1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet241/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   237   238   239   240   241   242   243   244   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

II şəxs
 
III şəxs
Sənin qardaşına
Onun qardaşına
Sənin evinə 
 
Onun evinə
Sənin əməyinə 
 
Onun əməyinə
Diqqətlə fikir verildikdə məlum olur ki, III şəxsdə 
“qardaşına” demək mümkün deyildir.
4. DİLİN LÜĞƏT TƏRKİBİNİN İNKİŞAFI
Hər bir dilin ibtidai dövründə onun lüğət tərkibi 
son dərəcə kasıb olur. Lakin lüğət tərkibindəki bu kasıb-
lıq xalqın hərtərəfli inkişaf tarixi ilə bağlı olaraq get-gedə 
zənginləşmə prosesi ilə əvəz olunur. Lakin lüğət tərkibi 
öz inkişafında müəyyən mərhələlər və dövrlər keçirir. Bu 
mərhələ və dövr lər əsasında lüğət tərkibi dialektik inkişaf 
prosesinə malikdir. Həmin inkişaf prosesi nəticəsində di-
lin lüğət tərkibində baş verən dəyişikliklər müxtəlif tipli 
olur. Xalqın həyatının inkişafında baş verən dəyişikliklər 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
433
öz əksini birinci növbədə dilin lüğət tərkibində əks etdirir. 
Bunun nəticəsində dilə yeni sözlər daxil olur. Lakin qeyd 
etmək lazımdır ki, həmin yeni sözlər dilin daxili qayda- 
qanunları əsasında yaranır. Əks təqdirdə o, heç kim tərə-
findən başa düşülə bilməz. XX əsrin əvvəllərində yeni 
ictimai quruluşun meydana gəlməsi ilə əlaqədar olaraq 
Azərbaycan dilinə qardaşlıq, dostluq, nümayişçi, tətilçi, bəra­
bərlik, işçi, komsomolçu və s. yeni sözlər daxil olmuşdur. Gö-
ründüyü kimi, həmin sözlər Azərbaycan dilinin morfoloji 
sözyaratma modelləri //-çı
4
/, /-lıq
4
// əsasında yaranmışdır.
Dildə yeni sözlərin işlənmə dərəcəsi eyni olmur və 
bunlar dilin zənginləşməsi və inkişafına eyni dərəcədə 
təsir göstərə bilmir. Buna görə də onların bir qismi dilin 
lüğət tərkibini zənginləşdirməyə xidmət edirsə, digər 
qismi (dilin daxili qayda-qanunlarına uyğun gəlməyən-
ləri) dilin inkişafına əngəl törədir. Azərbaycan dilinin 
lüğət tərkibinin zənginləşməsi və inkişafında ərəb, fars, 
türk, rus və başqa dillərə məxsus alınmaların müəyyən 
hissəsi mühüm rol oynamışdır. Bununla bərabər, Azər-
baycan dilinin lüğət tərkibinə daxil olmuş bir çox alın-
malar get-gedə öz işləklik dərəcəsindən düşmüş və sıra-
dan çıxmaqdadır. Məsələn, rubəru, ərzi-hal, nöqteyi-nəzər, 
tərəfi-müqabil, maddeyi-sübut, hakimi-mütləq, Kürreyi-ərz, 
kultura, revolyusioner və s.
Dildə bir qrup sözlərin arxaikləşməsi də lüğət tərki-
binin inkişaf istiqaməti kimi qiymətləndirilir. Çünki lüğət 
tərkibindəki sözlərin bir qismi hər hansı tarixi inkişafı nə-
ticəsində arxaikləşib öz işləkliyini itirir. Məsələn, Azər-
baycan dilinin XX əsrdən əvvəlki mərhələlərində işlənən 
xan, nökər, yüzbaşı, qalxan, qılınc, baqqal, divanxana, mədrəsə, 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
434
mollaxana, xış, cütçü və s. sözlər ifadə etdikləri anlayış və 
məfhumların sıradan çıxması ilə əlaqədar dildə köhnəl-
məyə başlamışdır. İndi həmin sözlərdən yazıçı və şairlər 
öz əsərlərində keçmiş həyat lövhələri yaradarkən istifadə 
edirlər.
Yer üzündə dünya xalqları bir-biri ilə çoxcəhətli əla qə-
lərə malik olduğuna görə onların dilləri də qarşılıqlı şəkil-
də bir-birinə təsir göstərir və bir-birini zənginləşdirir.
Dilin lüğət tərkibinin inkişaf prosesi xalqın tarixi 
inkişafı ilə vəhdət təşkil edir. Xalqın tarixini izləmədən 
lüğət tərkibindəki inkişaf meyillərini aşkar etmək müm-
kün olmaz. Hər bir xalqın tarixi ictimai-siyasi, iqtisadi, 
mədəni, təsərrüfat hadisələri ilə zəngindir. Bu mürək-
kəb və çoxcəhətli xalq tarixi dilin lüğət tərkibində leksik 
vahidlər şəklində ifadə olunur. Dilin lüğət tərkibinə yeni 
söz və ifadələrin daxil olması, sözlərin yeni məna kəsb 
etməsi, sözlərin arxaikləşməsi, sözün mənasını itirməsi, 
alınmaların dilə daxil olması və s. dil hadisələri xalqın 
tarixi izlərini lüğət tərkibində həkk edib möhkəmlən-
dirir. Müasir Azərbaycan dilində arxaikləşmə, sözlərin 
yeni məna kəsb etməsi, alınmalar və s. dil materialları-
nın öyrənilməsi təbii olaraq Azərbaycan xalqının tarixi 
ilə bağlı aparılır.
Dilin inkişafından bəhs edən əsərlərdə dillərin başlı-
ca inkişaf dövrləri cəmiyyətin inkişaf dövrləri ilə əlaqədar 
öyrənilir.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   237   238   239   240   241   242   243   244   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish