Akifə Xəlilova
AMEA Folklor İnstitutu
“AZƏRBAYCAN VƏ ƏTRAF ÖLKƏLƏRİN FOLKLORU” ÜÇCİLDLİYİNDƏ QAFQAZ XALQLARININ FOLKLOR NÜMUNƏLƏRI
The Folklore Examples Caucasian Peoples In “Azerbaijan and Neighbour Countres Folklore” In The 3 Volumes
Abstract: A.V.Bagri (1891-1949) was born in Ukraine. But the great part of his literary activity spent in Azerbaijan. He was one of the first scientistes who was invited to Azerbaijan during 1920-1930 years. A.V. Bagri was busy not only literature but olso folklore in Azerbaijan. In the article is reseached A.V. Bagri’s wide folklore activity of studing Azerbaijan folklore.
-
V. Bagri prepared and published the book of Azerbaijan bibliography for the first time. He collected and published Azerbaijan tales. He also published articles about other nations of the Caucausus. A. V. Bagri organized different literature seminaries and has written a lot of scientific articles about Azerbaijan folklore and its problems.
The book of “Azerbaijan and neighbour countries folklore” was published in 1930. This book is consist of 3 volumes. The examples which were written in this book were picked at the end of the XIX century and at the beginning of the XX century. There are given a lot of wide information about these materials.
“Azərbaycan və ətraf ölkələrin folkloru” üçcildliyi Qafqaz xalqlarının folklorunun öyrənilməsi üçün zəngin yazılı qaynaqlardan biridir. Burada yazıya alınan materiallar XIX əsrin sonu, XX əsrin əvvəllərində Qafqazxalqlarından toplanmışdır.
1930-cu ildə “Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu”nun “Dil, ədəbiyyat və sənət” bölməsinin Folklor seriyasından 3,4,5 saylı buraxılışı olan “Azərbaycan və ətraf ölkələrin folkloru” (Folklor Azerbaydjana i prileqayuşix stran) 3 cildliyinin birinci cildi Azərbaycan folklor nümunələrinə həsr olunub. Üçcildliyin ikinci və üçüncü cildləri isə Azərbaycanda yaşayan digər xalqların və Azərbaycan ətrafındakı ölkələrin folkloruna həsr olunmuşdur. Folklor nümunələrindən ibarət olan bu üçcildlik 1930 –cu ildə Bakıda professor A.Baqrinin redaktorluğu, ön sözü, qeyd və izahları ilə birlikdə rus dilində hazırlanmışdır. Burada istifadə olunan materialların bir qisminin Q.L.Lopatinskinin arxivindən götürüldüyü göstərilir.Digərlərinin isə toplayıcıları haqqında mətnlərin altında qısa məlumat verilmişdir. Burada qeyd olunan adlar həm də onunla əlamətdardır ki, onlar Qafqaz xalqlarınn folklorunun ilk toplayıcılarıdır.
“Azərbaycan və ətraf ölkələrin folkloru” üçcildliyinin ikinci və üçüncü cildləri Qfqaz xalqlarının folklor nümunələrindən ibarətdir.Üçüncü cildə yazılmış ön sözdə qeyd olunur ki, “əvvəlki cildlər kimi bu cild də inqilabdan əvvəl Azərbaycandan və ətraf ölkələrdən toplanmış folklor nümunələridir. Bu nümunələr Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun arxivində saxlanılır. Təqdim edilən cildlər geniş publika üçün deyil, folklor məsələləri ilə məşğul olan elmi müəsisələr və alimlər üçün nəzərdə tutulmuşdur”.
Bu cildlərdə olan materiallar əsasən nağıllar, əfsanələr, rəvayətlər, inanclar, yuxular, süjetli şeirlər, mərasimlər, adət və ənənələr və s.- dən ibarətdir. Burada məlumat verilir ki, Qafqaz qadınlarınn vəziyyəti haqqında oxucular “Qafqazın şifahi xalq yaradıcılığı” (“Narodnaya slovesnost Kafkaza”, Baku, 1926) və “Qafqaz qadınlarının məişətinə dair” (Azərbaycan Dövlət Universitetinin xəbərləri “Vostokovedenie” t.2. Baku, 1926) məlumat ala bilərlər.
“Azərbaycan və ətraf ölkələrin folkloru” üçcildliyinin ikinci cildində kumuk, noqay, türkmən, lak, uraxin, temirqoy, çeçen, inquş, osetin, gürcü xalqlarının folklor nü-munələri yer almışdır.
“Azərbaycan və ətraf ölkələrin folkloru” üçcildliyinin üçüncü cildində türk, erməni, çərkəz, çeçen, inquş, osetin, abxaz, qaraçı-çıqan xalqlarının folklor nümunələri verilmişdir. İkinci cilddə kumuk xalqına aid “Xoşbəxtlik haqqında əfsanə”, “Möcüzəli quş”, “Şamxal Tarkovsk haqqında”, “Üç qardaş”, “Qurd”, yenə də “Qurd”, yenə də “Üç qardaş”, “sahibkar və işçi”, “Təkgöz”, “Molla Nəsrəddin”, yenə də “Xoşbəxtlik haqqında”, “Aslangir”, “Aust”, noqayların “Bahadır oğlan və xan”, “ Nökər və xan qızı”, “Şeytan haqqında əfsanə”, “Üç qardaş”, “Qafqaz mineral suları və Tartartuk haqqında”, “Camboylu noqaylarının özlərinin “Qızıl Orda” tarixi ilə mənşə əlaqələri haqqında əfsanə”, türkmənlərin “Canavar, tülkü və kirpi”, “Qurd və tülkü”, “İlan, ağcaqanad və qaranquş”, “Qardaş, bacı və əjdaha”, “İgid və tülkü”, “Ovçu oğlu”, “Baycan və sehrbaz Ah”, “Taqa”, “Hiyləgər qoca və səfeh pəhləvan”, “Hiyləgər igid”, “Üç qardaş”, “Xoca”, “Qız-oğlan”, “Ayğır”, “Qəzəbli sehrbaz və xoşbəxt oğlan”, lakların “Tülkü və toyuq”, “Qurd, şir və tülkü”, “Şah-çaqqal”, “Yoxsulun xəyalı”, “Tülkü və oğlan”, “Süleyman xan”, uraxinlərin “Mulevkinessin xəncəri”, “Şəhərin intiqamı”, “Temirqoevslərin “Ayı qulağı”, çeçenlərin “Müdrik Zakir”, “Zəngin xan haqqında nağıl”, “I Amalt xan”, inquşların “Üç yüz qızıl pul”, “Keçi”, “Tülkü”, “Möcüzəli ilan”, “Üç qardaş”, “Şahın qardaşı”, “Şahın oğullarının yarışı”, “Leşemin oğlu haqqında”, “Zorbaş və yeddibaşlı minotavr”, “Üç igid”, “Qazi Məhəmməd”, osetinlərin “Qəhrəman və adamyeyən igid”, “Adamyeyən bacı”, “Xetaq”, “Nəhəng”, “Qudqor” əfsanəsi, gürcülərin “Qardaş və bacının daşa dönməsi”, “Cahanet ölkəsinin nağılı”, “İsgəndər və Kiko”, “Əli və David”, “Yetim Tariil və Kost Tariil”, “Qırğı və qurd”, “Şah və vəzir”, Qafqazdan qeydə alınmış fars əfsanələri “Misir padşahının oğlu Seyfəlmülkün nağılı”, “Assur padşahı Senxaribin sabiq birinci vəziri nüdrik Qeykarın əfsanəsi”, “Padşah üçüncü Yəzdigürd haqqında tarixi əfsanə” kimi materiallar yer almışdır. “Azərbaycan və ətraf ölkələrin folkloru” nun üçüncü cildində türk folklorundan “Nuxa rəvayət və inancları”, “Musa peyğmbər, onun möcüzəsi və qamış”, “Talışların kosmoqonik inancları”, “Talış inancları”, “Gəncə əfsanələri və inancları”, “Müdrik padşah Süleymanın hekayəti”, “Yarasanın hekayəti”, “Allahverdi və böyük vəzirin nağılı”, erməni folklorundan Şirvana gəlmiş ermənilərin nağılları, “Şahzadə qurbağa”, “Bəxt” (3 mətn), “Üç nəsihət”, “Öz oğlunun qatili”, “Mxer Sasunlu”, “Keosa”, “Kəndli və qurd”, “Qızıl və dəmir”, inanclar, sınamalar, əfsanələr və anekdotlar Şamaxı və Göyçay qəzalarından, çərkəz, çeçen, inquş, osetin folklorundan “Peyğəmbər Həzrət Əli”, “Qorxaq oğulun nağılı”, “Gəlinin şikayəti”, “Curxo”, “Bacının ağlaması”, “Aldama qəza”, “Cəngavər və qızın söhbəti”, “Hiyləgər və balıq”, “Nəğmə”, “Öz-özünə”, “Əlixan Çuraev”, “Hazbinin yuxusu”, “Qoca Kudarov və Georgiy”, “Baba-yaqa”, “Müqəddəs Georgiy”, “Qonağa salam”, “Noğay nəğməsi”, “Çeçen nəmələri”, abxaz folklorundan “Üç qızın nağılı”, “Abxaz xalq inancları”, “Abxazlarda yuxuyozmalar”, qaraçı-sıqan folklorundan “Qaraçı-boşun əkinçiliklə məşğul olmaması əfsanəsi”, “Keçmişdə Qafqaz qadınlarınn vəziyyəti haqqında materiallar”, “Şamaxı müsəlmanlarının toy mərasimləri”, “Şimali Qafqaz noqaylarında toy”, “Qadınların vəziyyəti”, “Osetinlərdə nigah”, “Abxazlarda toy” kimi materiallar verilmişdir.
Do'stlaringiz bilan baham: |