Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
111
Neolinqvistlər dilçiliyin tarixində qiymətli
olan bir
sıra “areal” tədqiqatlar aparmışlar. Buna görə də neolinq-
vistikaya bəzən
areal dilçilik də deyilir.
“Areal” termini fransız mənşəli olub, hazırkı dil ha-
disəsinin bir dildə və ya dialektdə,
yaxud da qohum dil
qrupunda yayılmasını bildirir.
“Gənc qrammatiklər”dən fərqli olaraq, neolinqvistlərin
də dilçiliyin inkişaf tarixində müəyyən xidmətləri olmuşdur.
Onların ən böyük xidmətləri dilçilik coğrafiyası sahəsindədir.
XX əsrin əsas dilçilik cərəyanları və
Ferdinand de Sössür
XX əsrdə linqvistik fikir müxtəlif elmi dilçilik cərə-
yanlarında inkişaf edirdi. Bu əsrdə yalnız Avropada deyil,
dünyanın başqa qitələrində, o cümlədən
Amerikada da
linqvistik fikir sürətlə inkişaf etməyə başlamış, müxtəlif
ölkələrdə yeni-yeni cərəyanlar və həmin cərəyanlara məx-
sus elmi dilçilik məktəbləri yaranmışdır. XX əsrdə diqqəti
cəlb edən başlıca cərəyanlar – sosioloji cərəyan və struk-
turalizm cərəyanıdır. Bu cərəyanların meydana gəlməsin-
də görkəmli İsveçrə dilçisi Ferdinand de Sössürün dilçilik
nəzəriyyəsinin böyük təsiri olmuşdur. Belə ki,
onun dil
haqqında təliminin bir çox nəzəri müddəaları adlarını çək-
diyimiz cərəyanların və eyni zamanda digər elmi məktəb-
lərin bünövrəsini təşkil etmişdir.
Ferdinand de Sössür (Ferdinand de Sa-
ussura, 1857–1913) XX əsr dilçiliyinin ən
böyük simalarındandır. Dilçilik tarixində
onun yeri son dərəcə şərəflidir.
Sössür Cenevrədə anadan olmuş-
dur. O, uşaq ikən dil öyrənməyə böyük
həvəs göstərmiş, latın və yunan dillərini
dərindən mənimsəmişdir.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
112
Sössür təhsilə Cenevrə Universitetində başlamış,
Leypsiqdə təhsilini davam etdirmişdir. Leypsiq Universi-
tetində oxuyarkən ona “gənc qrammatiklər”dən K.Bruq-
man, G.Osthof, A.Leskin dərs demişlər. Sössür tələbə
ikən, 19-20 yaşlarında elmi tədqiqatla məşğul olmuşdur.
O bu dövrdə hind-Avropa dillərinin saitlərinə dair çap
etdirdiyi əsərlərindəki ideyalarla öz müəllimlərini arxada
qoymuşdur.
De Sössür 1880-ci ildən Parisdə yaşamış,
Paris linq-
vistik cəmiyyətində fəal iştirak etmişdir. 1884-cü ildən ali
məktəblərdə mühazirələr oxumağa başlamışdır.
F. de Sössür 1891-ci ildə vətəni Cenevrəyə qayıtmış,
Cenevrə Universitetində sanskrit və hind-Avropa dilləri-
nin müqayisəli qrammatikası sahəsində mühazirələr oxu-
muşdur. Həmin universitetdə Ümumi dilçilik kafedrasına
rəhbərlik də etmişdir.
F. de Sössür 1906-1912-ci illərdə Cenevrə Universite-
tində 3 dəfə “Ümumi dilçilik kursu”nu oxumuşdu. Dilin
ümumi nəzəriyyəsinə dair onun oxuduğu bu mühazirələri
ölümündən sonra tələbələrindən A.Seşe və Ş.Balli
“Ümumi
linqvistika kursu” adı altında çap etdirmişlər.
“Ümumi linqvistika kursu” kitabı nəşr olunduğu za-
mandan etibarən alimlərin diqqətini cəlb etmiş, dilçilikdə bö-
yük hadisə kimi qarşılanmışdır. Bu əsər az vaxt içərisində ge-
niş yayılmış, bir çox dillərə, o cümlədən rus dilinə də tərcümə
edilmişdir. Ümumdünya şöhrəti tapmış “Ümumi linqvistika
kursu” əsərinin başlıca əhəmiyyəti ondan ibarətdir ki, burada
dilçilik elminin spesifikası, onun obyekti dəqiq müəyyənləş-
dirilmişdir. Məlumdur ki, F. de Sössürə qədərki dilçilərin bir
çoxu dilə məntiqi, psixoloji, fizioloji və digər mövqedən ya-
naşmış və bunun əsasında da dilçiliyi düzgün işıqlandırma-
mışlar. Sössür dili ictimai hadisə kimi qəbul edir və deyirdi:
“Dilçiliyin yeganə və əsl obyekti dildir...”
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
113
F. de Sössürün linqvistik konsepsiyası dilçilik elmi
üçün böyük əhəmiyyətə malikdir. Burada dilçilik elminin
bir çox yeni və ən mühüm məsələlərinin şərhinə xüsusi yer
verilmişdir. Bunlardan bir neçəsini göstərək.
Do'stlaringiz bilan baham: