmin dövrdə özünə fikir verən kişi gün ərzində bir neçə dəfə köynəyini dəyişməli idi. Qadın modası bu dövrdə hələ ampir cərəyanı ilə irəliləyirdi. Kişi geyimləri sadə və ciddi hakim mövqeyində idi. Kostyumların alt hissəsində geyinilən jiletlər fərqli rəngdə olurdu. Rənglərin bir birinə uyğunluqu əsas hesab edilirdi.  Materialı isə məxməri olmalı idi. Bir zamanlar paltonu feodallar geynirdisə artıq indi əhalinin böyük qismi geyinə bilərdi. Hətta cavan oğlanlarda artıq palto geyinə bilərdilər. Dendi geyimində üst pencək sadə parçadan , jilet güllü ya damalı parçadan tiklirdi. Qalstuk səliqəli bağlanmalı sərt olmalı idi. O zamanlar hər kəs əyində qalstuk bağlamağı bilirdi. Və ən önəmlisi gecələr ağ qalstuk taxan bəylə gündüzlər ağ qalstukdan istifadə edirdilər. Yalnız o zamanlar moda olan bu düşüncə demək olar ki yaşadığımız zamanda təkrarlanmayıb. O vaxt ki deyimlərə görə romantik kişilər əsasən qara qalstuk taxırdılar.

Artıq qadın geyimləri dəyişkənlik dövrünü yaşayırdı. Əvvəllər uzun geyinilən ətəklər bir az qısalaraq paltarın bədən hissəsi daha kip otururdu əyində. Qadın köynəkləri yarandı. Paltarların dar olmağına baxmayaraq korsetlərdən hələdə istifadə olunurdu.

Dərin dekolteli paltarlar qadınların boyun və baş hissələrini daha uzun göstərirdilər. Dekolte çiyinnən aşağı düşmüş formada olurdu. Lakin bu dəbdə uzun çəkmədi 1830 – cu illərdə dekolte tamamiylə aradan qalxdı. Paltarlar bir az daha darlaşdı. Tumanlar zaman keçdikcə daha qısa hala gəlirdi. Gündəmdə olan məxməri, güllü parçalarda demode hesab olunurdu artıq.

Mühəndis Timonye 1829 – cu ildə Parisə gələrək tikiş maşınını ixtira edir. Tikiş maşınının ixtirası artıq moda tarixi üçün böyük təkan sayılırdı. 1850 – ci ildə Krinolinlər yenidən məşhurlaşaraq ən yüksək səviyyəyə çatır. Lakin bu zaman krinolinlər formaca dəyişərək zəngəbənzər forma da olur, artıq sərt deyil yumşaq materiallı parçadan tikilirdi. Süni kriplinlər də bu dövrdə yarandı. 1867 – ci ildə dəbdən düşən krilonları insanlar geyinmək istəmədilər. Romantizm üslubunun hələdə qaldığı qadınların geyindiyi kip paltarlardan bilinirdi. Kişi kostyumları olduğu kimi qalmışdır. Dəyişən bəzi detallar dəbin dəyişilmədi demək deyildir. 1875 – ci ildən qadın geyimləri ki ciddi dəyişilərək kişi geyiminə oxşadılırdı. Bu artıq yeni cərəyanın başlanması demək idi. Bədənə kip oturan paltarlar artıq yoxa çıxdıqca onu “kollan” adli kip pencəklər əvəz edirdi. Kəşmir parçaların moda olduğu zamanda paltarların arxa hissələri boyunca uzanan şleflər hələdə qalırdı.

1.2. XIX əsrdə Azərbaycan geyimləri və xüsusiyyətləri
Artıq bəhs edəcəyimiz mövzu Azərbaycanın keçmiş modasından bəhs edəcək. Azərbaycanın çar Rusiyasının tərkib hissəsinə qoşulması ticarət - iqtisadi əlaqələrin inkişafını artırdı. Maddi – mədəniyyətin yüksək olduğu bu vaxtda cəmiyyət arasında ictimai qruplar, sosial – zümrələr xalq arasında özünü göstərirdi. Geyimlərdə sinfi təbəqələrə görə fərqli idi. Feodal geyimləri milli burjuaziya olan zamanda artıq köhnə dəbdən çıxaraq Avropa geyimlərini mənimsəyirdi. Lakin bu keçid sakit dəyişilmədi. Milli geyimin Avropa geyimi arasında olan mübarizəsi XX əsrin əvvəllərindən başlamışdır. Saraylarda gündəlik həyata milli geyinən feodal ailələrdə bu dəbdən çıxmağa başlayırdı. Avropa geyimləri mənimsəyərək tətbiq edirdilər. Lakin demək olmaz ki, milli geyim tamamiylə sıradan çıxmışdır. Bayram mərasimlərində milli dəb özünü göstərirdi. Bu cür yerlərə xanımlar milli geyinirdilər səbəb isə daha dəbdəbəli görünmək özəllik idi ( şəkil 1.5.).

Milli geyimlərin özünə məxsus xüsusiyyətləri var idi. XIX əsrlərdə Azərbaycan milli geyimləri həmin insanın hansı işlə məşğul olduğunu və hansı təbəqədən olduğunu göstərirdi. Peşə mənsubiyyətinə görə geyimlər qruplara ayrılmışdır. XIX əsrin geyimləri dövrün etnik qaydalarına tamlıqla əməl edirdi və geyimlərdə bu özünü açıq – aydın şəkildə biruzə verirdi.



c:\users\ilaha\desktop\68d6117d8386739a03973bf003b87fff.jpg

Download 6,8 Mb.

Do'stlaringiz bilan baham:
  1   2   3   4




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish