Adi boz-qəhvəyi. Bu torpaqlar Cəlilabad rayonunun dağətəyi-maili düzənlik ərazilərində yayılmışdır. Bir sıra əlamətlərinə görə bu torpaqlar respublikamızın ərazilərində yayılmış uyğun torpaqlardan fərqlənir. Bu həmin torpaqların genezisilə bilavasitə bağlıdır. Bəzi tədqiqatçılar adi boz-qəhvəyi torpaqlarda “B” horizontunda qırmızı zolaqların olmasını onların meşə mənşəyi ilə izah edirlər.
Dəmyə şəraitində adi boz-qəhvəyi torpaqlar əkin altında istifadə olunur. Bu torpaqların bir qismi suvarılır. Suvarılmayan adi boz-qəhvəyi torpaqlarda üzvi birləşmələrin aşağı qatlara hərəkəti müşahidə edilmir. Relyefdən asılı olaraq humuslu horizontların qalınlığı müxtəlifdir.
Do'stlaringiz bilan baham: |