1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet50/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   46   47   48   49   50   51   52   53   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

Fyodor İvanoviç Buslayev (1818–1897). Rus dilçisi 
F.İ.Buslayevin yaradıcılığı rus və Avropa dilçilik ənənələ-
rinə əsaslanırdı. O, özündən əvvəlki dilçilərin, o cümlədən 
Bekkerin fəaliyyətinə münasibətini bildirir, razılaşmadığı 
məsələlərə dair mülahizələr irəli sürürdü.
Buslayev məntiqizm cərəyanına mənsub olan dilçilər-
dən seçilirdi. O, hər şeydən əvvəl, özündən qabaqkı dil-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
92
çilərdən (məntiqizm cərəyanına aid dilçilərdən) sintaktik 
kateqoriyaları məntiqi kateqoriyalarla eyniləşdirməkdə 
fərqlənirdi
1
.
F.İ.Buslayev “Vətən dilinin tədrisi haqqında” (1844), “Rus 
dilinin tarixi qrammatikası təcrübəsi” (1858) adlı əsərlərində 
dilçiliyin bir sıra mühüm məsələlərinə toxunmuşdur.
Dilçilikdə məntiqizm cərəyanı dünyanın bir sıra öl kə-
lərinə yayılmışdır. Bu cərəyanın XX əsr dilçiliyində də tə-
rəf darları olmuşdur. Lakin XX əsrdə məntiqizm cərəyanı, 
əv vəlkindən fərqli olaraq, inkişaf edib müəyyən dərəcədə 
dəyişmişdir
2
.
Dilçilikdə psixologizm cərəyanı
XIX əsrin ortalarında dilçiliyə dair geniş yayılmış elmi 
cərəyanlardan biri də psixologizm adlanırdı. Psixologizm 
cərəyanı dilə fərdi-psixoloji baxışın dilçilik elminə nüfuz 
etməsi nəticəsində meydana çıxmış, naturalizm və mən-
tiqizm cərəyanlarına qarşı mübarizə aparmışdır.
Dilçilikdə psixologizmin əsasını alman filosofu və 
psixoloqu İohann Fridrix Herbartın (Yohann Friedrich 
Aerbart, 1776-1841) psixoloji təlimi təşkil edirdi.
Dilçilikdə psixologizm cərəyanının tərəfdarları dil 
haqqında elmi psixologiya əsasında qurmağı tələb edir-
dilər. Buna görə də onlar öz əsərlərində dil hadisələrini 
psixologiya mövqeyindən, psixoloji anlayışlarla aydınlaş-
dırmağa çalışırdılar. Eyni zamanda, onlar fərdin rolunu 
üstün tutaraq ümumxalq dili anlayışından imtina edirdilər 
ki, burada da, hər şeydən əvvəl, dilin ictimai əsası inkar 
olunurdu
3
.
1
Bax: Хрестоматия по истории русского языкознания. M., 1973, c. 100.
2
В.И.Кодухов. Общее языкознание. M., 1974, c. 41.
3
Общее языкознание. M., 1970, c. 428.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
93
Psixologizm cərəyanı tərəfdarlarının fikrincə, dilçilik 
elmi fərdi nitq aktını öyrənməlidir. Burada dil təhlilinin əsa-
sını psixoloji proses üzərində müşahidələr təşkil etməlidir
1
.
Dil hadisələrini psixoloji cəhətdən şərh etmək XIX əsrin 
bir sıra görkəmli dilçilərinin yaradıcılığı üçün xarakterikdir
2
.
Həmin dilçilərdən Şteyntal və Aleksandr Potebnya 
psixologizm cərəyanının ən başlıca nümayəndələridir.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   46   47   48   49   50   51   52   53   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish