1. ÜMumi DİLÇİLİk I indd


İŞARƏLƏR VƏ ONLARIN NÖVLƏRİ



Download 10,63 Mb.
Pdf ko'rish
bet223/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   219   220   221   222   223   224   225   226   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

2. İŞARƏLƏR VƏ ONLARIN NÖVLƏRİ
İnsanlar təbiətdə və cəmiyyətdə olduqca müxtəlif 
növlü işarələrlə rastlaşırlar. Həmin işarələrin bir qismini 
görməklə, bir qismini eşitməklə, bir qisminə hiss üzvləri 
vasitəsilə toxunmaqla onları biz mənimsəyir və başa dü-
şürük. Məsələn, havanın tutqunlaşması yağışa, haradansa 
tüstü çıxması yanğına, çayların suyunun artması dağlarda-
kı qarın əriməsinə, küçə keçidində yaşıl işığın yanması keç-
məyə, qırmızı işığın yanması dayanmağa, yanğınsöndürən 
maşının həyəcanlı siqnalla küçədən keçməsi yanğına və s. 
1
Bax: Г.В.Гамкрелидзе. K проблеме “произвольности” языкового знака. ВЯ. 1972, №6; 
Л.Г.Зубнова. O соотношении звучания и значения слова в системе языка. K проблеме 
“произвольности” языкового знака. ВЯ. 1985, №5.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
399
işarədir. Demək olar ki, insan başdan-başa həyatı işarələr 
vasitəsilə dərk edir və ona uyğun hərəkət etməli olur.
Bu işarələri iki qrupa bölmək olar: şərtsiz işarələr, şər-
ti işarələr.
Şərtsiz işarələr təbiətlə bağlıdır. Onlar, əsasən, təbiət 
hadisələrini özündə əks etdirir. Məsələn, göy qurşağının 
əmələ gəlməsi, ildırımın çaxması, küləyin əsməsi, yerin 
titrəməsi, havanın qaralması, havanın işıqlanması, havada 
temperaturun isinməsi, soyuması və s. Bunların hər birini 
biz müəyyən təbiət hadisəsinin əlaməti kimi qəbul edirik.
Şərti işarələr cəmiyyət üzvləri arasında şərtləşmə yolu 
ilə əmələ gəlir. Buraya dil və nitq işarələri, yol-nəqliyyat 
işarələri, hava nəqliyyat işarələri və s. daxildir. Bunlara 
ona görə “şərti” deyirik ki, həmin işarələr insanların ra-
zılıq və şərtləşmə əsasında qəbul etdikləri işarələrdir. Bu 
şərti işarələr şüurlu və ya kortəbii şəkildə əmələ gələ bilir. 
Məsələn, yol nəqliyyat işarələri, morze əlifbası, hər hansı bir 
elmə aid qəbul edilmiş işarələr sistemi şüurlu, insanların 
çoxillik həyat təcrübəsi nəticəsində müxtəlif əl hərəkət 
işarələri və s. isə kortəbii yaranır. Bu cür işarələr unudulub 
yaddan çıxmır, əksinə, o, yaddaşlarda özünə daha möh-
kəm yer edərək nəsildən-nəslə keçir. Elə işarələr də var-
dır ki, onlar cəmiyyətin inkişafı ilə əlaqədar dəyişikliyə 
uğrayır. Müəyyən bir xalq tərəfindən qəbul edilmiş və 
uzun müddət işlənmiş əlifba həmin xalqın ictimai-siyasi 
həyatında baş verən dəyişiklik nəticəsində yenisi ilə əvəz 
olunur. Məsələn, Azərbaycan xalqı uzun müddət ərəb əlif-
basından istifadə etmiş, XX əsrin əvvəllərində isə iki dəfə 
əlifbanı dəyişərək əvvəlcə latın, sonra isə rus qrafikası 
əsasında yeni əlifbaya keçmişdir. XX əsrin axırlarında isə 
(1990–1992) Azərbaycanda təzədən latın qrafikalı əlifbaya 
keçilmişdir. Bu kitabın müəllifi o dövrdə Əlifba Komissi-
yasının sədri və yeni əlifbanın müəllifi olmuşdur.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
400
Cəmiyyətdə əmələ gələn bu cür işarələr sistemini elm-
də süni işarələr adlandırırlar. Dil işarələri də bəzən süni 
xarakter ala bilir. Bu o halda olur ki, müəyyən insan qrupu 
tərəfindən süni dillər yaradılır. Tarixdə belə dillərdən biri 
esperanto adı ilə məlumdur. 1887-ci ildə polyak həkimi Ze-
menqof tərəfindən həmin beynəlxalq dil yaradılmış və çap 
olunmuşdur. Sonralar həmin həkim “doktor Esperanto” 
adı ilə tanınmışdır.
Ümumiyyətlə, təbiət və cəmiyyətdə mövcud olan 
işarələri xarakterinə görə aşağıdakı növlərə ayırmaq olar: 
a) siqnal işarələri; b) əlamət işarələri; c) simvol işarələri; ç) qrafik 
işarələr; d) dil işarələri.
Bunlardan əlamət işarələri təbii, siqnal, simvol, qrafik 
və dil işarələri isə süni işarələrdir.
Təbii işarələr təbiət hadisələri, süni işarələr cəmiyyət 
hadisələri haqqında məlumat verir.
Dil işarələri cəmiyyətdə ən geniş yayılmış və inkişaf 
etmiş sistemə malikdir. Dil işarələri bütövlükdə ona görə 
sistem təşkil edir ki, onlar bir-biri ilə zəncirvarı surətdə 
bağlıdır. Çünki dilin hər hansı bir sistemində baş verən 
dəyişiklik digər sistemə də öz təsirini göstərir. Ona görə 
də başqa işarə növündən fərqli olaraq, dil işarələrinin 
özünəməxsus vəzifələri vardır.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   219   220   221   222   223   224   225   226   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish