1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet59/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   55   56   57   58   59   60   61   62   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

Hüqo Şuxardt (Hugo Schuchardt, 1842–1927). Avs-
triya dilçisi Şuxardt XIX əsrin sonunda elmi şöhrət tap-
mış görkəmli alimlərdəndir. Dilçilik tarixində Şuxardt 
ən cəsarətli dilçi kimi məşhurdur. O, dilçilikdə yeni-yeni 
problemlər irəli sürmüş, bu elmin sərhədlərinin genişlən-
məsinə, başqa elmlərlə əlaqəsinin artmasına böyük səy 
göstərmişdi. Buna görə də Şuxardt həmişə “gənc qramma-
tiklər”i cəsarətsizlikdə ciddi tənqid edirdi.
H.Şuxardt bir sıra dillərin xüsusiyyətləri ilə maraqlan-
mış, onları elmi cəhətdən tədqiq etmişdir. O, kelt, Qafqaz, 
bask, slavyan və başqa dillərlə məşğul olmuşdur. Onun 
tədqiqatının başlıca hissəsini roman dillərinin elmi-nəzəri 
cəhətdən tədqiqi təşkil edir.
1
T.A.Amirova və başqaları. Göstərilən əsər, səh. 493-494.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
107
Şuxardt zəngin elmi yaradıcılığa malik olmuşdur. O, 
dilçiliyin müxtəlif məsələlərinə dair çoxlu əsərin müəllifi-
dir. Həmin əsərlərdə həm xüsusi roman dilçiliyi məsələlə-
ri, həm də bəzi ümumnəzəri problemlər işıqlandırılmışdır. 
Ümumnəzəri məsələlərə dair mülahizələr Şuxardtı ümumi 
dilçilik sahəsində ixtisasçı kimi məşhurlaşdırmışdır.
Şuxardt öz əsərlərində roman dilçiliyi məsələlərinə 
daha geniş yer vermişdir. Burada xüsusi olaraq semasio-
logiya və etimologiya məsələlərindən ətraflı bəhs olunur. 
Semasioloji məsələlərlə məşğul olarkən Şuxardt dilin se-
mantik quruluşunun inkişaf qanunauyğunluqlarını açma-
ğı qarşıya məqsəd qoymuşdur. O, sözün mənasını hansı 
səbəblərə görə dəyişdiyini və inkişaf etdiyini aydınlaşdır-
mağa ciddi çalışmışdır. Ümumiyyətlə, Şuxardtın bu sahə-
dəki tədqiqatları dilçilik elmində semasiologiya problem-
lərinin inkişafına xüsusi təsir etmişdir.
Şuxardtın etimologiya sahəsində apardığı tədqiqatlar 
da maraqlıdır. O, “Etimologiya və sözlərin tarixinin tədqiqi” adlı 
məqaləsində yazır ki, sözlərin tarixi öyrənilərkən onların an-
caq yaranma səbəblərini axtarmaq kifayət deyildir. Bununla 
yanaşı, həmin sözlərin gələcək taleyi, dildə necə yayılması və 
sair cəhətlərlə də maraqlanmaq lazımdır. Şuxardt apardığı 
etimoloji axtarışların əsasında belə bir nəticəyə gəlmişdir ki, 
dilçilikdə adlardan bəhs edən onomasiologiya adlanan sahə 
ayrılmalıdır. O, bu fikri 1912-ci ildə yazdığı “Sözlər və şeylər” 
adlı məqaləsində daha qabarıq şəkildə ifadə etmişdir.
Şuxardtın “Fonetik qanunlar haqqında” məqaləsi birba-
şa “gənc qrammatiklər”in tənqidinə həsr edilmişdir. Bura-
da fonem məsələsində “gənc qrammatiklər”in mülahizələ-
ri təhlil edilir.
Şuxardt çox güclü tənqidçi olmuşdur. O öz dövründə 
dilçilik elminin inkişaf səviyyəsini ətraflı bilmiş və onun 
qüsurlarını tənqid hədəfinə çevirmişdir. Şuxardt tənqid-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
108
lə bərabər, dilçilikdə yeni yollar axtarmış, dilin tədqiqinə 
yeni formada yanaşmağı, yeni metodlardan istifadə etmə-
yi tələb etmişdir. O öz elmi və elmi-tənqidi yaradıcılığının 
gücü ilə gənc tədqiqatçıları yeniliyə doğru istiqamətləndir-
məyə çalışmışdır. Buna görə də Şuxardt dilçilik tarixində 
köhnənin tənqidçisi, yeninin carçısı hesab olunur
1
.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   55   56   57   58   59   60   61   62   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish