1. ÜMumi DİLÇİLİk I indd


Strukturalizm cərəyanının məktəbləri



Download 10,63 Mb.
Pdf ko'rish
bet67/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   63   64   65   66   67   68   69   70   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

Strukturalizm cərəyanının məktəbləri
XX əsrin 20-ci illərindən dilçilik elmi Ferdinand de 
Sössürün əsas tezislərinin təsirində inkişaf edirdi. Onun 
tezislərinin çoxu ümumi xarakter daşıyırdı. Bunlar dilin 
ümumi nəzəriyyəsinin proqramı hesab olunurdu. Lakin 
bu tezislərdə aydın olmayan, qaranlıq qalmış məsələlər də 
var idi. F. de Sössürün bir sıra tezislərində olan bu qüsurlar 
onun konsepsiyasına müxtəlif cəhətdən yanaşılmasına şə-
rait yaradırdı. Sössürün çoxsahəli təliminə müxtəlif cəhət-
dən yanaşmaq əsasında dilçilikdə bir neçə elmi məktəb 
yaranmışdır. Dilçilikdə strukturalizm cərəyanının 3 əsas 
məktəbi vardır: 1. Amerika strukturalizm məktəbi. 2. Praqa 
strukturalizm məktəbi. 3. Kopenhagen strukturalizm məktəbi.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
119
Praqa strukturalizm məktəbi 
(Funksional dilçilik)
Praqa strukturalizm məktəbi Ferdinand de Sössürün 
ideyası təsirində görkəmli çex dilçisi Vilem Mateziusun 
(1882–1945) elmi fəaliyyəti ilə bağlı yaranmışdır. V.Mate-
zius 1926-cı ildə “Praqa dilçilik dərnəyi”ni təşkil etmiş və 
bununla da Praqa məktəbinin bünövrəsini qoymuşdur. Bu 
dərnəyin ətrafında, əsasən, slavyan və german dilləri üzrə 
ixtisasçı alimlər toplaşmışdılar.
Çex alimlərindən B.Qavranek, B.Tranka, V.Skaliçka, 
Y.Vaxek, L.Novak və başqaları, xaricdə işləyən rus dil-
çilərindən N.S.Trubetskoy, R.O.Yakobson, S.O.Kartsevski 
“Praqa dilçilik dərnəyi”nin fəal nümayəndələri idilər.
Praqa dilçilik məktəbinin üzvləri öz tədqiqatları-
nı 1929-cu ildən 1939-cu ilə qədər “Praqa dilçilik dərnəyi­
nin əsərləri” adı ilə məcmuə şəklində çap etdirmişlər. Bu 
məcmuə dünya dilçiliyinin inkişafında xüsusi əhəmiyyətə 
malik olmuşdur. “Əsərlər”in I cildində Praqa dərnəyinin 
tezisləri nəşr edilmişdir. Həmin tezislər Praqa dilçilik mək-
təbi üzvlərinin ümumi dilçiliyə dair görüşləri və eyni za-
manda bu məktəbin proqramı hesab olunurdu.
“Praqa dilçilik dərnəyi” tərəfindən 1935-ci ildən 
“Slovo a Slovesnost” adlı jurnal buraxılmışdır. Bu jurnal 
və dərnək bir sıra ölkələrin dilçilərini özünə cəlb etmiş-
dir. İstər dərnəyin müzakirələrində, istərsə də jurnalın 
səhifələrində keçmiş Sovet İttifaqı, ABŞ, Fransa, İngiltərə, 
Hollandiya, Danimarka, Polşa və başqa ölkələrin dilçiləri 
çıxış etmişlər.
Praqa dilçilik məktəbi proqramının əsasında sistem və 
funksiya anlayışları durur. Praqalılar sistem anlayışını dil 
vahidlərini təcrid olunmuş şəkildə götürən “gənc qram-
matiklər”in avtomizminə qarşı qoyurdular. Onlar dildə 
müəyyən kateqoriyalara aid sistemlər olduğunu, bunların 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
120
bir-birindən asılı olduqlarını və nəhayət, bir-birini tamam-
ladıqlarını göstərirdilər.
Praqa məktəbinin dilçiləri öz konsepsiyalarında 
funksiya anlayışına geniş yer verirdilər. Onlar linqvistik 
təhlilə funksional baxımdan yanaşmağı lazım bilirdilər. 
Dil hadisələrini vəzifələrinə görə təhlil etmək tərəfdarı 
olan Praqa məktəbi funksional dilçilik adlandırılır və bu 
aspekt də də xarakterizə olunur. Ümumiyyətlə, funksiona-
lizm Praqa dilçilik məktəbinin fərqləndirici əlamətidir.
Praqa dilçilik məktəbinin ən böyük xidməti fonologi-
ya sahəsindədir. Fonologiya məsələləri N.S.Trubetskoyun 
1939-cu ildə çap etdirdiyi “Fonologiyanın əsasları” adlı məş-
hur əsərində daha geniş şərh olunmuşdur. Trubetskoy 
dillə nitqin fərqli olduğunu əsas götürərək, nitqin səsləri 
haqqında təlimi fonetika, dilin səsləri haqqında təlimi isə 
fonologiya adlandırmışlar. N.S.Trubetskoy öz əsərində təx-
minən 200 müxtəlif dilin fonoloji xarakteristikasını vermiş-
dir. N.S.Trubetskoy və digər dilçilər tədqiqat prosesində 
səsin bütün xüsusiyyətlərini nəzərə almış və onun fərqlən-
dirici əlamətlərinə xüsusi nəzər yetirmişlər. “Fonologiya-
nın əsasları” adlı əsərdə Praqa dilçilərinin fonologiya sahə-
sində elmi fəaliyyətləri yekunlaşdırılmışdır.
Praqa məktəbinin üzvləri dilçiliyin bir çox məsələləri 
ilə də məşğul olmuşlar. Qrammatika sahəsində təbliğatlar 
aparılmış, dillərin tipologiyasına dair fikirlər söylənilmiş, 
dil ittifaqı problemi irəli sürülmüşdür və s.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   63   64   65   66   67   68   69   70   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish