1. ÜMumi DİLÇİLİk I indd


XX ƏSRDƏ DİLÇİLİYİN İNKİŞAFI



Download 10,63 Mb.
Pdf ko'rish
bet57/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   53   54   55   56   57   58   59   60   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

2.07. XX ƏSRDƏ DİLÇİLİYİN İNKİŞAFI
Müasir dövr dedikdə əsrimiz – XX əsr nəzərdə tutu-
lur. Cəmiyyətin tarixində XX əsr böyük elmi nailiyyətlər, 
əvəzsiz kəşflər dövrüdür. Bu əsrin əvvəllərindən başlaya-
raq istər təbiət elmlərinin, istərsə də ictimai elmlərin bütün 
sahələrinin heç bir dövrlə müqayisə edilə bilməz dərəcədə 
tərəqqi etməsinin bünövrəsi qoyulmuşdur.
XX əsrin üç rübündə dilçilik elmi də öz tarixi üçün 
böyük əhəmiyyətə malik olan əhatəli yol keçmişdir. Bu 
illərdə dilçiliyin nəzəri sahəsi geniş inkişaf etmiş, tətbiqi 
dilçilik sahəsində isə bir çox nailiyyətlər qazanılmışdır. 
Bir-birindən fərqlənən yeni dilçilik cərəyanları və məktəb-
ləri meydana çıxmış, dilçiliyin bəzi nəzəri fənləri yaradıl-
mış, bununla bərabər, dilçiliyin daha bir sıra elmi metodla-
rı formalaşmış, mövcud metodları isə dəqiqləşdirilmiş və 
təkmilləşdirilmişdir.
Ümumiyyətlə, XX əsrdə dilçilik elminin “coğrafiyası” 
geniş miqyasda dəyişilmişdir. XX əsrdə dilçilik elminin 
Şərq dilçiliyi, Amerika dilçiliyi kimi sahələri tərəqqi etmiş-
dir ki, bunlar indi müasir dilçiliyin qabaqcıl dəstələridir
1
.
1
Bax: V.İ.Koduxov. Göstərilən əsəri, səh. 79.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
104
XX əsrdə dilçiliyin inkişafı bu və ya digər bir cərəyan 
və məktəbin fəaliyyətində təsəvvür edilə bilməz. Bunun 
üçün əsrimizdə təşəkkül tapmış bütün əsas cərəyan və 
məktəbləri, həm də dilçiliyin inkişafına dair yeni yollar ax-
tarılmasını nəzərdən keçirmək lazımdır.
XX əsrin başlanğıcında “gənc qrammatiklər”in 
tənqidi və dilçilikdə yeni yollar axtarılması
Dilçiliyin inkişaf tarixində XX əsrin əvvəlləri bir sıra cəhət-
lərlə fərqlənir. XIX əsrin II yarısında “gənc qrammatiklər”in 
əldə etdikləri böyük kəşflərdən sonra XX əsrin ilk illərində dil-
çilikdə müəyyən dərəcədə sükut əmələ gəlmişdi. Həmin illəri 
dilçiliyin böhran dövrü adlandıranlar da olmuşdur
1
.
Məlumdur ki, “gənc qrammatiklər” dilçilik elmi üçün 
bir çox yeniliklər gətirmiş, qiymətli fikirlər irəli sürmüşlər. 
Lakin bununla bərabər, onların əsərlərində mübahisə do-
ğuran və hətta səhv olan cəhətlər də yox deyildir. Bunlar-
dan bəzilərini nəzərdən keçirək.
1) “Gənc qrammatiklər” dil vahidlərinin qarşılıqlı tə-
sirinə diqqət vermirdilər; 2) dialektlər arasında qarşılıqlı 
əlaqə və təsiri nəzərə almırdılar; 3) dilin sistemini kifayət 
qədər aydınlaşdırmırdılar; 4) dilçiliyin bəzi köklü prob-
lemlərinin müzakirəsindən imtina edirdilər (məsələn, 
onlardan bir çoxu dilin əmələ gəlməsi problemini dilçilik 
üçün lazım bilmir, bu problemin fəlsəfi obyekt olduğunu 
göstərirdi; 5) dilin tarixi inkişafını tədqiq etməkdə qədim 
yazılı abidələrin əhəmiyyətini heçə endirirdilər.
“Gənc qrammatiklər”in bu qüsurları dilçilər tərəfin-
dən kəskin tənqidə məruz qalmışdır. Deməliyik ki, onla-
rın tənqidinə hələ XIX əsrin axırlarından başlanılmışdır. 
“Gənc qrammatiklər”in tənqid edilməsi ilə yanaşı, həm də 
1
V.A.Zveginsev. Göstərilən əsəri, səh. 264.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
105
dilçiliyin müxtəlif istiqamətlərində yeni yollar axtarılmış-
dır. Buna görə də dilçiliyin tarixində XIX əsrin sonu, XX 
əsrin əvvəli “gənc qrammatiklər”in kəskin tənqidi və yeni 
yollar axtarılması ilə xarakterikdir
1
.
Bu illərdə “Gənc qrammatiklər” cərəyanının əleyhinə 
mövqe tutan bir neçə yeni dilçilik cərəyanı və elmi məktəb 
yaranmışdır. Buraya “Sözlər və şeylər” məktəbi, estetik ide-
alizm məktəbi və neolinqvistika cərəyanı aiddir.
Bu cərəyan və məktəblərin, “gənc qrammatiklər”in 
tənqidinə yönəlməsinə baxmayaraq, heç biri özünə əvəzsiz 
şöhrət qazandıran böyük dilçilik nəsli yetirməkdə xüsusi 
nailiyyətlər əldə etmiş həmin dilçilik cərəyanının səviyyə-
sinə qalxa bilməmişdir.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   53   54   55   56   57   58   59   60   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish