1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet55/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   51   52   53   54   55   56   57   58   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

Moskva dilçilik məktəbi
XIX əsrin 70–80-ci illərində Rusiyada iki linqvistik 
elmi məktəb yaranmışdır. Bunlardan biri Moskva dilçilik 
məktəbi, digəri isə Qazan dilçilik məktəbi adlanırdı. Dilçi-
lik məktəblərinin nümayəndələri, əsasən, universitet pro-
fessorları idi.
Moskva dilçilik məktəbi özünün ümummetodoloji 
quruluşuna görə Leypsiq məktəbinə yaxın idi
1
. Məlum ol-
duğu kimi, Leypsiq məktəbi “gənc qrammatiklər”in tərkib 
hissəsi kimi götürülürdü.
Moskva dilçilik məktəbinə F.F.Fortunatov başçılıq edir-
di. Onun yaratdığı bu məktəb müəyyən zaman ərzində bir 
sıra görkəmli alimləri özünə cəlb etmiş və çox böyümüşdü. 
Rus alimlərindən A.A.Şaxmatov, M.M.Pokrovski, V.N.Şep-
kin, A.İ.Tomson, D.N.Uşakov, M.N.Peterson və başqaları 
1
Т.А.Амирова, Б.А.Олховников, Ю.В.Рождественский. Очерки по истории лингвисти-
ки. M., 1975, c. 440.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
99
F.F.Fortunatovun tələbələri və ardıcılları olmuşlar. Moskva 
dilçilik məktəbi xaricdə də məşhurlaşmışdı. Xarici ölkələr-
dən Fransa, Almaniya, Hollandiya, Rumıniya, Yuqoslaviya 
və digər yerlərdə Fortunatovun şagirdləri var idi.
F.F.Fortunatov (1848–1914). XIX əsrin sonunda yetişmiş 
görkəmli dilçilərdən biri olan Filipp Fyodoroviç Fortunatov 
gənc yaşlarından dilçilik elminə xüsusi həvəs göstərmişdi. 
O, görkəmli rus dilçisi F.İ.Buslayevin tələbəsi olmuşdur.
F.F.Fortunatovun elmi irsi çox geniş və zəngindir. O, 
dövrünün filoloqlarını düşündürən bir sıra mürəkkəb prob-
lemləri elmi səpkidə öz mühazirələrində işıqlandırmışdır.
Fortunatovun linqvistik ideyalarını iki qismə bölmək 
olar: a) ümumdilçilik problemlərinə aid fikirləri; b) hind-Av-
ropa dillərinin müqayisəli-tarixi istiqamətdə öyrənilməsinə 
dair fikirləri.
Ümumi dilçilik sahəsində F.F.Fortunatov dil və təfəkkü-
rün münasibəti problemi ilə daha çox məşğul olmuşdur. O 
deyirdi ki, təfəkkür dildən, dil isə təfəkkürdən asılıdır. F.For-
tunatov dillə təfəkkürün münasibətini aydınlaşdırarkən mü-
hakimə və cümlə məsələlərinin şərhinə geniş yer vermişdir.
F.Fortunatov dil və təfəkkür problemi ilə yanaşı daha 
bir sıra ümumi dilçilik problemləri ilə, o cümlədən dillərin 
tipoloji təsnifi, dillə cəmiyyətin münasibəti və s. məsələlər-
lə xüsusi olaraq maraqlanmışdır.
XIX əsrin sonunda hind-Avropa dillərinin müqayisəli 
yolla öyrənilməsində xüsusi yerlərdən birini F.Fortunatov 
tutur. O, hind-Avropa dillərinin müqayisəli fonetika və 
qrammatikasının öyrənilməsi sahəsində çox məşhur si-
malardandır. F.Fortunatovu hind-Avropa dilləri ailəsində 
slavyan və Baltik dilləri daha çox cəlb etmişdir. Onun geniş 
yayılmış əsərləri bunlardır: “Müqayisəli dilçilik”, “Flind-Av­
ropa dillərinin müqayisəli fonetikası”, “Müqayisəli morfologiya” 
və s.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
100
F.Fortunatov istər bu adıçəkilən əsərlərində, istərsə də 
mühazirə və digər qeydlərində müqayisəli-tarixi metodun 
daha da təkmilləşdirilməsinə çalışmışdır.
F.Fortunatovun yaratdığı qrammatika nəzəriyyəsi də 
elmi cəhətdən çox qiymətlidir. Onun söz birləşmələri, sö-
zün quruluşu haqqında təlimi dilçilik elminin inkişafında 
xüsusi əhəmiyyətə malikdir. Bütün bu elmi fəaliyyəti ilə 
yanaşı, F.Fortunatov öz dövründə dilçi alimlərin böyük bir 
dəstəsini tərbiyə edib yetişdirmişdir.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   51   52   53   54   55   56   57   58   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish