Giriş
Mövzunun aktuallığı. Respublikamızda kənd təsərrüfatının inkişafı üçün böyük iqtisadi potensiala malik regionlardan biri Lənkəran təbii-iqtisadi vilayətidir.
Araşdırmalar göstərir ki, son onilliklərdə vilayətdə insanın təsərrüfat fəaliyyəti ilə əlaqədar təbii ekosistemlərə, o cümlədən torpaq örtüyünə antropogen təsirlər getdikcə daha geniş miqyas almağa başlamışdır.Vaxtilə ərazinin 60-65%-ni əhatə edən meşələr hazırda azalaraq 25-30%-ə düşmüş, ovalığı örtən palıd tərkibli kserofil və hirkan tipli meşələr tamamilə məhv edilmişdir. Bu tip meşələr hazırda yalnız dağlıq və dağətayi ərazilərdə qalmışdır.Ərazidə kənd təsərrüfatı bitkilərinin intensiv suvarılması ovalığın bəzi yerlərində qrunt sularının səthə qalxmasına və torpaqların fiziki, su-fiziki və digər xassələrərini pisləşdirməklə onların deqradasiyasına səbəb olmuşdur. Ağır texnikanın, gübrə və meliorantların tətbiqi və maili yamaclarda yerləşmiş plantasiyaların suvarılması dağətəyi sahələrdə torpaqların münbitlik xassələrini, o cümlədən struktur tərkibini pisləşdirmiş əkin və əkinaltı qatların kipliyini artıraraq eroziyaya qarşı müqavimətini zəiflətmişdir.Digər tərəfdən ərazinin özünəməxsus təbii-ekoloji şəraiti fonunda olduqca əlverişsiz demoqrafik göstəriciləri, əhalinin yüksək sıxlığı və yaşayış məntəqələrinin daim genişlənməsi həm ekoloji şəraitə,həm də torpaq münasibətlərinə bilavasitə və dolayısı ilə təsir göstərməkdədir.
Lənkaran fiziki-coğrafi vilayəti respublika üzrə əhalinin torpaqla ən az təmin olunduğu regionlardan biridir. Bu isə ekoloji problemlərlə yanaşı, sosial-iqtisadi gərginlik üçündə zəmin yaradır.
Bu da ərazidə təsərrüfat kompleksinin təkmilləşdirilməsinə,ayrı-ayrı sahələrin, xüsusəndə kənd təsərrüfatının inkişafına diqqətin azaldılmasını tələb edir. Bu baxımdan vilayətin torpaq fondundan səmərəli istifadə problem,onun ayrı-ayrı təyinatlar üzrə düzgün bölüşdürülməsi,kənd təsərrüfatı torpaqlarının hüquqi mühafizəsi yeni ictimai-iqtisadi şəraitlərdən irəli gələrək aktuallaşmışdır.Ona görədə Lənkəran fiziki-coğrafi vilayətində kənd təsərrüfatının yüksək inkişaf tempini saxlamaqla “insan-təbiət” münasibətlərinin optimallaşdırılması,təbii ekosistemlərin, həmçinin kənd təsərrüfatı istifadəsində olan torpaqların qorunması,münbitliyin artırılması düzgün strategiyanın seçilməsini tələb edir.Belə bir strategiya torpaqların ekoloji qiymətləndirilməsinə,münbitlik göstəriciləri əsasında aqroekoloji(ekoloji) modellərin qurulmasına və torpaq monitorinqi məlumatlarına istinad edilən elmi- nəzəri konsepsiya əsasında qurula bilər.
Do'stlaringiz bilan baham: |