Azərbaycan Kitabxana İnformasiya Konsorsiumun Litva Elmi Kitabxana Konsorsiumu ilə Əməkdaşlıq Layihəsi


Litva Kitabxana Konsorsiumun təcrübəsi



Download 3,04 Mb.
bet6/18
Sana21.02.2022
Hajmi3,04 Mb.
#8468
1   2   3   4   5   6   7   8   9   ...   18
Litva Kitabxana Konsorsiumun təcrübəsi
Bakı Dövlət Universitetin Elmi kitabxanasında fəaliy­yət göstərən Beynəlxalq Kitab Mübadiləsi bölümü oxucu­la­rın informasiyanın təminatı işində müasir dövrlə ayaqlaşa­raq öz işini yüksək səviyyədə gurmuşdur. Son illərə qədər bö­lüm çap formada olan ədəbiyyatın alınması və xidməti ilə məşğul olmuşdur.
Yəni, müxtəlif Universitetlərdən mübadilə yolu ilə və yazılan layihələr əsasında qazanılmış qrantlarla universiteti­mi­zin profilinə uyğun çox sayda ədəbiyyat alınmış və oxu­cuların istifadəsinə verilmişdir.
Nümunə olaraq 2003 ildə Kitabxana Assosasiyası və Karniger Fondu ilə birlikdə yazdığımız layihə əsasında 476 sayda xaricdə nəşr olunmuş müxtəlif elm sahələri üzrə çox qiymətli və bahalı kitablar alınmışdır.
Artiq son iki ildə isə biz daha çox elektron formada olan ədəbiyyatla oxuculara xidmət etmək işinə nail olmu­şuq. 2001–ci ildə Kitabxana Assosasiyası ilə birgə yazılmış la­yihə əsasında “Hinari “məlumat bazasından istifadə üçün icazə alınmış və bu günə gədər oxucuların istifadəsinə veril­mişdir.
Bölüm 2002-ci ildə Bakı Dövlət Universiteti tərəfindən abunə yazılan EBSCO elektron nəşriyyatına daxil olan 3500 adda elektron elmi jurnalları ilə oxuculara xidmət etmişdir.
2003-cü ildə Bakı Dövlət Universitetin Elmi Kitab­xa­na­sı­nın nəzdində Azərbaycan Kitabxana İnformasiya Konsor­siu­mu yarandı. Konsorsiumun təəsisçiləri Bakı Dövlət Uni­ver­sitetin, Tibb Universitetin və Xəzər Universitetin kitabxa­na­larıdır. Azərbaycan Kitabxana İnformasiya Konsorsium EBSCO (Eifl-Direct programı) elektron nəşriyyatına daxil olan yeddi min elmi jurnalın və həmçinin aparılan da­nı­şıq­lar və müqavilələr əsasında aşağıda adları çəkilən məlumat bazalarının da istifadəsinə icazə almışdır:
American Physical Society, Poquest, Bioone, Oxford Reference Online, Cambridge University Press, HighWire Press, Institute of Physics Publishing.
İNTAS programı ilə Hanover Texniki Universitetin elek­t­ron formada olan ədəbiyyat və elektron sənədlərin və Blackwell, Springer kimi məlumat bazaların istifadəsinə ica­zə alınmışdır.
Müasir dövrdə kitabxanalar və həmçinin onlarla yanaşı istifadəçilər də dəyişilirlər. İstifadəçi istəyir ki, daha az vaxt sərf etməklə lazım olan informasiyanı tapa bilsin. Bu­­radan qarşımıza belə bir sual çıxır: Elektronikanın yük­sək inkişaf etdiyi bu əsrdə kitabxanalar inkişaf edərək müasir tələblərə cavab vermək üçün nə etməlidirlər? Bununla əla­qə­dar nəzəri məlumatlarımız var.
Müasir səviyyə ilə ayaqlaşan kitabxanaların inkişaf prosesini əyani şəkildə Litva respublikasının Vilnus şəhə­rin­də Litva Kitabxana Konsorsiumu tərəfindən 2004-ci il noyabr ayın 4-13-ə kimi keçirilən seminarda və olduğumuz kitabxanalarda müşahidə etdik.
Beynəlxalq layihələrdə iştirak etməklə qazanılmış qrant­­ların əsasında kitabxanaların və kitabxanaçıların necə inkişaf etmələrinə və təcrübə qazanmalarına diqqət yetirdik. Həmçinin bu respublikada fəaliyyət göstərən kitabxana as­sosasiyaları və konsorsiumları bir-biriləri ilə necə əmək­daş­lıq edərək yüksək səviyyədə ixtisas təşkilatçılıq qabiliy­yə­tinə malik olduğunu və dövlət tərəfindən də dəstək aldığını nəzərimizdən qaçırmadıq. Litva Kitabxana konsorsiumun 30 üzvü var. Üzv olan kitabxanaların elektron resursların alın­­masında və istifadəsində bərabər hüquqları var. Bu kon­sor­siumun əsas vəzifəsi kitabxanalar arasında əməkdaşlığı yaratmaq, resusları birləşdirmək, paylamaq və bölmək, in­for­­masiyanı əldə etmək üçün qiymətləri aşağı salmaq üçün danışıqlar aparmaq, lisenziya və müqavilələri hüquqi tərəfdən əsaslandırmaq və s. Biz onlardan konsorsiumu ya­rat­maq və bununla əlaqədar irəli çıxan məsələləri necə ara­dan qaldırmaq təcrübəsini öyrəndik.
Bununla yanaşı nə üçün konsorsiumlar lazımdır, necə işləyirlər və necə idarə olunurlar kimi konsorsiumlarla bağlı məsələlərə aydınlıq gətirməyə çalışdıq.
Elektron resursların yayımı və istifadesi ilə də tanış olduq. Bunun üçün ilk resusların reklamını etmək və isti­fa­də üçün treyninqlar keçirmək lazımdır. Treyninqları elekt­ron resurslarla işləyən kitabxanaçılara və istifadəçilərə ke­çir­­mək olar. Treyninqları isə bu sahədə təcrübəyə malik olan ixtisasçılar aparırlar.
Bütün bunlar kitabxanalar arasında yüksək səviyyədə olan əməkdaşlıq, bizə respublikamızda fəaliyyət göstərən kitabxanalar arasındakı əməkdaşlığı daha da inkişaf etdir­məyi və genişləndirməyin nə dərəcədə əhəmiyyətli oldu­ğu­nu dərk etməyə əsas verdi.
Seminar elektron resurslarla işləyən kitabxanaların iş təcrubəsinə həsr edilmişdir. Bu sahədə çalışan çox sayda təcrübəli işçilərlə və onların iş təcrübələri ilə tanış olduq. Bu təcrübəli işçilərdən “full –text” bazalarından necə istifadə etməyin və kitabxanaların öz “digital” resurslarını necə ya­rat­mağın iş prinsiplərini öyrəndik. Kitabxanalardakı ədə­biy­yatın və qiymətli kolleksiyyaların moderniləşdiril­mə­si­nin şahidi olduq. Belə ki, bunları qorumaq üçün olduğu­muz kitabxanalarda yüksək səviyyədə iş gedir. Kitabların skaner vasitəsilə üzü köçürülur və onların elektron versiya­sını ya­rat­maqla həm kitabların ömrünü uzadır və həm də istifadə­sini asanlaşdırır.
Litva Kitabxana Konsorsiumu Universitetin kitabxa­na­çı­lıq fakultəsi (Vilnius University Faculty of Communica­tion) ilə necə sıx əlagədə işlədiyin şahidi olduq. Misal olaraq göstərə bilərəm ki, fakultə tədris programına Elektron jurnallara giriş (İntroduction to Electron Journals) mövzunu daxil etmişdir Burada tələbələrə hər hansı bir verilənlər ba­za­la­rında necə axtarış aparmaq, məqalənin formatı və məqaləni necə çəkmək haqqında kimi başlıqlar altında geniş məlumat verilir. Tələbə Universitetdə oxuduğu ilk gündən elektron resurslardan istifadəsinin əhəmiyyətini və bu resurslarin necə əldə olunması haqqında geniş məlumat alır.
Bu da elektron resurslardan istifadə edən oxucuların sayını artırır.
Əhəmiyyətli və vacib olan işlərdən biri də Litva Kitab­xana Konsorsiumuna daxil olan üzvlərinin əksəriy­yəti­nin eyni bir kiabxana proqramı ilə işləməsidir.
Bu kitabxanalar “Aleph” programı ilə iş prinsiplərini qurublar. “Aleph” programı kitabxananın demək olar ki, bütün sahələrində yüksək səviyyədə işləməyə və xidmət etməyə imkan yaradır. Məsələn, oxuculara aid olan hər cür məlumat E-mail vasitəsilə göndərilir. Həmçinin oxucu özü də lazım olan məlumatı kitabxanaya qəlməyərək ya evindən ya da internet bağlantı olan hər hansı bir yerdən sifariş edə bi­lər. Bütün bu iş prosesi mərkəzləşdirilmişdir. Yəni, oxucu ki­tabxanaya müraciət etsə (elektron formada) kitabxanaçı sifarişi yerinə yetirir, əyər lazım olan ədəbiyyat yoxdursa bu ədəbiyyatın hansı kitabxanada olduğu haqqda oxucuya mə­lu­­mat verir. Buna bənzər misalları cox cəkmək olar. Bütün bun­lar kitabxana işinin və xidmətinin inkişaf səviyyşsini göstərir.
Maraqlandığım və daha çox diqqət verdiyim Univer­sitet­lərdən ən əsası Vilnius Dövlət Universitetinin kitabxanasıdır. Kitabxana 1570-ci il ildə yaranmışdır. Vilnius Dövlət Universiteti isə bundan doqquz il sonra yaranmışdır. Keçmiş illər ərzində kitabxana dəfələrlə tarixi hadisələrlə üzləşmişdir. Bütün bu hadisələr “Vilnius Universitet Kitabxanasının tarixi kolleksiyaları (“ Historical Collections of the Vilnius University LIbrary “) adlı kitabda və kompakt diskdə üç dildə (Litva, İngilis və Fransız) öz əksini tapmışdır. (YUNESKO-nun sponsorluğu ilə)
Kitabxananın şöbələrin iş prinsipləri ilə tanış olduq. Qədim və nadir kitabları qorumaq üçün artıq 1968-ci ildən restavrasiya şöbəsi fəaliyyət göstərir. 13-cü əsrdən 20 –ci əsrə qədər olan qədim tarixi sənədlər və kitabxana materialları isə əlyazmalar fondunda saxlanılır.
Kitabxanada 12 şöbə və 15 müxtəlif fakultə filialları vardır. Öz keçmişini qoruyub saxlayan oxu zalları və Vilnius Dövlət Universitetin Elmi Muzeyi ilə də taniş olduq.
1965-ci ildən kitabxana Beynəlxalq təşkilatlarla əlaqə saxlayır. (UNESCO, World Health Organization, International Atomic Energy Agency və sairə). Universitetin 55 ölkənin 380 Universitetləri ilə əlaqələri vardır.
1993-cü ildən kitabxana avtomatlaşdırılmış və elek­tron kataloqların yaradılmasına başlanmışdır. 100. 000 -ə yaxin biblioqrafik göstəriciləri vardır. 1994-cü ildən İnternet şəbəkəsi yaranmıdır və 1996 –cı ildən isə artiq Litvada olan əksər kitabxanalarla birqə kataloq sistemi yaradılmışdır. Bu işin görülməsində əsas yeri Aleph programının kitabxana­lar­da tətbiqi təşkil edir. Bu proqramın iş prinsipi çox geniş­dir. Kitabxanalar oz resurslarının birləşdirməsinə və ya bölüşdirməsinə, oxucunun bu proqramla işləyən her hansı bir kitabxanaya daxil olaraq digər kitabxanalın resuslarından xəbərdar olmaq və bəhrələnmək imkanını yaradır. Bundan əlavə yeni kitabların işlənməsi yəni təsviri, kodlaşması və başqa proseslər butun kitabxanalarda eyni üsulla aparılır. Kitabxanalarda tekrar işlərə yol verilmir. Qisa sözlə oxucu az vaxt sərf etməklə lazım olan informasiyanın mənbəyini öyrənərək bu informasiyanı əldə edə bilər.
Cox arzu edərdik Azərbaycanda fəaliyyət göstərən kitabxanalar da beynəlxalq standartlara cavab verə bilən proqramlarla işləmək imkanı əldə edə bilsinlər.
Tatyana Zaytseva
Xəzər Universiteti
Kitabxana Informasiya Mərkəzi, Direktor

Download 3,04 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   18




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish