1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet65/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   61   62   63   64   65   66   67   68   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

1. CENEVRƏ DİLÇİLİK MƏKTƏBİ
Ferdinand de Sössürün ideyaları əsasında yaranmış bu 
məktəbin üzvləri onun şagirdlərindən A.Seşe və Ş.Balli idi.
A.Seşe (Sechehaye) F. de Sössürün tələbəsidir. O, 
1927-ci ildə “Ümumi linqvistikanın Cenevrə məktəbi” adlı 
mə qaləsi ilə çıxış etmişdir. Adından da bəlli olduğu kimi, 
mə qalə Cenevrə məktəbindən bəhs edir. A.Seşe öz elmi 
fəaliyyətini, əsasən, sintaksis probleminə həsr etmiş, bu 
məsələlərlə daha ətraflı məşğul olmuşdur.
Şarl Balli (Bally, 1865–1947) Cenevrə dilçilik məktə-
binin ən görkəmli nümayəndəsidir. O, daima öz müəllimi 
F. de Sössürün ideyalarına sadiq qalmışdır.
Ş.Balli, əsasən, roman dillərinin qrammatik quruluş-
larına və üslub cəhətlərinə aid axtarış və təhlillər aparmış-
dır. Onun əsas əsərləri “Fransız üslubiyyatı” (1909), “Dil və 
həyat” (1913), “Ümumi linqvistika və fransız dili məsələləri” 
(1932) adlı elmi tədqiqatlarıdır. Bu əsərlərdə Balli linqvis-
tik üslubiyyatın nəzəri əsaslarını yaratmışdır. Üslubiyyat 
probleminə dair nəzəriyyə Ballinin dilçilikdə ən böyük 
xidmətlərindəndir.
2. PARİS DİLÇİLİK MƏKTƏBİ
Sosiologizm cərəyanının ikinci mühüm məktəbi Paris 
dilçilik məktəbidir. Bu məktəbin ən görkəmli üzvləri Antu-
an Meye və onun tələbəsi Jozef Vandriyesdir.
Antuan Meye (Antoine Meillet, 1866–1936). XX əsr 
Fransa dilçiliyinin başçısı A.Meye elmi fəaliyyətə XIX əsrin 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
116
sonlarından başlamışdır. O, 1906-cı ildən Paris Dilçilik Cə-
miyyətinin dəyişilməz katibi və onun bülleteninin redak-
toru olmuşdur. A.Meyenin elmi irsi çox zəngindir. O, 24 
kitabın, 540 elmi məqalənin müəllifidir. Onun əsas əsərlə-
rinə bunları misal göstərmək olar: “Hind-Avropa dillərinin 
müqayisəli öyrənilməsinə giriş” (1903), “Tarixi dilçilikdə müqa­
yisəli metod” (1925), “Klassik dillərin müqayisəli qrammatika­
sı” (1925), “Latın dilinin tarixi oçerki” (1928), “Ümumslavyan 
dili” (1934) və s.
A.Meyenin əsərlərinin biblioqrafiyasından aydın olur 
ki, onu təkcə müasir hind-Avropa dilləri deyil, klassik dil-
lər də maraqlandırmışdır. Elə bir hind-Avropa dili tapıl-
maz ki, Meye yaradıcılığında ondan bəhs etməmiş olsun. 
Onun əsərlərində german və slavyan dilləri, qədim yunan, 
toxar, latın və sair dillər geniş tədqiq edilir.
Dilçiliyin tarixində A.Meye, əsasən, hind-Avropa dil-
lərinin müqayisəli qrammatika sahəsinin ixtisasçısı kimi 
məşhurdur. A.Meyenin müqayisəli qrammatikaya dair 
görüşləri onun “Hind-Avropa dillərinin müqayisəli öyrə-
nilməsinə giriş” adlı sanballı əsərində öz əksini tapmışdır. 
O, müqayisəli-tarixi qrammatika sahəsində Avropa dilçi-
liyinin ən yaxşı ənənələrini davam və inkişaf etdirmişdir.
A.Meyenin diqqətini dialekt məsələləri də cəlb etmiş-
dir. Onun əsərlərinin bir qismi hind-Avropa dilləri dialekt-
lərinin tədqiqinə həsr edilmişdir.
A.Meye linqvistik tədqiqatın metod və prinsipləri ilə 
xüsusi olaraq maraqlanmışdır. O, bu problemə toxunarkən 
müqayisəli-tarixi metodda qüsurlar olduğunu göstərir və 
bunun təkmilləşdirilməsini təklif edirdi. Meye deyirdi ki, 
müqayisəli-tarixi metodu XIX əsrdəki kimi eynilə tətbiq et-
mək olmaz.
Öz nəzəri mövqeyinə müvafiq olaraq, A.Meye dilin 
bir çox hadisələrini sosioloji planda izah etməyə çalışmış-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
117
dır. O, sözlərin mənalarının sosioloji əlamətlərinə görə 
dəyişdiyini göstərirdi. Onun fikrincə, bu və ya başqa söz 
geniş sosioloji qrupdan məhdud qrupa keçdikdə onun mə-
nası daralır. Əksinə, məhdud sosioloji qrupdan geniş qru-
pa daxil olanda isə məna genişlənir.
Sosiologizm ideyası fransız dilçiliyində Meyenin müa-
sirləri və davamçılarından F.Bruno, M.Qrammon, A.Doza, 
J.Maruzo, J.Vandriyesin əsərlərində də özünə yer tapmışdır. 
Bunlardan J.Vandriyesin fəaliyyəti diqqəti daha çox cəlb edir.
Jozef Vandriyes dilçilikdə sosiologizm cərəyanının 
məşhur nümayəndələrindən hesab olunur. Əsasən, klassik 
dillər üzrə ixtisasçıdır. Onun kelt dilinə dair də tədqiqat-
ları vardır. J.Vandriyes ümumi dilçilik problemləri ilə çox 
maraqlanmış və bu sahədə onun bir sıra elmi çıxışları ol-
muşdur. Onun “Dil” adlı əsərində dilçiliyin ən vacib prob-
lemlərinə toxunulmuşdur. Vandriyes dili sosioloji fakt 
hesab etmiş və dil hadisələrinin təhlilinə də bu baxımdan 
yanaşmışdır.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   61   62   63   64   65   66   67   68   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish