1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet91/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   87   88   89   90   91   92   93   94   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

7. DİLÇİLİK VƏ TARİX
Tarix – dünyanın insan cəmiyyətlərinin yaranmasına 
və inkişaf dövrlərinə dair elmdir. Dilin tarixi də cəmiyyə-
tin ümumi tarixinin ayrılmaz tərkib hissəsidir. Dilçiliyin 
tarixlə əlaqəsi ədəbi dilin inkişaf dövrlərinin müəyyənləş-
dirilməsi prosesində, qədim dil abidələrinin oxunuşunda, 
habelə dilin müxtəlif sisteminin, məsələn, onomastik siste-
minin tədqiqində daha qabarıq şəkildə özünü göstərir. Ta-
rixin dilçiliklə əlaqəsi tarixi-əşyavi mənbələri, cəmiyyətin 
qədim maddi mədəniyyətini üzə çıxararkən arxeoloji qa-
zıntılar prosesində, habelə xalqın adət və ənənələrini, etnik 
birliyini tədqiq edərkən zəruri bir elmi vasitə kimi meyda-
na çıxır. Bu cür elmi əlaqələr nəticəsində etnolinqvistika 
sahəsi əmələ gəlmişdir. Dildə diferensiasiya və inteqrasi-
ya, miqrasiya, sözalma prosesi və s. hadisələr bilavasitə hər 
hansı xalqın tarixi ilə bağlı ictimai hadisədir.
Ə.Dəmirçizadə göstərir: “Ümumiyyətlə, dilin, yaxud 
konkret bir dilin tarixini və ya onun hər hansı bir vahidini, 
hər hansı bir cəhətini dürüst və dəqiq öyrənmək üçün dil-
dən ünsiyyət vasitəsi kimi istifadə edənlərin tarixini tədqiq 
etmək zəruridir. Çünki dilin ən kiçik vahidi olan fonem 
də, ən böyük vahidi olan cümlə də və belə vahidlər sistemi 
haqqında əsrlər boyu yaşayaraq hər bir müstəqil dil də hə-
min dildə danışılanlarla üzvi surətdə bağlı olur”
1
.
Bu, aydın bir həqiqətdir ki, dilçi alim dilin tarixini cə-
miyyət tarixindən kənarda öyrənə bilməz. Hər hansı bir 
xalqın, ölkənin tarixinin tərkib hissələri olan elm tarixi, 
mədəniyyət tarixi, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı 
tarixi dilin müxtəlif leksik laylarında güzgü kimi öz əksini 
tapır. Məsələn, Azərbaycan dilinin lüğət tərkibinin XIX–
XX əsrlərdə baş verən bəzi tarixi hadisələri özündə əks 
1
Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi. I hissə, Bakı, 1979, səh. 3.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
165
etdirməsi
1
dilçiliklə tarixin nə dərəcədə zəruri əlaqələri 
olduğuna sübutdur.
Dilçiliklə tarixin əlaqəsi qarşılıqlı olduqda elmi fayda 
verə bilir. Belə ki, alim hər hansı bir dil hadisəsinin tarixini, 
etimologiyasını şərh edərkən tarixçi alimin müvafiq müd-
dəalarına əsaslandığı kimi, tarixçi də xalqın, ölkənin tarixi-
nin şərhində dilçiliyin müəyyən elmi nəticələrinə əsaslan-
mışdır. Bunsuz hər iki elm sahəsinin gətirdiyi elmi dəlillər 
həqiqətdən uzaq düşər.
Dilçiliyin bəzi sahələri tarixlə o dərəcədə bağlıdır ki, 
hətta bir sıra dilçilər onu tarix elminə aid edirlər. Məsələn, 
fransız alimi M.Breal göstərir ki, semantika daha çox tarix 
elmləri dairəsinə daxildir. Çünki ancaq tarix sözlərin mə-
nasınnı dəqiq sərhədini müəyyənləşdirə bilər
2
.
Dilçiliklə tarix elminin əlaqələri beynəlxalq konqres-
lər, simpoziumlar, konfranslar, seminar və müşavirələr 
vasitəsilə daha da möhkəmlənir.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   87   88   89   90   91   92   93   94   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish