Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Download 5,93 Mb.
bet249/300
Sana11.01.2017
Hajmi5,93 Mb.
#176
1   ...   245   246   247   248   249   250   251   252   ...   300
ATALAR SЦZÖ VД MДSДLLДR
1. Ağac olan yerə yarpax tökülər.
2. Aprelin on altısı qarının günü çıxır. Ona görə ağsakqallar deyir, martda mərəh, apreldə gərəh, mayda beş bağ otun gərəh. Mərəh otu saxlamağ üçün tikilən yerdi. İndi nejə taya yığmırsan, dağ yerində də mərəhsiz alaf saxlamax çətindi. Elə adam var, bir mərəh tikir, elə adam var, biri bəs eləmir, iki mərəh tikir. Mərəh də yerdən tikilir, divarı hörülür. Yarısı yerin altında, yarısı yerin üstündə olur. Bajası olur, samanı mərəyin üsdünnən toküllər doldurullar. Çox tutmaxdan ötrü öküzdəri içində hərrədillər ki, ayaxlayıf bərkitsin. Axırıncı cərgəyə çatanda da adamlar özü ayaxlıyırdı. Üstün milnən, torpaxnan örtürdülər. Mərəyə qapı qoyurdular, otu ordan çıxarıf heyvana verirdilər. Martda mərəh o deməkdi ki, gərəh martda mərəh dəj ola. Mayda da doğan heyvan olur, otdamağa gedə bilmir, yağıntı olur, heyvan sürüşür qıçı sınır, yaxud yelinnidi örüşə gedə bilmir. Ona görə deyillər, may üçün beş bağ ehtiyatın olsun.
3. Aşığın ağzı quzu küzüdü: kərə də çıxar, kürə də.
4. Atamın yeddi-səkgiz qızı olubdu. Anamnan söhbət eliyəndə deyirdi: Ay bala, biz göz açıb görmüşük ki, süpürgəyə ər deyəllər, arvad başın salar aşağa. Onda yaşımız az idi, bu sözün mənasın dərk eləmirdik da. Demək isdiyirmiş ki, evin böyüyü kişidi. Kişi nəyi məsləhət bilirsə, sən onuynan razılaşmalısan.
5. Ay zamanə, zamanə,

Oxun qoyub kəmanə.

Eşşəhlər arpa yeyir,

At həsrətdi samanə.


6. Atalar deyir ki,

Getdin gördün molla,

Min qəza bulla.

Getdin gördün lotu,

Keş yanında otu.

O deməkdir ki, mollanı görəndə qəzadan uzağ ol, seyidi də görəndə salam vermə qayıt. Lotu da kefkom adamdı, get yanında otur. Yanı onnan saa pis şey gəlməz.


7. Baja tüsdüyə deyif ki, əyrim-üyrüm gedirsən? Tüsdü də qayıdıf bajıya deyif ki, təpəsi dəlih, sən nə deyirsən?
8. Bərşada getdin ayax götür, Bərşatdan çıxdın çörəh götür.
9. Buynuzdu qoçun qisası buynuzsuz qoça qalmıyajax.
10. Çakqal taxtaya dəydi, qayıtdı.
11. Deyillər, söz bilən adam axdarırsansa, hara getdin seç götür, Qaraçannıya gedəndə qabağına kim çıxsa, götür gəl.
12. Dəli qırmızı sevər, gij sarı.
13. Ehsanın ofsanatı var, pulun ofsanatı yoxdu.
14. Gorda yatan gün evdə yata bilməzsən.
15. Həyasızdan həyalan,

Bihəyadan daldalan.


16. Xoş deyirsən, naxoş eşidillər.
17. Kim Qarıqışlağa gedirmişsə, deyirmişdər ayax götür, orda qonax saxlamıllar. Yəni tez get, tez qayıt.
18. Köhnə yurdun qədrini təzə yurtda biləllər.
19. Kürtdərin varın-döölətin bir xoruza yükləsən, götürər, namusun-qeyrətin qırx qəflə-qatıra yükləsən, götürməz.
20. Qonağın üzünə deyil, izinə baxallar.
21. Qoyun olmayan yerdə keçiyə kərəməz ağa deyillər.

22. Laçınnılar gedif Şuşada yeyif-içirmişlər, pulun üsdü qalanda deyirmişlər əşi, cəhənnəmə qalsın. Şuşalılar deyirmiş ki, biz cahi-cəlalı sizin o cəhənnəm puluynan qazanmışıx.


23. Loğman şəyirdiynən gedir pul qazanmağa. Gedir ki, bir gözəl məkan var. Həkimə deyir, qalax burda. Deyir ki, yox, burda bizim xeyrimiz olmaz. Deyir ki, niyə? Deyir, görmürsən bu meşə bütöy zoğal ağacıdı. Zoğal olan yerdə xəsdəlik olar ki, biz orda qalax xeyir görək?
24. Mal saxlarsan saxlar səni,

Bağ saxlarsan bağlar səni.


25. Yaxşı arvadın iti kök olar, pis arvadın pişiyi.
26. Yatan öküzün başına duran öküz sı...r.
27. Səni doyurmuyana ajdığını bildirmə.
28. Mal danadan, ev hanadan olar.
29. Xeyirdən qalmağ olar, şərdən qalmağ olmaz.
30. Dəlini el saxlar.
31. Kəndin dəlisin də təssübün çəkəsən.
32. Övlüya yatağınnan donuz xortduyur.
33. Dədəm arvad görmüyüf, elə bilir arvadı da bir arvatdı.
34. Əlyannılar döyüşkən, vurub-yıxan adamlar oluf. Ona görə belə bir məsəl var, əlyannısan, qannısan.
35. Şərikli qazan gej qaynar.
36. Yüz gün qov, bir gün ov.

37. Sevdimalı rəhmətdiyin bir yaxşı kalamı vardı. Deyirdi ki, getdız bir kəndə, görduz ki, yadı tərifliyillər, deyin, qohumumdu, tanıyıram. Ən yaxın adamızı pisdiyillər, deyin, tanımıram.




Download 5,93 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   245   246   247   248   249   250   251   252   ...   300




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish