1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet62/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   58   59   60   61   62   63   64   65   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I


Часть I, М., 1960, C. 298.
2
Yenə orada, c. 266.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
111
Neolinqvistlər dilçiliyin tarixində qiymətli olan bir 
sıra “areal” tədqiqatlar aparmışlar. Buna görə də neolinq-
vistikaya bəzən areal dilçilik də deyilir.
“Areal” termini fransız mənşəli olub, hazırkı dil ha-
disəsinin bir dildə və ya dialektdə, yaxud da qohum dil 
qrupunda yayılmasını bildirir.
“Gənc qrammatiklər”dən fərqli olaraq, neolinqvistlərin 
də dilçiliyin inkişaf tarixində müəyyən xidmətləri olmuşdur. 
Onların ən böyük xidmətləri dilçilik coğrafiyası sahəsindədir.
XX əsrin əsas dilçilik cərəyanları və 
Ferdinand de Sössür
XX əsrdə linqvistik fikir müxtəlif elmi dilçilik cərə-
yanlarında inkişaf edirdi. Bu əsrdə yalnız Avropada deyil, 
dünyanın başqa qitələrində, o cümlədən Amerikada da 
linqvistik fikir sürətlə inkişaf etməyə başlamış, müxtəlif 
ölkələrdə yeni-yeni cərəyanlar və həmin cərəyanlara məx-
sus elmi dilçilik məktəbləri yaranmışdır. XX əsrdə diqqəti 
cəlb edən başlıca cərəyanlar – sosioloji cərəyan və struk-
turalizm cərəyanıdır. Bu cərəyanların meydana gəlməsin-
də görkəmli İsveçrə dilçisi Ferdinand de Sössürün dilçilik 
nəzəriyyəsinin böyük təsiri olmuşdur. Belə ki, onun dil 
haqqında təliminin bir çox nəzəri müddəaları adlarını çək-
diyimiz cərəyanların və eyni zamanda digər elmi məktəb-
lərin bünövrəsini təşkil etmişdir.
Ferdinand de Sössür (Ferdinand de Sa-
ussura, 1857–1913) XX əsr dilçiliyinin ən 
böyük simalarındandır. Dilçilik tarixində 
onun yeri son dərəcə şərəflidir.
Sössür Cenevrədə anadan olmuş-
dur. O, uşaq ikən dil öyrənməyə böyük 
həvəs göstərmiş, latın və yunan dillərini 
dərindən mənimsəmişdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
112
Sössür təhsilə Cenevrə Universitetində başlamış, 
Leypsiqdə təhsilini davam etdirmişdir. Leypsiq Universi-
tetində oxuyarkən ona “gənc qrammatiklər”dən K.Bruq-
man, G.Osthof, A.Leskin dərs demişlər. Sössür tələbə 
ikən, 19-20 yaşlarında elmi tədqiqatla məşğul olmuşdur. 
O bu dövrdə hind-Avropa dillərinin saitlərinə dair çap 
etdirdiyi əsərlərindəki ideyalarla öz müəllimlərini arxada 
qoymuşdur.
De Sössür 1880-ci ildən Parisdə yaşamış, Paris linq-
vistik cəmiyyətində fəal iştirak etmişdir. 1884-cü ildən ali 
məktəblərdə mühazirələr oxumağa başlamışdır.
F. de Sössür 1891-ci ildə vətəni Cenevrəyə qayıtmış, 
Cenevrə Universitetində sanskrit və hind-Avropa dilləri-
nin müqayisəli qrammatikası sahəsində mühazirələr oxu-
muşdur. Həmin universitetdə Ümumi dilçilik kafedrasına 
rəhbərlik də etmişdir.
F. de Sössür 1906-1912-ci illərdə Cenevrə Universite-
tində 3 dəfə “Ümumi dilçilik kursu”nu oxumuşdu. Dilin 
ümumi nəzəriyyəsinə dair onun oxuduğu bu mühazirələri 
ölümündən sonra tələbələrindən A.Seşe və Ş.Balli “Ümumi 
linqvistika kursu” adı altında çap etdirmişlər.
“Ümumi linqvistika kursu” kitabı nəşr olunduğu za-
mandan etibarən alimlərin diqqətini cəlb etmiş, dilçilikdə bö-
yük hadisə kimi qarşılanmışdır. Bu əsər az vaxt içərisində ge-
niş yayılmış, bir çox dillərə, o cümlədən rus dilinə də tərcümə 
edilmişdir. Ümumdünya şöhrəti tapmış “Ümumi linqvistika 
kursu” əsərinin başlıca əhəmiyyəti ondan ibarətdir ki, burada 
dilçilik elminin spesifikası, onun obyekti dəqiq müəyyənləş-
dirilmişdir. Məlumdur ki, F. de Sössürə qədərki dilçilərin bir 
çoxu dilə məntiqi, psixoloji, fizioloji və digər mövqedən ya-
naşmış və bunun əsasında da dilçiliyi düzgün işıqlandırma-
mışlar. Sössür dili ictimai hadisə kimi qəbul edir və deyirdi: 
“Dilçiliyin yeganə və əsl obyekti dildir...”


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
113
F. de Sössürün linqvistik konsepsiyası dilçilik elmi 
üçün böyük əhəmiyyətə malikdir. Burada dilçilik elminin 
bir çox yeni və ən mühüm məsələlərinin şərhinə xüsusi yer 
verilmişdir. Bunlardan bir neçəsini göstərək.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   58   59   60   61   62   63   64   65   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish