1. ÜMumi DİLÇİLİk I indd


Kopenhagen strukturalizm məktəbi



Download 10,63 Mb.
Pdf ko'rish
bet68/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   64   65   66   67   68   69   70   71   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

Kopenhagen strukturalizm məktəbi
(Qlossematika)
XX əsrin 30-cu illərinin əvvəllərində Danimarkada 
strukturalistlərin Kopenhagen dərnəyi yaradılmışdır. Bu 
dərnək 1931-ci ildə Kopenhagen strukturalistlərini birləş-
dirmişdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
121
Danimarka dilçilərindən Viqo Bröndal (1887–1942), 
X.Uldal (1907–1957), Lui Yelmslev (1899–1965) “Kopenha-
gen dilçilik dərnəyi”nin baniləri hesab olunurlar.
Kopenhagen dilçiləri fonologiya və dilin quruluşu 
məsələləri ilə məşğul olurdular. Onlar Praqa linqvistləri-
nin fonoloji nəzəriyyəsinin tənqidi ilə çıxış etmişlər.
Kopenhagenlilər öz konsepsiyalarına 1936-cı ildən 
yeni ad seçmişlər. Bu, “Qlossematika” adlanırdı. Qlossa 
(glossa) yunanca “dil” deməkdir. Deməli, Kopenhagen 
struk turalistləri söz əmələ gətirən bütün səslərin mənalı 
oldu ğunu iddia edirdilər. Onlar söz tərkibində bir səsin 
dəyişməsi ilə əmələ gələn məna dəyişmələrini əsas götür-
məklə səslərin mənalı olduğunu sübut etməyə çalışırdılar. 
Deməli, qlossematika, əslində, ənənəvi dilçiliyə qarşı qo-
yulmuşdur.
Kopenhagen dərnəyinin nümayəndələri öz tədqiqat-
larını nəşr etmək üçün xüsusi jurnal təsis etmişdilər. Onlar 
1934-cü ildən “Bülleten du cercle linguistique de Copen-
hague”, 1939-cu ildə isə “Acta Linguistica” adlı jurnal bu-
raxmışlar. Bu sonuncu jurnalın müxtəlif illərdə çap edilmiş 
nüsxələrində qlossematikanın ən mühüm məsələləri öz ək-
sini tapmışdır. 1939-cu ildə çap edilmiş birinci buraxılışda 
Viqo Bröndalın “Struktural linqvistika” məqaləsi nəşr olun-
muşdur. Həmin məqalə strukturalizmin manifestidir. Bu-
rada strukturalizmin ümumnəzəri məsələləri aydın şəkil-
də əsaslandırılmışdır. Jurnalda X.Uldalın “Qlossematikanın 
əsasları” (1957), L.Yelmslevin “Dil və nitq” (1942), “Linqvis­
tikada struktur təhlilin metodu” (1950–1951) məqalələri çap 
olunmuşdur.
Lui Yelmslev Kopenhagen strukturalizminin məşhur 
nümayəndəsiydi. O, hələ 1928-ci ildə nəşr etdirdiyi “Ümu­
mi qrammatikanın prinsipləri” adlı əsərində strukturaliz-
min nəzəri əsaslarını vermişdir. Böyük nəzəriyyəçi alim 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
122
Lui Yelmslevin “Linqvistik nəzəriyyənin əsasları” (1943) adlı 
yekunlaşdırıcı elmi işində isə qlossematikanın prinsipləri 
şərh edilmişdir.
L.Yelmslev Kopenhagen Universitetinin Fəlsəfə fa-
kültəsinin nəzdindəki Linqvistika və Fonetika İnstitutu-
nun direktoru işlədiyindən məntiqlə, xüsusən riyazi mən-
tiqlə də çox məşğul olmuşdur. Onu riyaziyyat məsələləri 
də maraqlandırmışdır. L.Yelmslev ilk dəfə olaraq riyaziy-
yatla məşğul olan dilçidir. O, riyazi metodları dilçiliyə tət-
biq etməyə çalışmışdır.
Kopenhagen dilçilik məktəbi universal linqvistik nə zə-
riyyənin yaradılmasına cidd-cəhd göstərmişdir. Buna gö rə 
də Ferdinand de Sössürün nəzəriyyəsinə əsasən bu problem 
qlossematikada müəyyən dərəcədə inkişaf etdiril mişdir.
Kopenhagen məktəbi strukturalizmdə xüsusi möv-
qe yə malikdir. Qüsurlarına baxmayaraq, dilçiliyin inkişafı 
tarixində bu məktəbin də müəyyən rolu vardır.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   64   65   66   67   68   69   70   71   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish