Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
386
Tənəffüs nəfəsalma və nəfəsvermədən ibarətdir. Nə-
fəs alma prosesində səs yaratmaq mümkün deyil. Səs an-
caq nəfəsvermə zamanı əmələ gəlir. Elə buna görə də nitq
tənəffüsündəki nəfəsalma nəfəsverməyə nisbətən, təx-
minən, 7 dəfə qısadır. İnsan nitq tənəffüsündə ağızdan
nəfəs alır. Bu ona görədir ki, ağız buruna nisbətən dəfələrlə
genişdir və bu, həm dərin, həm də ani tezlikdə nəfəs alma-
ğa lazımi imkan verir. İnsan heç vaxt sözün və ya ifadənin
ortasında nəfəs almır. Nitq prosesində nəfəsalma,
pauza
ifadədən,
sintaqmdan sonra olur
1
.
Məlumdur ki, dildəki çoxhecalı sözləri, ifadə və cümlələ-
ri tələffüz etmək üçün davamlı (uzadılmış) nəfəsvermə tələb
olunur. Belə bir keyfiyyət üçün, yəni udulmuş hava həcminin
kəmiyyətini artırmaq üçün ağciyərlərin xüsusi inkişafı lazım
idi. Məhz ağciyərlərin bu istiqamətdəki inkişafı ilk insandan
başlamış və müasir insana qədər davam etmişdir.
Nəhayət deməliyik ki, danışıq səslərinin yaranmasın-
da xüsusi əhəmiyyət kəsb edən ağciyərlərin rolu aşağıda-
kılardır: a) ikiistiqamətli (daxilə və xaricə) hava axını ya-
ranmasında baza təşkil edir; b) müxtəlif səslərin yaranması
üçün hava axınını tələbata uyğun tənzim edir.
Nitq prosesində hava axını ağciyərlərdən bronxlara
daxil olur.
Bronxlar. Bronxlar nəfəs borusunun aşağı hissəsində
yerləşir. Nəfəs borusunun ağciyərə birləşən hissəsi sağ və
sol budaqlara bölünür ki, bunlara
bronx deyilir. Bronxlar
həcmcə bir-birindən fərqlənir. Belə ki, sol bronx sağ bronx-
dan bir qədər gendir.
Bronxlar ağciyərlərə daxil olduğu yerdən başlayaraq
çoxlu budaqlara – bronxlara ayrılır və bunlar müxtəlif is-
1
Yeri gəlmişkən deməliyik ki, nəzəri cəhətdən “nitq tənəffüsü”nün xüsusiyyətləri heç də
lazımi dərəcədə şərh edilməmişdir. Bu barədə dilçilik elmi öz sözünü deməlidir.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
387
tiqamətdə yayılaraq udulmuş havanı ciyərdə paylayır.
Bronxların ağciyərdə şaxələnməsi qol-budaqlı nəhəng
ağacı xatırladır. Bu oxşarlığı nəzərə alıb mütəxəssislər onu
bronx ağacı adlandırırlar.
Səsin yaranmasında əsas bronxların rolu ağciyərdən
gələn havanın nəfəs borusuna keçməsinə imkan yaratmasın-
dan ibarətdir. Belə ki, ağciyərlər sıxılarkən hava axını bronxi-
ollardan bronxlara daxil olur və oradan nəfəs borusuna keçir.
Göründüyü kimi, bu üzv hava axını yolunun müəyyən hissə-
sini, yəni nəfəs borusuna qədərki sahəni təşkil edir.
Do'stlaringiz bilan baham: