1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet109/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   105   106   107   108   109   110   111   112   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

1. Səs və fonem anlayışı
Danışıq səsləri və fonem anlayışlarının bir-birindən fərq-
li və oxşar cəhətləri, onların ayrı-ayrılıqda dildə oynadığı 
rol və təzahür formaları, fonem anlayışının konkret izahına 
dair dünya dilçiliyində çox müxtəlif fikirlər irəli sürülmüş-
dür. Bu sahədə Boduen de Kurtene, L.V.Şerba, A.A.Refor-
matskinin fikirləri daha maraqlı elmi nəticələr vermişdir. 
Canlı danışıq dili ilə ədəbi dil, habelə ədəbi dilin şifahi və 
yazılı formalarını müşahidə edərək həmin alimlər müxtəlif 
danışıq səsi variantları və fonem anlayışının mahiyyətini 
açmağa çalışmışlar. L.V.Şerba ilk dəfə olaraq fonemin əsl 
real təbiətini açmağa nail olmuşdur. O göstərir ki, canlı da-
nışıqda tələffüz olunan müxtəlif cür səslərdən fərqli olaraq, 
fonem mənaları fərqləndirmələrə xidmət edir
1
.
Həqiqətən, danışıq səsləri öz funksiyasına görə dildə 
iki şəkildə özünü göstərir: səs variantları və fonem şəklin-
də. Bütün dünya dillərində buna təsadüf etmək olur. Da-
nışıq səsi dedikdə, danışıq prosesində təzahür edən sait 
və samit səslərin fonem variantları nəzərdə tutulur. Lakin 
1
Л.В.Щерба. Фонетика французского языка. M., 1963, c. 18.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
195
bunlar dilin leksik və qrammatik quruluşunda aparıcı rol 
oynamır. Məsələn, Azərbaycan dilində alim, ana, səadət, 
Sürəyya, yaşayış, baxış, ağac və s. sözlərin tərkibində tələf-
füz edilən a saiti, şübhəsiz ki, fizioloji-akustik cəhətdən 
müxtəlif keyfiyyətdə təzahür edir. Dilin fonetik sistemində 
mövcud olan bütün sait və samitlərin bu cür keyfiyyətcə 
müxtəlif variantları mövcuddur. Dünya dillərindən alman, 
ingilis, fransız, rus, ərəb, fars və başqa dillərdə bu dil ha-
disəsi aydın şəkildə özünü göstərir.
Danışıqda iştirak edən səslərin bir qismi isə dildə sırf 
leksik və qrammatik məna yaratmağa xidmət edir. Bu cür 
danışıq səsləri dilçilikdə fonem adlanır. Məsələn; 1) atam- 
adam, yaşat-yarat; 2) kitaba-kitabı, evim-evin və s. Azərbaycan 
dilindən misal gətirdiyimiz bu sözlərin birinci qrupunda 
sözün tərkibində ancaq bir səsi dəyişməklə (t-d, ş-r) başqa 
mənalı leksik vahid əmələ gəlir. İkinci qrup sözlərdə isə sö-
zün tərkibində bir səsi dəyişməklə (a-ı, m-n) başqa mənalı 
leksik vahid deyil, müxtəlif qrammatik mənalar əmələ gə-
lir; evim – I şəxs mənsubiyyəti, evin – II şəxs mənsubiyyəti.
Dildə mövcud olan səs variantlarının hamısı əlifbada, 
yazıda öz əksini tapmır. Lakin bütün fonemlər isə əlifbada, 
yazıda əks olunur. Buna görə də dildə fonem sisteminin 
öyrənilməsi əsas problemlərdən biri kimi meydana çıxır.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   105   106   107   108   109   110   111   112   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish