1. ÜMumi DİLÇİLİk I indd


B. TƏTBİQİ DİLÇİLİYİN ƏSAS ŞÖBƏLƏRİ



Download 10,63 Mb.
Pdf ko'rish
bet160/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   156   157   158   159   160   161   162   163   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

B. TƏTBİQİ DİLÇİLİYİN ƏSAS ŞÖBƏLƏRİ
Tətbiqi dilçiliyin bir sıra şöbələri formalaşmışdır. Bun-
lardan ən başlıcaları aşağıdakılardır: qrafika, orfoqrafiya, 
orfoepiya, leksikoqrafiya və linqvotərcüməşünaslıq
1
.
1. QRAFİKA ŞÖBƏSİ
Qrafika çox geniş anlayışdır. Qrafika anlayışına yal-
nız dilçilik elmində deyil, başqa sahələrdə, o cümlədən 
incəsənətdə də təsadüf olunur. Qrafika yunan dilindəki 
graphikos sözündəndir; həmin dildə “şəkli çəkilmiş” məna-
sını ifadə edir.
İncəsənətdə qrafika təsviri sənətin bir növünə deyilir. Bu 
növə aid olan rəsm əsərləri cizgilər və xətlərlə çəkilmiş olur.
Dilçilikdə qrafika dil haqqında elmin bir şöbəsi olub, 
yazıda istifadə olunan xətlərin yazılması (cızılması) forma-
ları, bu və ya digər hərfin hansı səsi, yaxud səsləri bildir-
məsi, necə oxunması və sair məsələlər aydınlaşdırılır.
Dilçilik qrafikasının tarixi XIX əsrdən başlayır. Bu əsr-
də alimlər hərflə səs arasında olan fərqi, ayrı-ayrı hərflərin 
quruluş və formasındakı xüsusiyyətləri müşahidə etmiş, 
bu barədə müəyyən mülahizələr irəli sürmüşlər. Bunun-
la da qrafika şöbəsi yaranmış, onun mövzusu, məqsədi 
müəyyənləşmişdir.
1
Afad Qurbanov. “Azərbaycan dilçiliyi problemləri”. Bakı, 2004.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
274
Qrafika şöbəsi iki hissədən ibarətdir: a) yazıdakı xət-
lərin məcmusunun xarakteristikası; b) hərflərlə səslərin 
münasibəti.
Yazıdakı xətlərin xarakteristikası. Hər hansı konkret 
bir yazıda istifadə olunan xətlərin miqdarını müəyyənləş-
dirmək, onların xüsusiyyətlərini şərh etmək qrafikanın 
başlıca məsələlərindəndir. Yazıdakı xətlərin miqdarı, məc-
musu dedikdə hərflərin, vurğu və durğu işarələrinin for-
maları, həcmi, quruluşu nəzərdə tutulur
1
.
Ümumiyyətlə, yazıda istifadə olunan yazı tiplərinə 
məxsus bütün işarələrin məcmusu (piktoqram, ideoqram, 
silloqram qalıqları da) qrafik sistemə aid edilir
2
.
Hər bir milli qrafik sistemdə hərflər istər miqdar və 
istərsə də cızılma xüsusiyyətlərinə görə digər vasitələrə 
nisbətən başlıca və geniş mövqe tutur. Əvvəlcədən qeyd 
etməliyik ki, bu qrafik vasitələrin cızılması şərti xarakterə 
malikdir. Burada heç bir cəhət, hətta səslərin fonetik yaxın-
lığı belə nəzərə alınmır. Məsələn, fonetik cəhətdən yaxın 
olan “p”  “b”, “t”  “d”, “v”  “f” səslərinin yazılışı 
üçün tamamilə fərqli hərflər işlənilir.
Mövcud fonoqrafik yazılardakı hərflər ölçülərinə, qu-
ruluş və formasına görə fərqlənir.
Hərflərin ölçüləri. Lap qədim fonoqrafik yazılarda hərf-
lərin bir cür yazılışı vardır. Lakin yazının tarixi inkişafı ilə 
əlaqədar bir sıra yazılarda hərflərin iki cür yazılışı əmələ 
gəlib formalaşmışdır. Belə yazılara yunan, latın və slavyan 
yazı sistemlərini misal göstərmək olar. Bu yazıların qrafi-
kası əsasında yaranmış əlifbaların çoxunda hərflər ölçülə-
rinə görə iki qrupa bölünür: böyük hərflər, kiçik hərflər
3
.
1
В.Ф.Иванов. «Современный русский язык, графика и орфография». M., 1966, c.11.
2
Bax: А.А.Реформатский. «Введение в языкознание». M., 1967, c. 365-366.
3
Hərfləri bir cür yazılan yazılar indi də vardır. Məsələn, gürcü yazı sistemində hərflər böyük 
və kiçiyə görə fərqlənməyib, yalnız bir şəkildə yazılır.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
275
Böyük hərflər. Böyük hərflərə, eyni zamanda, baş hərflər 
də deyilir. Qədim fonoqrafik yazılarda, o cümlədən latın 
yazılarında vahid qrafem işarə kimi istifadə olunmuş, baş 
hərflərin işlənmə dairəsi sonralar müəyyən dərəcədə məh-
dudlaşmışdır. Belə ki, latın yazısı bizim eranın III əsrinə 
kimi ancaq baş hərflərlə yazılmış, lakin həmin dövrdən 
başlayaraq böyük hərfdən cümlənin əvvəlindəki sözün ilk 
səsinin yazılmasında istifadə edilmişdir. İndi müasir yazı-
larda böyük hərflərin işlənmə yeri, vəzifəsi müəyyənləş-
dirilmişdir. Böyük və kiçik hərfləri olan yazılarda abzasın, 
cümlənin əvvəlində, abreviaturların (APU, ADU, TEC), 
şüarların, lövhələrin, başlıqların, xüsusi isimlərin yazılı-
şında böyük hərflərdən istifadə olunur. Lakin nəzərə alın-
malıdır ki, baş hərflərin vəzifələri, işlənmə qaydaları eyni 
tipli yazıların hamısında vahid şəkildə deyil. Bunu aydın 
təsəvvür etmək üçün Azərbaycan və alman dillərində yal-
nız isimlərin yazılışını xatırlamaq kifayətdir. Belə ki, Azər-
baycan yazısında xüsusi isimləri bildirən sözlərin ilk hərfi 
böyük yazıldığı halda, alman yazısında bütün isimlər bu 
qaydada, yəni böyük hərflərlə yazılır.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   156   157   158   159   160   161   162   163   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish