1. ÜMumi DİLÇİLİk I indd


İCTİMAİ ELMLƏR SİSTEMİNDƏ



Download 10,63 Mb.
Pdf ko'rish
bet79/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   75   76   77   78   79   80   81   82   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

3.03. İCTİMAİ ELMLƏR SİSTEMİNDƏ
 
DİLÇİLİYİN MÖVQEYİ
Ümumdünya elmləri sistemində ictimai elmlər əsas 
yerlərdən birini tutur. Elmlərin bu qrupunu təbiət hadisələ-
rinə nisbətən daha mürəkkəb və dəyişkən olan ictimai ha-
disələri tədqiq edən elmlər sistemi təşkil edir. İctimai elm-
lər başqa qrup elmlərdən təkcə öyrəndiyi obyektinə yox, 
həm də tədqiqat metodlarına görə fərqlənir. İctimai elmlər 
cəmiyyətin müxtəlif fəaliyyət sahələri ilə bağlıdır. Buna 
görə də çoxlu miqdarda ictimai elm yaranmışdır. Elmşü-
naslar ictimai elmləri müəyyən prinsiplərə görə müxtəlif 
növlərə bölmüşlər. Bunlardan biri ictimai elmləri xarakte-
rinə görə təsviri və analitik növlərə ayırmaqdır. Bu bölgü-
yə əsasən cəmiyyətin keçmişini və indisini təsvir edən elm-
lər, o cümlədən sosiologiya, arxeologiya... təsviri adlanır.
Cəmiyyətin əxlaqi cəhətlərini tədqiq edən elmlər – 
hüquq, pedaqogika, iqtisad elmləri analitik elm hesab olunur.
Cəmiyyətin inkişafı ilə əlaqədar son zamanlar ictimai 
elmlər daha da çoxalmışdır. Mövcud bölgülərin heç biri 
hazırda bu elmləri tam əhatə edə bilmir.
Müasir ictimai elmləri ümumi şəkildə, təxminən, aşa-
ğıdakı kimi qruplaşdırmaq olar:
a) ictimai-siyasi elmlər;
b) ictimai-tarix elmləri;
c) ictimai-ilahiyyat elmləri;
1
A.Qurbanov. Dilçiliyin metodları. Bakı, 1978.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
141
ç) ictimai-tərbiyə elmləri;
d) ictimai-filologiya elmləri.
Dilçilik bu ictimai elmlər arasında təşəkkül tapmışdır. 
Onun yaranması, formalaşması və tərəqqi etməsinin əsası-
nı ictimai elmlərin bünövrəsi təşkil edir.
Dilçilik filologiya
1
elmlərinə aiddir. Lakin bunun filo­
loji elm olması məsələsi tarixən mübahisəli olmuş və indi də 
davam etməkdədir. XIX əsrin məşhur dilçilərindən Avqust 
Şleyxer dilçiliyi filologiyaya aid etmir. O, filologiya ilə dil-
çiliyi xaraktercə bir-birinə yaxın olmayan elm sahələri kimi 
aydınlaşdırır. Buna görə də filologiya ədəbi mətnləri, yazılı 
abidələri təhlil və tədqiq edir. A.Şleyxer deyirdi ki, yazı-
sı olan dilləri filologiya, yazısı olmayan dilləri isə dilçilik 
elmi öyrənməlidir. Bu, səhv mülahizədir, dilçilik bütün 
dilləri tədqiq edir və etməlidir.
Avqust Şleyxerə görə, elə sahə vardır ki, orada dilçi-
liklə filologiya bir-birinə çox yaxınlaşır, bunların hər ikisi 
eyni məsələni öyrənir. O, belə sahəyə sintaksisi aid edir. 
A.Şleyxer üslubiyyatın dilçiliklə qəti əlaqəsi olmadığını 
söyləyir. Onun fikrinə görə, üslubiyyat dilçiliyə qarşı qo-
yulan filologiyanın tərkibinə məxsus bilik sahəsidir.
XIX əsrin sonu, XX əsrin əvvəllərində fəaliyyət gös-
tə rən Hüqo Şuxardt dilçiliyin filologiya elmlərinə məxsus 
olması fikrinin tam əleyhinə çıxış etmişdir. H.Şuxardt fi-
lologiyanın ayrıca elm sahəsi adlandırılmasını məsləhət 
bilmirdi. O deyirdi ki, dilçilik və ədəbiyyatşünaslıq ayrıca 
elm kimi göstərilməməli, bunlar bu və ya başqa elm nö-
vünə aid olmalıdır
2
.
1
Filologiya yunanca filo (sevirəm) – loqos (söz, öyrənmək) ünsürlərinin birləşməsindən əmələ 
gəlmişdir. “Filologiya” anlayışı haqqında müxtəlif mülahizələr vardır. Bəziləri filologiyanı 
dar mənada götürmüş, ancaq mətnin bərpa və redaktə olunmasını bu elmin obyekti hesab 
etmişlər. Bu, doğru deyildir. Çünki mətnin redaktəsi ilə başqa elmlər də məşğul olur. Filo-
logiyanın belə təsəvvür olunması “uydurulmuş filologiya” adlanır. “Dəqiq filologiya” anla-
yışı isə geniş mənada götürülür ki, buraya dilçilik və ədəbiyyatşünaslıq aiddir.
2
Т.А.Амирова и др. Очерки по истории лингвистики. M., 1975.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
142
Bir sıra alimlər baş beyni dilin əsası hesab etmiş, dili 
psixi hadisə adlandırmışlar. Bunun nəticəsində uzun illər 
dilçilik psixoloji elm kimi təsəvvür olunmuşdur. XIX əsrin 
dilçilərindən “Heyman Şteyntala görə, dilçilik psixologiya 
elmləri sırasına aiddir”
1
. Ümumiyyətlə, yalnız psixologiya 
cərəyanının nümayəndələri deyil, başqa bir çox dilçilər də 
dil haqqında elmin psixologiya elmlərinə məxsus olması 
fikrini müdafiə etmişlər. Hətta bəziləri dilçiliyi psixolo-
ji-sosioloji elm hesab etmişlər. Görkəmli fransız dilçisi 
Antuan Meye dili sosioloji hadisə kimi təsəvvür etmiş və 
buradan da qeyri-dəqiq nəticəyə gələrək dilçilik elmini so-
siologiyanın bir hissəsi adlandırmışdır. Bu fikir doğru he-
sab edilmir. Ona görə ki, əvvəla, dil sosioloji yox, ictimai 
hadisədir, ikincisi, müstəqil obyekti olan elm heç bir vaxt 
başqa elmin hissəsini təşkil etməz.
XX əsrin görkəmli alman dilçi və ədəbiyyatşünası 

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   75   76   77   78   79   80   81   82   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish