@@@18
1. CAR - da hansı mineral ehtiyat yoxdur:
A) Neft, təbii qaz
B) Dəmir filizi, neft
C) Daş kömür, təbii qaz
D) Təbii qaz, almaz
E) Neft, daş kömür
2. CAR - ın əsas liman şəhərləri:
A) Keyptaun, Durban
B) Keyptaun, Pretoriya
C) Port - Elizabet, Yohannesburq
D) Pretoriya, Yohannesburq
E) İst - London, Pretoriya
3. CAR - da burlar hansı əhalini təmsil edirlər:
A) Avropadan, o cümlədən hollandiyadan köçənlərin nəsillərini
B) Yerli zulu xalqlarını
C) Yerli xalqları
D) Yerli xalqlarla qarışmış avropalıları
E) Hindistandan gəlmələri
4. Cənubi Afrikada dənizə çıxışı olmayan ölkələr:
A) Lesoto, Botsvana
B) Zimbabve, Mozambik
C) Lesoto, Mozambik
D) Svazilend, Namibiya
E) Botsvana, Mavriki
5. Cənubi Afrika regionunun başlıca təsərrüfat sahəsi:
A) mineral xammalın ilkin emalı
B) b çəltikçilik
C) dəqiq maşınqayırma
D) kağız - sellüloz
E) turizm və xidmət
6. Cənubi Afrika Respublikasını düzgün xarakterizə edən variantı seçin:
1-Cənubi Afrikada ərazisi ən böyük olan ölkə; 2- Cənubi Afrikada əhalisinə görə birinci olan ölkə;3- Cənubi Afrikada federativ ölkə;4- Cənubi Afrikada qaragül qoyunçuluğun inkişaf etdiyi ölkə; 5-Əhalisi müsəlman çox olan ölkə
A) 1,2,3
B) 2,3,4
C) 3,4,5
D) 5,3,1
E) 4,3,1
7. Cənubi Afrikada Konstitusiyalı Monarxiya ölkələri:
A) Lesoto, Svazilend
B) Lesoto, Mavriki
C) Svazilend, CAR
D) Lesoto, Namibiya
E) CAR, Botsvana
8. CAR - da hansı din əsas dindir:
A) Xristianlıq
B) İslam
C) Yerli dinlər
D) İnduizm
E) Sintoizm
9. Cənubi Afrikada qaragül qoyunçuluğun inkişaf etdiyi ölkə:
A) Namibiya
B) Mozambik
C) Zimbabve
D) Madaqaskar
E) Lesoto
10. Buşmenlər və qottentotlar Afrikanın hansı regionunda yaşayırlar:
A) Cənubi Afrikada
B) Şərqi Afrikada
C) Şimali Afrikada
D) Mərkəzi Afrikada
E) Şərqi Afrikada
11. Cənubi Afrikada son onilliklərə qədər müstəmləkə olan ölkə:
A) Namibiya
B) Botsvana
C) Mozambik
D) Zimbabve
E) Mavriki
12. Əhali artımının I tipinin səciyyəvi olmadığı İEÖ - ni qeyd edin:
A) CAR
B) Kanada
C) Avstraliya İttifaqı
D) Yaponiya
E) ABŞ
13. Sənayenin tələbatını yerli xammal hesabına ödəyən İEÖ:
A) CAR, Kanada, Avstraliya İttifaqı
B) Almaniya, Fransa, ABŞ
C) ABŞ, Kanada, Yaponiya
D) Yeni Zellandiya, Çin, İtaliya
E) Rusiya, ABŞ, Almaniya
14. Hansı Afrika dövlətində ağdərili əhalinin 342 illik monopoliyasına son olaraq, ölkə tarixində ilk dəfə qara dərili əhalinin iştirakı ilə 1994 - cü ildə azad seçkilər keçirilmişdir:
A) CAR
B) Namibiya
C) Konqo DR
D) Eriteriya
E) Efiopiya
15. Şimali və Cənubi Afrikada yerləşən şəhərləri müvafiq olaraq qeyd edin:
A) İsgəndəriyyə, Kasablanka – Yohannesburq, Port - Elizabet
B) Durban, Keyptaun – Laqos, Porta - Nova
C) Yamusukro, Qahirə - Keyptaun, Corctaun
D) Dəməşq, Dəkkə - Lesoto, Monako
E) Fritaun, Tunis –Rabat, Baltimor
16. Afrikanın müsəlman olmayan ölkələri :
A) CAR, Qabon, Anqola
B) Somali, Mərakeş, Lesoto
C) Efiopiya, Kamerun, Qambiya
D) Misir, Mərakeş, Konqo
E) Mavritaniya, Seneqal, Cibuti
17. Cənubi Afrika Respublikası hansı faydalı qazıntıların hasilatına görə aparıcı yer tutur:
A) qızıl, almaz, daş kömür, uran
B) qızıl, civə, neft, boksit
C) daş kömür, gümüş, təbii qaz, nikel
D) torf, mis, qurğuşun, apatit
E) alunit, fosforit, mis, uran
@@@19
1. Panamerika avtomobil magistralı hansı ölkələri əlaqələndirir?
A) Meksika, Qvatemala, Boliviya, Argentina
B) Nikaraqua, Panama, Surinam, Uruqvay
C) Salvador, Kuba, Ekvador, Çili
D) Kolumbiya, qayana, Braziliya, Yamayka
E) Braziliya, Haiti, Kuba, Ekvador
2. Amerika qitəsinin federativ dövlətlərini müəyyən edin:
I – Panama
II – Braziliya
III – Venesuela
IV – Argentina
V – Kuba
VI – Nikaraqua
VII – Meksika
VIII – Boliviya
A) 2. 3. 4. 7
B) 1. 2. 3. 4
C) 3. 4. 5. 6
D) 5. 6. 7. 8
E) 3. 5. 7. 8
3. Boliviya və Çili dövlətləri üçün ümumi cəhət:
A) And ölkələridirlər
B) Dünya ökeanına birbaşa çıxışları yoxdur
C) İnkişaf etmiş ölkələrdirlər
D) Şərq yarımkürəsində yerləşirlər
E) Dövlət dilləri ingilis dilidir
4. Aşağıdakı ölkələrdən hansılar nisbətən yüksək səviyyəyə malikdir:
A) Argentina, Meksika
B) Butan, Tunis
C) Meksika, Banqladeş
D) Nepal, Haiti
E) Niger, Tunis
5. Mərkəzi Amerikada yerləşən ölkələr:
1- Beliz; 2- Ekvador ;3- Qvatemala;4- Çili; 5-Qviana
A) 1,3
B) 1,5
C) 1,2
D) 2,3
E) 3,4
6. Latın Amerikasının hansı ölkələri həm şimal, həm də cənub yarımkürəsində yerləşirlər:
A) Braziliya, Ekvador
B) Braziliya, Argentina
C) Ekvador, Haiti
D) Ekvador, Salvador
E) Braziliya, Haiti
7. Meşə ilə zəngin Latın Amerikası ölkəsi:
A) Surinam
B) Argentina
C) Peru
D) Meksika
E) Çili
8. Hansı Latın Amerikası ölkəsində hindular çoxdur:
A) Boliviya, Qvatemala
B) Boliviya, Braziliya
C) Boliviya, Haiti
D) Meksika, Qvatemala
E) Kuba, Meksika
9. Latın Amerikasının əhalisinin tərkibi milli cəhətdən yekcins olan ölkələri:
A) Argentina, Uruqvay
B) Argentina, Braziliya
C) Uruqvay, Boliviya
D) Boliviya, Çili
E) Argentina, Ekvador
10. Latın Amerikası xalqlarının əksəriyyətinin mənsub olduğu dil qrupu:
A) Roman
B) İran
C) Slavyan
D) German
E) Hind
11. Cənubi Amerikada əsas taxıl zonası:
A) Pampa
B) Selva
C) And ərazisi
D) Pataqoniya
E) Amazon ovalığı
12. Latın Amerikasının belə adlanmasının səbəbi:
A) Əhalinin əsasən Roman (latın) dil qrupunda danışması
B) Əhalinin Roma imperiyasından gəlməsi ilə
C) Yerli əhali latın dilində danışırdı
D) Roman dil qrupuna məxsus xalqlar bura gələnə qədər bu ərazilər məskunlaşmamışlar
E) Hələ qədimdə bu ərazilər Roma imperiyasına məxsus idi
13. Latın Amerikası ölkələrinin böyük əksəriyyəti nə vaxt müstəqillik qazanmışlar:
A) XIX əsrin əvvəllərində
B) XX əsrin əvvəllərində
C) XX əsrin sonunda
D) XIX əsrin sonunda
E) XVIII əsrdə
14. Latın Amerikasında yerli əhalinin kütləvi məhv edilməsi hansı əhalini bura gətirilməsi ilə əvəzlənmişdir:
A) Afrikadan zənci - qulların
B) Asiyadan Ərəblərin
C) Okeaniyada yaşayan xalqların
D) İşçi qüvvəsi kimi Avropalıların
E) İngilislərin
15. Latın Amerikasının meşə resursları ilə yaxşı təmin olunmasının səbəbi:
A) Ekvatorial və subekvatorial qurşaqda böyük əraziyə malik olması
B) Ərazisindən tropik xəttin keçməsi
C) Meşələrin qırılmaması
D) Daima yeni meşələr salınması
E) Bu meşələrin tükənməz olması
16. Latın Amerikasında təminatı pisdir:
A) Maliyyə ehtiyatları
B) Su ehtiyatları
C) Meşə ehtiyatları
D) Torpaq ehtiyatları
E) Aqroiqlim ehtiyatları
17. Latın Amerikasında zəif inkişaf etmiş nəqliyyat hansıdır:
A) Dəmir yolu nəqliyyatı
B) Avtomobil nəqliyyatı
C) Çay nəqliyyatı
D) Boru kəməri
E) Dəniz nəqliyyatı
18. Latın Amerikasının yalnız tropik məhsullar satan ölkələri:
A) Mərkəzi Amerika ölkələri
B) Braziliya
C) Argentina
D) Venesuella
E) Paraqvay
19. Latın Amerikasında heyvandarlıq məhsulları satan ölkələr:
A) Argentina, Uruqvay
B) Argentina, Venesuella
C) Uruqvay, Surinam
D) Argentina, Kolumbiya
E) Çili, Peru
20. Latın Amerikasında ekoloji problemlərin kəskinləşməsinə səbəb deyil:
A) Kəsilmiş ağacların yerinə yenilərinin əkilməsi
B) Sənaye istehsalının yüksək ərazi təmərgüzləşməsi
C) Çirkli istehsal sahələrinin inkişaf etmiş ölkələrdən bu regiona köçürülməsi
D) Əhalinin sayının artması
E) Təsərrüfat cəhətdə yeni ərazilərin mənimsənilməsi
21. Latın Amerikasınınn Vest - Hind hissəsində ən inkişaf etmiş ölkə:
A) Yamayka
B) Kuba
C) Haiti
D) Qrenada
E) Dominika
22. Mulatlar hansı irqlərin qarışığıdır:
A) Avropoid və Ekvatorial
B) Ekvatorial və Monqoloid
C) Avropoid və Monqoloid
D) Monqoloid və Avstraloid
E) Avropoid və Avsraloid
23. Metislər hansı irqlərin qarışığıdır:
A) Avropoid və Monqoloid
B) Monqoloid və Ekvatorial
C) Ekvatorial və Avropoid
D) Ekvatorial və Avsraloid
E) Monqoloid və Avstraloid
24. Sambolar hansı irqlərin qarışığıdırlar:
A) Monqoloid və Ekvatorial
B) Monqoloid və Avropoid
C) Monqoloid və Avstraloid
D) Avropoid və Ekvatorial
E) Ekvatorial və Avstraloid
25. Kubanın hazırda iqtisadi çətinlikdə olmasının səbəbi:
A) Sosializm modelindən əl çəkməyən ölkəyə artıq SSRİ kimi kömək edən dövlət yoxdur
B) Bu ölkənin təbii ehtiyatları yoxdur
C) Bu ölkə dünya iqtisadi mərkəzlərindən kənarda yerləşir
D) Kuba belə inkişaf səviyyəsini kifayət hesab edir
E) Bu ölkənin əhalisi çətinlik içərisində yaşamağı normal hesab edir
26. Panama kanalı Panama hökumətinin ixtiyarına nə vaxt verilib:
A) XXI əsrin əvvlində
B) XX əsrin əvvəlində
C) XIX əsrin sonunda
D) XX əsrin ortalarında
E) Hələ verilməyib
27. Latın Amerikasında regional siyasətin əsas məsələlərindən deyil:
A) İqtisadi mərkəzləri limanlarda cəmləmək
B) Tarixən formalaşmış sahil ərazilərdə həddən artıq iri mərkəzlərin böyüməsinin qarşısını almaq
C) Ucqarlardakı təbii ehtiyatları təsərrüfata cəlb etmək
D) İnfrastrukturun, xüsusən də yeni mənimsənilmiş ərazilərdə inkişafı
E) Urabanizasiyanın tənzimlənməsi
28. “The Organization of the Petroleum Exporting Countries” təşkilatın üzvü deyil:
A) Ekvador
B) Küveyt
C) Anqola
D) Liviya
E) Əlcəzair
29. Latın Amerikasının əhalisi hansı dildə danışır:
1- ispan;2-ingilis;3- portuqal; 4-fransız ;5-yunan
A) 1,3,4
B) 1,4,5
C) 2,3,4
D) 4,5,2
E) 5,2,1
30. Latın Amerikasında “dünya şəhərləri” sırasına daxil olan şəhərlər:
A) Mexiko, San - Paulu, Buenos - Ayres
B) Lima, Mexiko, Santyaqo
C) Santyaqo, Braziliya, Montevideo
D) San - Paulu, Santyaqo, Braziliya
E) Karakas, Santyaqo, Mexiko
31. And ölkələri qrupunu müəyyən edin:
A) Çili, Kolumbiya, Boliviya, Peru
B) Kuba, Argentina, Peru, Çili
C) Çili, Meksika, Peru, Argentina
D) Braziliya, Boloviya, Kolumbiya, Yamayka
E) Braziliya, Argentina, Meksika, Yamayka
32. Yamayka, Kuba və Haitiyə aid olan xüsusiyyətlər:
1 – dövlət dilləri ispan dilidir
2 – dağ turizmi inkişaf edib
3 – beynəlxalq ticarət yollarının üzərində yerləşiblər
4 – konstitutsiyalı monarxiya idaretmə formasına malikdirlər
A) 2, 3
B) 1, 2
C) 3, 4
D) 1, 4
E) 2, 4
33. Latın Amerikasının ABŞ - a ixrac etdiyi filiz faydalı qazıntıları:
A) qalay, boksit, mis
B) kömür, neft, fosforit
C) boksit, kömür, fosforit
D) qalay, mis, neft
E) boksit, mis, kömür
34. Urbanizasiyanın daha yüksək olduğu Latın Amerikası ölkələri:
A) Braziliya, Venesuela, Argentina
B) Paraqvay, Uruqvay, Çili
C) Argentina, Kuba, Boliviya
D) Kuba, Boliviya, Paraqvay
E) Çili, Ekvador, Paraqvay
35. Neft - qazla daha zəngin olan Latın Amerikası ölkələri:
A) Venesuela, Meksika
B) Braziliya, Argentina
C) Uruqvay, Boliviya
D) Peru, Braziliya
E) Kuba, Meksika
36. Vest - Hind ölkələrindən müvafiq olaraq neft - qaz və boksit ixrac edən ölkələr:
A) Trinidad və Tobaqo - Yamayka
B) Barbados - Yamayka
C) Haiti - Barbados
D) Baham adaları - Qrenada
E) Yamayka – Haiti
37. Latın Amerikasında hansı filiz xammalı geniş yayılmışdır:
A) dəmir, mis , qalay
B) qurğuşun, təbii qaz, manqan
C) mis, uran, daş kömür
D) volfram, molibden, neft
E) titan, alunit, boksit
38. Latın Amerikası ölkələrinə aid olan xüsusiyyətlər:
I - dünya bazarına əsasən ağır sənaye məhsulları ilə çıxırlar
II - kənd təsərrüfatında iri torpaq sahibkarlığı –latifundiyalar üstünlük təşkil edir
III - əhalisi hind - avropa dil ailəsində danışır
IV - Braziliya, Meksika, argentina regionun nisbətən inkişf etmiş ölkələridir
V - bütün ölkələrin birbaşa dünya okeanına çıxışı var
VI - təbii ehtiyatlardan səmərəl isitifadə olunur və ekoloji problemlər yoxdur
A) II, III, IV
B) I, IV, V
C) II, IV, VI
D) III, IV, V
E) I, III, VI
39. Latın Amerikası ölkələrinin əksəriyyətinin daxili rayonlarının iqtisadi cəhətdən zəif mənimsənilməsinin səbəbi:
A) nəqliyyatın zəif inkişaf etməsi
B) irqi və milli tərkibin rəngarəng olması
C) iqtisadiyyatın idxal istiqamətində inkişafı
D) təbii ahtiyatların qeyri - bərabər paylanması
E) iri şəhərlərin daxili rayonlarda yerləşməsi
40. Latın Amerikasında neft hasil edən ölkələr:
A) Meksika, Venesuela, Ekvador
B) Braziliya, Argentina, Meksika
C) Latın Amerikasının bütün ölkələrində neft çıxarılır
D) latın Amerikasının yalnız cənubinda neft çıxarılır
E) Argentina, Çili, Venesuela
41. Latın Amerikası ölkələrinin ənənəvi ixracat məhsulları:
A) qəhvə, şəkər, kakao, neft, dəmir filizi
B) üzüm, qəhvə, qarğıdalı, çəltik, zeytun
C) tütün, buğda, cut, qəhvə , kətan
D) yun, qalay, dəmir filizi, çəltik, daş kömür
E) avtomobil, qəhvə, çay, kakao, təbii kauçuk
42. Latın Amerikasının əsas sənaye ölkələri:
1- Meksika;2- Braziliya;3-Çili;4-Qviana;5- Argentina
A) 1,2,5
B) 3,4,5
C) 1,3,5
D) 3,1,4
E) 5,1,4
Do'stlaringiz bilan baham: |