Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır



Download 21,93 Kb.
Sana26.08.2021
Hajmi21,93 Kb.
#156327
Bog'liq
referat 1320


Azərbaycan Dövlət İqtisad Universiteti

Sərbəst iş

Fakültə: Ümumi iqtisadiyyat
İxtisas: Qiymət və qiymətin əmələ gəlməsi

Kurs: 3
Qrup: 824
Fənn: Biznesin təşkili və idarəedilməsi
Tələbə: Günay Atalıyeva

Regionların sosial- iqtisadi inkişafı
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. Müstəqillik dövründən bu günə kimi ölkədəki mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik inkişaf dövrü.

Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümumimilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfatı sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkədə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli – Azərbaycan modeli yaranmışdır. İqtisadi inkişafın ikinci mərhələsində Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşdirilməsinin rəsmi bazası kimi bir çox irimiqyaslı siyasət sənədləri (konsepsiya, strategiya və proqramlar) qəbul olunmuşdur. Bunların sırasında ən vaciblərindən biri kimi də «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)» nı göstərə bilərik. Ölkədə mövcud olan sosial, iqtisadi, demoqrafik və digər problemlərin aradan qaldırılmasında bu qəbildən olan sənədlərin qəbul olunması böyük əhəmiyyətə malik idi. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2003-cü il tarixli “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında ” Fərmanı bu istiqamətdə atılmış mühüm addım olmuşdur. Məhz həmin Fərmandan irəli gələn məsələlərin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Dövlət Proqramının həyata keçirilməsini əlaqələndirmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyində Regional inkişaf şöbəsi – Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının Katibliyi yaradılmışdır.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” üzrə nəzərdə tutulmuş tədbirlərin ardıcıl və əlaqəli həyata keçirilməsi nəticəsində regionların tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, bölgələrdə sahibkarlığın, özəl sektorun yüksəlişi, ölkə iqtisadiyyatının neft amilindən asılılığının qeyri-neft sektorunun inkişafı hesabına aradan qaldırılması istiqamətində kompleks tədbirlər görülmüş, regionların müxtəlif makroiqtisadi göstəricilər üzrə xüsusi çəkisi artmış, iqtisadi potensialının səmərəli istifadəsinə nail olunmuşdur. Bölgələrdə sahibkarların və iş adamlarının fəaliyyəti üçün əlverişli mühit formalaşdırılaraq yeni istehsal və emal müəssisələri yaradılmış, ənənəvi məşğulluq sahələri bərpa olunaraq yeni iş yerləri açılmış və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda ölkə regionlarında iqtisadiyyatın inkişafını sürətləndirən tədbirlər, bununla bağlı dövlət siyasətinin və dövlət dəstəyinin əsas istiqamətləri müəyyən edilmişdir. Proqramın əsas məqsədi Azərbaycan Respublikasının rayonlarında mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı–ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına və daha da genişləndirilməsinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin, xüsusilə də gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsindən ibarətdir.

Ardıcıl və sistemli aparılan iqtisadi islahatların mühüm nəticələrindən biri dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması yolu ilə iqtisadiyyatı inkişaf etdirmək və əhalinin güzəranını yaxşılaşdırmaq olmuşdur. Görülən tədbirlər bazar iqtisadiyyatı şəraitində iqtisadi inkişafın regionlarda da həyata keçirilməsinə təkan vermişdir. Bu özünü regionlarda sosial-iqtisadi inkişafın stimullaşdırılmasında, əhalinin məşğulluğunun və sosial rifahının təmin olunması üçün aparılan tədbirlərdə göstərir.

Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasının rayonlarında mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluğun səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə nail olmaqdır.

Qarşıya qoyulan məqsədə çatmaq üçün Proqramda aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

- müəssisələrin istehsal fəaliyyətini bərpa etmək və yeni istehsal müəssisələri yaratmaq;

- yerli resurslardan istifadənin səmərəsini artırmaq;

- regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasını və inkişafını təmin etmək;

- aqrar sektorda islahatların ikinci mərhələsini sürətləndirmək, bunun üçün regionlarda fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzləri yaratmaq, toxumçuluq bazasını genişləndirmək, texnika ilə təminatı yaxşılaşdırmaq və digər zəruri tədbirləri həyata keçirmək;

- investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılmasını təmin etmək;

- yeni iş yerlərinin yaradılmasını həvəsləndirmək;

- əhalinin kommunal xidmətlərlə təminatını yaxşılaşdırmaq.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları aşağıdakı iqtisadi rayonlar üzrə tərtib edilmişdir:

1. Abşeron iqtisadi rayonu (Abşeron və Xızı rayonları, Sumqayıt şəhəri).

Bakı şəhəri Azərbaycanın digər rayonları ilə müqayisədə daha yüksək inkişaf etdiyindən həmin Dövlət Proqramında Bakının inkişafı məsələlərinə toxunulmamışdır və bu baxımdan o Abşeron iqtisadi rayonunun tərkibinə daxil edilməmişdir.

Qeyd edilənlərlə yanaşı , Bakı şəhərinin və onun ətraf ərazilərinin ayrı-ayrı kənd və qəsəbələrinin müxtəlif sahələr üzrə inkişafı barədə ayrıca proqramlar qəbul edilir və onlar hazırda müvəffəqiyyətlə həyata keçirilir.

2. Gəncə – Qazax iqtisadi rayonu (Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Xanlar, Qazax, Samux, Şəmkir, Tovuz rayonları, Gəncə və Naftalan şəhərləri).

3. Şəki – Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları).

4. Lənkəran iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran rayonları).

5. Quba – Xaçmaz iqtisadi rayonu (Dəvəçi, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonları).

6. Aran iqtisadi rayonu (Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, Əli Bayramlı, Mingəçevir, Yevlax şəhərləri).

7. Yuxarı Qarabağ iqtisadi rayonu (Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonları, Xankəndi şəhəri).

8. Kəlbəcər – Laçın iqtisadi rayonu (Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonları)

9. Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonları).

10. Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur, Kəngərli rayonları).

Regionlarının sosial-iqtisadi inkişafı barədəki dövlət Proqramlarının iqtisadi mahiyyəti dövlətin sərəncamında olan bütün vasitələrlə regionların maksimum real inkişafına nail olmaqdır.



Dövlət Proqramının icraçıları müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarıdır. Onun icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilir.


09.07.2021

Download 21,93 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish