7-ci laboratoriya işi Birkanallı kxs-in gpss-də modelləşdirilməsi İşin məqsədi



Download 38,5 Kb.
bet3/4
Sana09.07.2021
Hajmi38,5 Kb.
#113431
1   2   3   4
Bog'liq
7-ci ish (1)

Simulyasiya nəticələrinin şərhi

GPSS World simulyasiya sistemi tərəfindən yaradılan hesabat sənədində GPSS modelinin müxtəlif obyektləri (qurğular, növbələr və s.) haqqında məlumatlar var. Bundan əlavə, hesabat sənədində ümumiyyətlə praktik maraq kəsb etməyən bəzi modelləşdirmə sisteminin işləməsi ilə bağlı bəzi məlumatlar mövcuddur; onlar hesabatdan çıxarıla bilər.

Aşağıda hesabatdan simulyasiya nəticələrinin təhlili üçün maraq doğuran məlumatlar verilmişdir.


LABEL

LOC

BLOCK TYPE

ENTRY COUNT CURRENT COUNT RETRY




1

GENERATE

100

0

0




2

QUEUE

100

0

0




3

SEIZE

100

0

0




4

DEPART

100

0

0




5

ADVANCE

100

0

0




6

RELEASE

100

0

0




7

TERMINATE

100

0

0

 


LABEL, LOCK, BLOCK TYPE, ENTRY COUNT, CURRENT COUNT və  RETRY sütunları olan hesabat bölməsi modelin operatorları haqqında informasiyanı əks etdirir:
•LABEL – operatorun metkası;

•LOC – operatorun sıra nömrəsi;

•BLOCK TYPE – operatorun adı;

•ENTRY COUNT – operatora daxil olan tranzaktların sayl;

•CURRENT COUNT – modelləşdirmənin sonunda operatorda olan tranzaktların sayl;

•RETRY – GPSS modelləşdirmə sisteminin işi haqqında daxili verilənlər, adətən modelləşdirmənin nəticələrinin analizi üçün maraq kəsb etmir.


Hesabatın FACILITY bölməsi aşağıdakı qurğular haqqında informasiyanı əks etdirir: 

•FACILITY – qurğunun adı;

•ENTRIES – qurğuya daxil olan tranzaktların;

•UTIL. – qurğunun yüklənməsi əmsalı (yəni, qurğuda tranzaktların yerləşməsinin zaman hissəsi);

•AVE.TIME - tranzaktın qurğuda qalmasının orta müddəti;

•OWNER - modelləşdirmənin sonunda qurğuda olan tranzaktın nömrəsi (əgər qurğu boşdursa, sıfır göstərilir);

•AVAIL, PEND, INTER, RETRY, DELAY - modelləşdirmə sisteminin işi haqqında daxili verilənlər, adətən modelləşdirmənin nəticələrinin analizi üçün maraq kəsb etmir.
Hesabatın QUEUE bölməsi növbələr haqqında informasiyanı özündə əks etdirir:

•QUEUE – növbənin adı;

•MAX – modelləşdirmə müddətində növbənin maksimal uzunluğu (yəni orda olan tranzaktların maksimal sayı);

•CONT. – modelləşdirmənin qurtarması anında növbənin uzunluğu;

•ENTRIES – növbəyə daxil olan tranzaktların sayı;

•ENTRIES(0) – növbədə gözləməsi tələb olunmayan tranzaktların sayı (sıfır daxilolmalar);

•AVE.CONT. – növbənin orta uzunluğu (növbədə olan tranzaktların orta sayı);

•AVE.TIME - tranzaktların növbədə qalmasının orta müddəti;

•AVE.(-0) - sıfır daxilolmalar nəzərə alınmadan tranzaktların növbədə qalmasının orta müddəti, yəni heç olmasa az müddətə olsa da növbədə qalan tranzaktların növbədə qalmasının orta müddəti;

•RETRY - modelləşdirmə sisteminin (GPSS World) işi haqqında daxili verilənlər, adətən modelləşdirmənin nəticələrinin analizi üçün maraq kəsb etmir.

Bu nümunədə, problemin şərhində göstərildiyi kimi, 100 detal işlənmişdir. Dəzgahın yüklənmə əmsalı 0,91 və ya 91% təşkil etmişdir. Bu o deməkdir ki, dəzgah vaxtın 91% -ində işləyir, vaxtın 9% -i boşdur. Dəzgahın qarşısında yaddaşda bir detalın orta gözləmə müddəti (yəni növbədə) 0,912 dəqiqə idi. Yaddaşda heç vaxt birdən artıq detal olmayıb (maksimum növbənin uzunluğu 1-dir) və orta hesabla yaddaşda 0.119 detal olmuşdur. İşlənmiş 100 detaldan 46-sı yaddaşda gözləməsi tələb olunmayıb (gəldikləri anda dəzgaha sərbəst daxil olublar). Beləliklə, 64 detal üçün yaddaşda gözləmə tələb olunmuşdur; onlar üçün yaddaşda orta gözləmə müddəti 1,689 dəqiqə idi. Texnoloji dövrün orta müddəti (yəni, detalın yaddaşa daxil olmasından dəzgahdakı emalın sonuna qədər olan vaxt) 6.997 + 0.912 = 7.909 dəqiqə idi.

Beləliklə, simulyasiya edilmiş sistemin çatışmazlığı maşının müəyyən qədər artıq yüklənməsidir: yükləmə əmsalı 91%, bu əmsalın arzu olunan həddi isə 75 ilə 85% arasındadır. Bu çatışmazlığı aradan qaldırmaq üçün, detal axınını azaltmaq (yəni daxilolma anları arasındakı vaxt intervalını artırmaq), daha müasir dəzgahdan (detalları daha sürətli emal edən) istifadə etmək və ya iki dəzgahdan istifadə etmək. Ancaq nəzərə alınmalıdır ki, təklif olunan variantlardan birincisi detalların istehsalının azalmasına səbəb olur, ikinci və üçüncüsü isə əlavə xərc tələb edir.




Download 38,5 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish