1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet148/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   144   145   146   147   148   149   150   151   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

7. MORFOLOJİ KATEQORİYALAR
Dildə eynicinsli morfoloji hadisələr kateqoriyalar təş-
kil edir. Məsələn, türk dillərində bu kimi kateqoriyalar var-
dır: hal, kəmiyyət, şəxs, zaman və s.
Dildə morfoloji kateqoriyaları təyin etmək üçün 
müəyyən prinsiplərə istinad olunur. Məsələn, kəmiyyət 
1
Bax: N.Məmmədov. Azərbaycan dilçiliyinin nəzəri əsasları. Bakı, 1971, səh. 269-270.
2
Bax: M.Hüseynzadə. Müasir Azərbaycan dili. Bakı, 1973, səh. 309-326.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
256
kateqoriyasını müəyyən etmək üçün həmin kateqoriyaya 
aid vahidlərin qarşılaşdırılması (ev-evlər, adam-adamlar, ki­
tab-kitablar) prinsipindən istifadə olunur; nəticədə ev, adam 
tək, evlər, adamlar, kitablar cəm anlayışını bildirdiyi aşkar 
edilir.
Ümumiyyətlə, demək olar ki, bütün morfoloji kateqo-
riyaları müəyyənləşdirməkdə sözlərin əsas mənasına is-
tinad etməklə onları qarşılaşdırmaq prinsipindən istifadə 
edilir.
Morfoloji kateqoriyalar bütün dillərin hamısında eyni 
formada deyil. Məsələn, hal kateqoriyasının Azərbaycan 
dilində 6, alman dilində 4, gürcü dilində 7, eston dilində 14 
forması vardır
1
. Yaxud, cins kateqoriyasının fransız dilində 
2 (kişi və qadın), rus dilində 3 (kişi, qadın və orta) forması 
mövcuddur.
Bu və ya başqa dildə mövcud olan morfoloji kateqo-
riya digər dildə olmaya bilər. Məsələn, türk dillərində cins 
kateqoriyası, eləcə də Afrika dillərinin bəzisində zaman 
kateqoriyası yoxdur. Afrika dillərində, o cümlədən vai di-
lində getdim, gedirəm, gedəcəyəm (gedərəm) formalarını bil-
dirmək üçün nta formasından istifadə edilir. Danışan hər 
bir şəxs hərəkətin vaxtını bildirmək üçün xüsusi sözlərdən 
istifadə edir. (İ.S.İlinskaya)
Dillərdəki bu fərqli cəhətlər ayrı-ayrı dillərin təbiətin-
dən irəli gələn xüsusiyyətlərdir.
Morfoloji tədqiqatın tarixi qədimdir. Bizim eradan 
əvvəl hələ V əsrdə hind alimləri dildə morfoloji hadisələri 
müşahidə etmiş, bu barədə bəzi fikirlər söyləmişlər.
Qədim və antik elmin nümayəndələri dildəki sözləri 
bir-birindən fərqləndirmiş və bunları nitq hissələrinə görə 
1
Ayrı-ayrı dillərdə hal kateqoriyasının formaları miqdarca bərabər ola bilər. Lakin bunlar 
məzmunca fərqlidir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
257
bölmüşlər. İlk dəfə dildə adlar (isim) və feillər müəyyən-
ləşdirilmiş, sonralar qalan sözlər bu iki nitq hissəsinə mü-
vafiq təsnif edilmişdir. Məsələn, adın (ismin) əlamətini bil-
dirən (sifət), miqdarını bildirən (say) və s.
Dillərin morfoloji xüsusiyyətləri başqa cəhətlərə nis-
bətən, demək olar ki, daha geniş və ətraflı işlənilmişdir. 
Ayrı-ayrı əsrlərdə, o cümlədən istər qədim dövrdə, istər 
XVI–XVIII əsrlərdə və istərsə də XIX əsrdə morfoloji tə-
dqiqat ön plana çəkilmişdir.
Müqayisəli və digər növ qrammatikalar yaradılarkən 
morfologiyaya aid mövzular dərindən tətbiq edilmişdir.
Müasir dilçilikdə morfologiya yüksək inkişaf etdiril-
miş şöbələrdən biri hesab olunur.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   144   145   146   147   148   149   150   151   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish