Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
397
Dilin işarəviliyi məsələsi dilçi alimlərin nəzərini çox-
dan cəlb etmişdir. Bu sahədə V.Humboldt, A.A.Poteb-
nya, F.F.For tunatov kimi məşhur dilçilərin hər
birinin
özünəməxsus xüsusi ideyaları olmuşdur. Humboldt öz fəl-
səfi görüşlərinə uyğun olaraq sözü əşyaların işarələri kimi
götürür. A.Potebnya sözün işarəsiz məna bildirmədiyini
göstərərək üç elementi özündə cəmləşdirdiyini qeyd edir:
səs, məna və işarə
1
.
F.Fortunatov dil işarəsinə insan təfəkkürünün və his-
lərinin ifadə olunmasının zahiri forması kimi yanaşır
2
. F. de
Sössürün dilin işarəviliyi haqqında xüsusi təlimi vardır. O,
dili cəmiyyətin həyatında bu və ya digər dərəcədə rol oy-
nayan ümumi işarələr sisteminin bir növü kimi xarakterizə
edir
3
.
Bir cəhət də diqqəti cəlb edir. Dilçiliyin tarixində alim-
lərin müəyyən qrupu dil işarələrini simvollarla eyniləşdir-
miş, digər qrupu isə onlar arasında müəyyən fərq olduğu-
nu göstərmişlər.
Rus dilçilərindən A.İ.Smirnitski, V.A.Zvegintsev və
Y.M.Qalkina-Fedoruk başqaları dilin işarəviliyinə dair öz
əsərlərində xüsusi söhbət açaraq onu fəlsəfi prinsiplər əsa-
sında şərh etməyə çalışmışlar
4
.
Həmin müəlliflərin gəldiyi ümumi nəticə
bundan
ibarətdir ki, dil işarəsi mövcud olan bütün dünya dilləri
üçün real və obyektivdir və o, insanlar tərəfindən psixi de-
yil, fikrin maddi forması kimi mənimsənilir.
1
А.Потебня. «Из записок по русской грамматике». I–II часть, 2-e изд. Харковь, 1888, c. 1-7.
2
Ф.Ф.Фортунатов. «Сравнительное языковедение» (общий курс), M., 1901, с. 160-161.
3
Ф de Cессюр. «Kypc общей лингвистики». M., 1933, с. 40.
4
Bаx: E.M.Галкина-Федорук. «Знаковость в языке с точки зрения марксистского язы-
кознания». Журнал “Иностранные языки в школе”, №2, 1952; A.И.Cмирницкий. Срав-
нительно-исторический метод и определение языкового родства. МГУ, 1955; yenə onun.
Объективность существования языка. МГУ, 1954. В.А.Звегинцев. «Проблема знаковости
языка». M., 1956.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
398
Dilçilik elmində dil işarələrinin ixtiyari, şərti xarak-
terə malik olduğu fikri də qəbul olunmuşdur (F. de Sös-
sür). Həmin ideyaya görə, ancaq ixtiyari olduğu üçün dil
işarələri sabit şəkildə fəaliyyət göstərir. Lakin məsələyə
bir qədər diqqətlə yanaşsaq görərik ki, işarələrin ixti-
yariliyi nisbi xarakter daşıyır. Çünki dil faktlarını ta-
rixi-müqayisəli istiqamətdə araşdırdıqda məlum olur ki,
hər bir dilin lüğət tərkibi müxtəlif səviyyəli dəyişikliyə
məruz qalır. Bu dəyişikliklər, istər-istəməz, dil işarələri-
nin də sabitliyini pozur.
Dilçilikdə sözün hansı tərkib hissəsinin – ayrı-ayrı
səslərin, yoxsa bütövlükdə sözün dil işarəsi hesab edilmə-
si də mübahisəli olmuşdur
1
. Əslində, dil sistemində sözün
səslənməsi ilə mənası bir-biri ilə qarşılıqlı əlaqədədir. Ona
görə də dilin işarəviliyi dedikdə dil vahidlərinin işarələr-
dən ibarət olduğunu söyləmək daha düzgün olar. Burada
səs işarələri (fonem), kök işarələri (leksem), şəkilçi işarələ-
ri (morfem) daxildir. Bütün bunlar isə dildə bütövlükdə
işarələr sistemini əmələ gətirir.
Do'stlaringiz bilan baham: