1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet111/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   107   108   109   110   111   112   113   114   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

4. Fonem variantları
Fonem variantları danışıq səslərinin müxtəlif mor-
femləri bir-birindən fərqləndirə bilməyən növüdür. Dildə 
1
Bax: Ю.С.Степанов. Основы общего языкознания. M., 1955, c. 87.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
197
leksik və qrammatik mənaların əmələ gəlməsində iştirak 
edən fonemləri bəzən onun mürəkkəb variantı əvəz edir. 
Bu zaman məsələyə heç bir xələl gəlmir. Azərbaycan dilin-
də sait və samit fonemlərin bu cəhətdən müxtəlif variantla-
rına rast gəlirik. Məsələn, saat, maaş sözlərində iki müstəqil 
a fonemi əvəzinə tələffüzdə onların bir uzun variantı (a
işlənir. Yaxud bağlayıcı, saxlayır, ağlayır sözlərindəki ikin-
ci hecaların a fonemi tələffüzdə ı variantı ilə əvəz olunur. 
Şübhəsiz, bu əvəzolunma mənaya heç bir xələl gətirmir, 
əksinə, nitq ədəbi tələffüz baxımından daha da cilalanır.
Qeyd etmək lazımdır ki, fonem variantları ədəbi dilin 
formalaşmasında köməkçi rol oynamaqla yanaşı, şivə və 
dialekt tələffüzündə də fəal iştirak edir.
5. Heca
Dildə heca ən mürəkkəb fonetik vahidlərdəndir. Dilçi-
likdə heca haqqında müxtəlif baxışlar mövcuddur. Bunla-
rın içərisində ən obyektiv mülahizə budur ki, heca danışıq 
nitqində ən kiçik fasilələrə ayrılan fonetik vahiddir. Hər 
bir hecanın tərkibindəki səslərdən biri yüksək tonla tələf-
füz olunur. Həmin səs heca əmələ gətirən səs hesab edi-
lir. Dillərin əksəriyyətində heca saitlərin iştirakı ilə əmələ 
gəlir. Belə ki, sözdə neçə sait varsa, o qədər də heca olur. 
Lakin dünyanın bir çox dillərində samitlərlə də (l, m, p, y
heca əmələ gəlir.
6. Heca tipləri
Tərkibində sait və samitlərin işlənmə yerinə görə dün-
ya dillərində hecaların ən müxtəlif tiplərinə rast gəlinir. 
Bunlardan daha geniş yayılanı açıq və qapalı heca tiplə-
ridir. Saitlə bitən heca açıq, samitlə bitənlər isə qapalı heca 
adlanır. Dünya dillərinin əksəriyyətində (söz tərkibində) 
açıq heca üstünlük təşkil edir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
198
Dildə hecanın daha bir neçə tipinə rast gəlinir: a) ör-
tülü heca; b) örtüsüz heca. Saitlə başlanan heca örtüsüz (aş, 
at, it, od və s.), samitlə başlanan heca örtülü (kim, nə, gəl və s.) 
heca adlanır. Beləliklə, hecanın əvvəl və son səslərinə görə 
dörd tipi məlumdur:
1. Saitlə başlayıb saitlə qurtaran hecalar örtüsüz açıq 

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   107   108   109   110   111   112   113   114   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish