Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
431
Dilin fonetik tərkibində baş verən dəyişikliklər ayrı-
ayrı fərdlərin nitq səviyyəsindən başlanır. Əgər dəyişik-
lik fərdi nitqdən kollektiv nitq səviyyəsinə keçirsə, onda
həmin dəyişiklik dildə fonetik norma sayılır və bu norma
dilin fonetik tərkibinin inkişafı üçün zəmin yaradır.
Dilin fonetik sistemində baş verən dəyişiklik və inkişaf
ədəbi dilin inkişafının tərkib hissəsi kimi çox böyük ictimai
əhəmiyyət kəsb edir. XIII–XVIII əsrlər Azərbaycan
dilinin
fonetik sistemi ilə müasir Azərbaycan dilinin fonetik siste-
mini müqayisə etdikdə bunun bir daha şahidi oluruq. Bu-
nun başlıca səbəblərindən biri həmin dövrdə dialekt və şivə
tələffüzünün ədəbi dilin fonetik sisteminə təsiri olmuşdur.
Müşahidələr göstərir ki, dilin fonetik sisteminin nor-
mativ səs qanunlarına yad elementlər bir neçə səbəbdən
daxil olur. Bunlardan biri
dialekt və
şivələrdir. Bəzən müəy-
yən dialekt və şivə leksikası, eləcə də tələffüzü öz arealın-
dan kənara çıxaraq ədəbi dilə də təsir göstərməyə başlayır.
Qazi Bürhanəddinin “Divan”ında rast gəlinən “dedüm”,
“gərəkdür”, “aşiqünəm”, “artux”, “içum”, “aparun”, “gör-
mədüm”, “edəlüm”, “ölmüşdür”, “qılurlar”, “həyatıdur”,
“qərarun” və s. sözlərdə ahəng qanununun pozulması
halları sənətkarın dövründə yalnız yazılı ədəbi dildə baş
vermişdir. Bu tipli fonetik dəyişmə hadisəsi o dövr canlı
danışıq dili üçün yad olmuşdur.
Müasir dövrdə ədəbi tələffüzün dialekt və şivə tələf-
füzünü sıxışdırması Azərbaycan dilinin fonetik sistemində
bir sabitlik əmələ gətirmişdir. Digər səbəb qohum dillərin
təsiridir. Azərbaycan klassik ədəbiyyatında rast gəlinən
bən, kibi, şol, böyls, deyəlim, sana, imdi, şu və s. türk dilinin
fonetik sisteminin təsirinə məruz qalır.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
432
Bəzən dilin fonetik tərkibində baş verən dəyişiklik
proqressiv deyil, aqressiv xarakter daşıyır. Məsələn, Sağır
“ή” səsi Azərbaycan dilinin səs sistemi üçün səciyyəvi fo-
nem hesab olunur. Həmin fonetik vahid qədim türk və orta
əsr Azərbaycan yazılı abidələrində də öz qrafik əksini tap-
mışdır. Lakin müasir Azərbaycan əlifbasında bu fonemin öz
əksini qrafik şəkildə tapmaması yazıda uyğunsuzluq əmələ
gətirir. Məsələn, “qardaşına”, “evinə”, “əməyinə” və s. sözlə-
rin yazılışı bu baxımdan müasir Azərbaycan orfoqrafıyasında
düzgün müəyyən olunmamışdır. Əslində, həmin sözlərdə II
və III şəxsə aid mənsubiyyət mənası bir yerdədir.
Do'stlaringiz bilan baham: