Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Download 5,93 Mb.
bet254/300
Sana11.01.2017
Hajmi5,93 Mb.
#176
1   ...   250   251   252   253   254   255   256   257   ...   300
VII mətn

Çay camışın balasını axıdıf gətirif. Camış da bir haçaya keçmişdi, orda xırıldıyırmış. Yaxşı deyir ki, ona bir bayatı de. Deyir:

Mən aşıx xıra-xıra,

Sel gəlir xıra-xıra.

Bir cannı bir cansızı

Salıbdı xırxaxıra.


VIII mətn

Mən aşıx ləngəridi

Sini də ləngəridi.

Çox bilib az danışmax

İgidin ləngəridi.

Bir vaxtlar bir kəndirbaz gəlir kəndə. Kəndirbaz kəndirin üsdündə oynuyur, bir sinini götürür, qoyur ayağının altına, sürüşə-sürüşə kəndirin üsdüynən gedir. Deyillər, bu möcüzədi, bu nədi. Onda Sarı Aşıx deyir ki, möcüzə deyil, o sini də onun ləngəridi.


IX mətn

Bunun əsas adı Abdulla olufdu, rəngi sarı olduğuna görə Sarı Aşıx deyiflər. Özü də hakq aşığı olufdu. Gəlir Yaxşıgilin qapısına. Görür Yaxşı qapıdadı, balı tökübdü bir dənə tasa, əliynən sıxır süzmə bal eliyir. Bir tərəfdə də ortayaşdı bir adamdı, baltaynan odun yarır. Əlin qaldırır baltanı elə yavaş gətirir, elə bilginən ki, güjnən o balta ora gəlib çatır. Sarı Aşıx deyir ki,

Mən aşıx, baltasına,

Ayə, yaxşı vur, balta sına.

Yaxşının gül əlləri

Batıbdı bal tasına.



X mətn

Sarı Aşığ evlənmiyifdi. Bir günnəri kəndin bir mollası varmış, gedir bunun evinə. O vaxdı da ojağı evin küncündə qoyurdular açıx şəkildə, orda yandırırdılar, bajası olurdu, tüsdü ordan çıxırdı. Gedir içəri girir. Görür ki, mollanın da təzə bir uşağı oluf, atıb bunu oynadır. Ojağ da orda yanır çartaçart. Molla deyir:

– Aşıx, mən ölənnən sora mənim yerimdə oğlum qalajaxdı, bəs sənin nəyin qalajax, – deyəndə aşığa həqqi pis təsir eliyir bu söz. Orda bir dənə bayatı deyir. Deyir ki,

Ojax yanır bujaxda,

Oğul oturuf qujaxda.

Fələyin çarxı çönər

Kül də qalmaz ojaxda.

Səhər durullar ki, mollanın evi yanıb küllü-kaf oluf. Nə uşax var, nə molla. Yəni hakq aşığı olan bir adama söz demək, onun qəlbinə toxunmax olmaz. Çünki o hakq aşığıdı, Allah-taaladan ona gəlmiş vergidi.


XI mətn

Sarı Aşıx gördüyünü deyif ha, nəyisə qurraşdırıf demiyif. Məsələn, bir gün çıxır ki, bir kişi yay vaxdı əlində papax mal axdarır. Deyir, aşıx, mal itirmişəm, bəlkə mal görərsən bu tərəflərdə. Aşıx da gəzirmiş da el-el, oba-oba. Deyir ki, mən aşıx, yalı axtar. Niyə yalı axdar? Çünki gönorta hava isdi olanda heyvanlar çıxıllar yalın başına orda küləkvuranda durullar.

Gedir kəndə, görür ki, bir cavan gəlin iki dənə balaca quçüyə dar bir yalaxda yal verir, quçüklərin başı yalağa yerrəşmir. Axı orda deyif mən aşıx yalı axdar, burda da deyir ki, baş ikidi, yalı axdar.

Sora Yaxşıya rast gəlir. Yaxşını görəndə deyir:

Yaxşı, səni sevirəm,

İnammırsan, gəl axtar.



Download 5,93 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   250   251   252   253   254   255   256   257   ...   300




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish