1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet219/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   215   216   217   218   219   220   221   222   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

Burun boşluğu. Burun boşluğu ağız boşluğunun üstün-
də yerləşir. Bunları bir-birindən damaq ayırır. Burun boşlu-
ğunun arxa hissəsi oval formalı deşiklərlə udlaq boşluğu ilə 
əlaqələnir. Bəzi səslərin tələffüzündə hava axını həmin de-
şiklərdən burun boşluğuna keçir və oradan da xaricə çıxır. 
Burun boşluğunun divarları qığırdaq və sümükdən ibarət-
dir. Buna görə də səsin tələffüzü zamanı burun boşluğunun 
quruluşunda heç bir dəyişiklik baş vermir. Bu və ya başqa 
bir səsin yaranmasında burun boşluğunun iştirakı yumşaq 
damağın hərəkətindən asılı olur. Bu üzv yumşaq damağın 
vasitəsilə səsin tələffüzündə ya tam iştirak edir, ya da bu 
prosesdən əsasən təcrid olunur. Burun boşluğunun iştirakı 
ilə formalaşan danışıq səslərində (məsələn, m, n səslərində) 
fərqləndirici burun çalarlığı meydana çıxır. Burun tələffüzü 
pozulduqda səs tutqun olur və xoşagəlməz tıntınlıq yaranır. 
Ümumiyyətlə, aydın və rəvan nitq üçün danışıq üzvü kimi 
burun boşluğu çox vacibdir.
Burun boşluğunun rezonator vəzifəsi ikidir. Bunlar-
dan biri səsi qüvvətləndirməkdən, digəri isə bəzi səslərə 
burun çalarlığı verməkdən ibarətdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
391
Danışıq səslərinin yaranmasında, müxtəlif şəkil alma-
sında ağız olduqca mühüm rol oynayır. Ağız bir neçə üzv-
dən ibarətdir: ağız boşluğu, dil, dişlər, yuvaqlar, damaq, dilçək, 
dodaqlar, çənələr. Səsin tələffüzündə bu ağız üzvlərinin hər 
biri müəyyən zəruri vəzifə yerinə yetirir.
Ağız boşluğu. Ağız boşluğu arxadan udlaq boşluğu ilə 
hüdudlanır. Bu, öz forma və həcmini daha çox dəyişən üzv-
dür. Ağız boşluğu dilin hərəkəti ilə qeyri-bərabər hissələrə 
bölünür, alt çənənin aşağı düşməsi ilə daralır, ordun daxili 
əzələlərinin hərəkəti ilə eninə dəyişilir və s. Ağız boşluğu 
rezonatorların ən başlıcasıdır. Belə ki, nitq səsləri burada 
formalaşır. Ağız boşluğu səsin müxtəlif formaya düşməsi 
üçün, bir növ, laboratoriyadır. Ağız boşluğu udlaq boşlu-
ğundan gələn zəif səsləri qəbul edərkən üz vəziyyətini də-
yişməklə onları müəyyən qədər qüvvətləndirir və müxtəlif 
rəngə salır. Dildəki sait və samitlər, onların müxtəlif növlə-
ri, əsasən, ağız boşluğunun fəaliyyəti nəticəsində yaranır. 
Deməli, ağız boşluğunun rezonator vəzifələrindən biri sə-
sin formalaşmasına xidmət 
etməkdir.
Səsin yaranması və for-
malaşmasında nitq rezona-
torlarının (ağız, burun, ud-
laq boşluqları) rolu müxtəlif 
olur, lakin vəhdət halında 
fəaliyyət göstərirlər.
Dil. Danışıq səslərinin 
formalaşmasında iştirak 
edən çox mühüm üzvlər-
dən biri dildir. Dil mürək-
kəb əzələlər sistemindən 
ibarətdir. Bu əzələlərin bir 
qrupu ancaq dilin gövdəsi-

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   215   216   217   218   219   220   221   222   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish